Pirzadli - Wikipedia
Pirzadlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.[1] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Pirzadlı | |
---|---|
39°58′23″ şm. e. 47°03′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Toponimikası
redaktəPirzadlı kənd adı XIX əsrin əvvəllərində 4 ailədən ibarət kiçik bir maldar elin adındandır. Hüsülü eli ilə bir yerdə köçərilik edirdi. Mənşəcə bu el Qarabağın Kəbirli tayfasına mənsub oymaqdır.Bu tayfa mənşəcə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış Xəzərlərin Kəbər tayfasının adını əks etdirir. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b. Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır. Arıq Məhəmmədəli və Qızıl Məhəmmədli isə Qərvəndli Kəbirlisindən ayrılmalıdır. Ulubabalı qolu Şirvandan gəlmə hesab olunur. Orta əsrlərdə 850 ailədən ibarət olmuş Kəbirli eli "Kəbirli yeri" adlanan ərazidə (İmişli, Ağcabədi, Cəbrayıl rayonlarındakı Qaraçuq dağına qədər) yaşamışdır.[2]
Pirzadlı XIX əsrin əvvəllərində kəbirli tayfasına mənsub kiçik bir elatın adı olmuşdur. Qarabağın Kəbirli elinin XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki obaları əsasən bunlar olmuşdur: Çəmənli – Hətəmxan, Çəmənli – Hacıtahir, Novruzlu, Seyidli, Qərvənd – Ağakişibəy, Əhmədavar, Qurd – Qaradağlı, Qurd – Dördlər, Qurd – Gürcüstan, Qurd – Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə — Cəfərbəyli, Tərəkəmə — Məhəmmədlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı, Abbasqulu bəy, Saibalılı – Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, Pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Tərəkçi Tatar, Tərəkəmə - Əhmədağalı, Tərəkəmə — İmamqulubəyli, Hacıvəlilər və başqaları (12, 224).[3],[4]
Oykonim
redaktəÇox güman ki, Pirzadlı obası öz adını Pirzad şəxs adından almışdır. Müasir dövrdə eyni tipli Şirzad şəxs adının olması Pirzadın antroponim olması fikrini təsdiqləyir. Şirzad farsca "şir balası", "şirdən doğulmuş"[5](1, 58) mənasındadır. Pir sözünün fars dilində "qoca, yaşlı kişi", "təriqət başçısı" və müqəddəs hesab edilərək ziyarət olunan "qəbir", "ocaq", "ağac" mənalarını verdiyini yuxarıda qeyd etmişdik. Pirzad çox güman ki, "təriqət başçısının oğlu" və ya "ocaq oğlu" anlamındadır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri Bakı, 2005
- ↑ "Ə.Tanrıverdiyev. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996, s.86". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "sdf.gov.az" (PDF). Ağdamın vandalizmə məruz qalmış kəndləri. 2021-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 sentyabr 2021.
- ↑ "Azərbaycan şəxs adları. Tərtibçilər: A.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı, İşıq, 1987, s.53". (#cite_web_url); (#accessdate_missing_url)
Xarici keçid
redaktə- https://aghdamnewsnet. Arxivləşdirilib 2020-04-20 at the Wayback Machine
- "Ağdam rayonu". armenianvandalism.preslib.az. İstifadə tarixi: 28 sentyabr 2021.
- "Vandalizmə məruz qalmış kəndlər". sabunchu.cls.az. İstifadə tarixi: 28 sentyabr 2021.