Piter Daymond - Wikipedia
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[3]
Piter Daymond | |
---|---|
ing. Peter Arthur Diamond | |
Doğum tarixi | |
Doğum yeri | Nyu York ABŞ |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri |
Siyasi iqtisadiyyat Rifah iqtisadiyyatı Davranış maliyyəsi |
İş yerləri |
Massaçusets Texnologiya İnstitutu Berkli Kaliforniya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Robert Solou[2] |
Üzvlüyü | |
Mükafatları | 2010 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPiter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir.
1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
1968-ci ildə Ekonometrika Cəmiyyətinin üzvlüyünə seçilmiş və daha sonra bu təşkilatın başçısı da olmuşdur. 2003-cü ildə Amerika İqtisadi Assosiasiyasının başçısı olaraq fəaliyyətə başlamışdır. 1978-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasında üzv, 1984-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü və 1988-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyasının qurucu üzvü olmuşdur. 2008-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyası tərəfindən verilən Robert Bol adına Sosial Təhlükəsizlikdə Seçkin Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür.[4][5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2010 Peter A. Diamond, Dale T. Mortensen, Christopher A. Pissarides". 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
- ↑ "Arxivlənmiş surət". 2010-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
- ↑ "National Academy of Social Insurance – Conferences & Events". 2008-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.