Pirr Qelebesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən deyim.
Etimologiyası
redaktə"Pirr qələbəsi" sözü Epirli Pirrin e.ə. 279-cu ildə Askulum (indiki Askoli Satriano) ətrafında romalılar üzərindəki qələbəsinin onun qüvvələrinin böyük hissəsinin məhv edilməsi və bununla da kompaniyasına son qoyulmasına gətirib çıxartdıqdan sonra dediyi sitatdan yaranıb.
Bəzi müasir tarixçiliər "pirr qələbəsi" sözünün yaranmasını Pirrin İtaliya əyalətlərini zəpt etməsi məqsədilə Herakli ətrafindakı daha əvvəlki döyüşü (e.ə. 280-ci il) ilə əlaqələndirirlər.
Tarixi
redaktəƏfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, həmin döyüşdə öz ordusunun demək olar ki, böyük əksəriyyətini itirmişdir.
Eramızdan əvvəl 279-cu ildə Pirr Askulum yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur.
Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir. Axı onun da ordusu düşmən kimi 15.000 nəfər itirmişdi. Belə olduqda Pirr deyir ki, onun bir dəfə də bu cür qələbəsi olarsa, bunu məğlubiyyət hesab etmək olar, çünki savaşacaq ordu qalmayıb.
Bundan bir qədər keçdikdən sonra Pirr məğlub olur, özü isə döyüş meydanında həlak olur. Hadisə belə baş verir: Çar Arqos adlı kiçik yunan şəhərinə gedir. Qaranlıq düşdükdə onun ən yaxşı əsgərləri əhalidən gizli şəkildə şəhərə daxil olur. Əhali hücumu yalnızca filləri gördükdə hiss edir. Bütün gecə boyu döyüş gedir. Yunanlara şəhəri qorumağa kömək edən yeganə şey onları Pirr ordusundan ayıran çoxsaylı kanallar idi. Şəhərin dar və qaranlıq küçələrində tezliklə hər şey bir-birinə qarışır. Döyüşçülər artıq rəhbərlərinin əmrini eşitmir, nə baş verdiyini anlamırdılar.
Günəş çıxdıqda Pirr uğursuz şəhəri tərk etmək qərarına gəlir və Arqos divarları yanında ehtiyat ordu ilə gözləyən oğluna çapar göndərir. Yeni plana əsasən, çarın oğlu öz ordusu ilə şəhər divarlarında deşik açmalı idi və şəhərdəki ordu şəhəri oradan tərk etməli idi. Lakin çapar məlumatı yanlış anlayır və çarın oğluna atasının onu şəhərdə gözlədiyini xəbər verir. Oğul orduya şəhərə daxil olmaq əmri verir. Nəticədə iki qoşun çıxışda qarşılaşır və böyük çaxnaşma yaradır. Sözə baxmayan filin qapıların önündə yerə yataraq tərpənməməsi çaxnaşmanı idarə edilməz hala gətirir. Pirri şəhərin müdafiəçilərindən birinin anası qətlə yetirir. Damda gizlənən qadın mühafizəçi olan oğlunun çar tərəfindən təhlükədə olduğunu gördükdə damdan qopardığı daşı Pirrin üzərinə atır. Pirr aldığı zərbədən dünyasını dəyişir.
O zamandan etibarən çətin, şübhəli və dolaşıq şəkildə əldə edilən uğuru "Pirr qələbəsi" adlandırırlar. Bu qələbəyə nail olmaq üçün isə kütləvi sayda qurban tələb olunur.
Sitatlar
redaktə— "Daha bir belə qələbə onu (Pirri) tək qoyacaq".
Plutarx, "Pirrin həyatı";
— "Əgər biz romalılara daha bir döyüsdə qalib gəlsək təmamilə müflisləşəcəyik".
Plutarx, "Pirrin həyatı";
— "Daha bir belə qələbə və mən Epirə əsgərsiz qayıdacağam".
Orozius.
Nümunələr
redaktəSiyasətdə, idmanda, hüquqda
redaktəTermin biznes, siyasət və idmanda qalibin məhv olması ilə bitən mübarizəni təsvir etmək üçün istifadə olunur.
Müharibədə
redaktə• Askoli ətrafında döyüş, e.ə. 279-cu il;
• Luşan üsyanı, 755-763- cü illər;
• Kapetron ətrafında döyüş, 1048-ci il;
• Vadi əl Xəzandar döyüşü, 1229-cu il;
• Borodino döyüşü, 1812-ci il;
• Sevastopolun mühasirəsi, 1854-1855-ci illər;
• Brusilov hücumu, 1916-cı il;
• Vukovar döyüşü, 1991-ci il.