Pirhesenli - Wikipedia
Pirhəsənli — Azərbaycan Respublikasının Ağsu rayonunun Pirhəsənli kənd inzibati ərazi dairəsində kənd.[1]
Pirhəsənli | |
---|---|
40°34′48″ şm. e. 48°21′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 207 m |
Saat qurşağı | |
Ağsu rayonunun böyük kəndlərindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına, sonralar isə Şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur. Həmin dövrdə 58 ailə yaşayan Pirhəsənli kəndi dini ocaqların mərkəzidir.
Pirhəsənli oykonimi pir, həsən və -li hissəciklərindən ibarətdir. "Pir" dini rütbə kimi Pirhəsənli dini ocaqları, pirləri ilə bağlıdır. Göründüyü kimi oykonim antroponimdən yaranmışdır. Kəndin keçmiş tam adı Pirhəsənli Kəngərli və ya Pirhəsənli kən-gərlisi olmuşdur. Oykonim Quba xanı Fətəli xanın 1782-ci ildə bir hissəsini Qarabağdan şirvana köçürdüyü kəngərli tayfasının adı ilə əlaqədardır.[2]
Din
redaktəKənddə Pirhəsənli kənd məscidi dini icması fəaliyyət göstərir[3].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |