Plantago - Wikipedia
Bağayarpağı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Bağayarpağı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bağayarpağı (lat. Plantago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Bu çox şeyə xeyirli olur.
Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.
Botaniki xarakteristikası
redaktəİkiillik ot bitkisi olub, qısa vertikal və çoxsaylı sapabənzər lifli kökləri vardır. Gövdə 15–45 sm olub, nazik şırımlı, hamar və dairəvi çiçəklərə malikdir. Yarpaqları dairəvi və ya ellipsəbənzər, bütövkənarlı və ya azdişcikli olub, qanadlıdır. Sünbül çiçəklərinin uzunluğu 5–37 sm- dir. Çiçəkləri kiçik, tacı bozumtul olub, qoltuq tumurcuqlarının üzərində oturur.
Bu bitki dağlıq çəmənliklərdə, həyət və küçələr boyunca yayılmışdır.
Yabanı və mədəni şəkildə əkilən bağayarpağının yarpaqlarını bitki çiçəkləyən dövrdə 3–4 ildən bir toplamaq lazımdır. Dərman məqsədilə bitkinin bütöv, sağlam yarpaqları toplanılmalıdır. Sonra xammalı parça və ya kağız üzərində nazik bir təbəqədə (3–5 sm) yaymalı, yaxşı ventiliyasiya edilən açıq çardaxlarda və ya quruducu şkafda 40–500C-də qurutmaq lazımdır.
Xammal hiqroskopik olduğundan rütublətli, nəmli yerlərdən uzaq tutulmalıdır. İşıqdan qorunan quru yerlərdə, parça kisələrə yığılmaqla saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Xalq təbabəti
redaktəİltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Elmi təbabətdə öskürəyə qarşı istifadə olunan preparatların tərkibinə daxil edilmişdir. Tərkibində aukubin adlanan qlikozid, polisaaxaridlər, flavonoidlər, aşı maddələri, alkaloidlərin izi, fitonsidlər, acı maddələri, karotin, askarbin turşusu və s. vardır. Bağayarpağı bitkisi hər bir yerdə bitir. Ot yığanlar ondan çox istifadə edirlər. Ln vitro növlü bağayarpağı sitotoksin keyfiyyətinə malikdir. Bağayarpağın tərkibində lyuteolin var, onun tərkibində fitokimyəvi maddə olduğuna görə yaxşı xərçəng əleyhinə təsiri var. Bağayarpağı sellülozla zəngindir, ona görə də qəbizlikdə faydası var. Bağayarpağı cövhərini heyvanlar üzərində yoxladılar və müəyyən oldu ki, o, sidik kisəsi, yumurtalıq, sümük, ağ ciyərin, mədə və limfo xərçənginin müalicəsində kömək edir.
Bu bitkinin müalicəvi xüsusiyyətləri tək xalq təbabətində deyil, ənənəvi təbabətdə də təsdiq olunub, bağayarpağı əsasında dərman preparatları hazırlanır.
Təsiri və tərkibi
redaktəYarpaqlarının tərkibində aşı və acı, maddələr, karotin, indekan qlükozidi aukubin, askorbin turşusu (42,2mq%), C və K vitamini, alkoloidlər, flavonoidlər, mannit, sorbit, üzvi turşular (olein) vardır. Toxumlarının tərkibində selik (16%-ə qədər), yağ (20%) və karbohidrat (0,17%) vardır.
Yarpaqlarından hazırlanmış plantaqlyusid məhlulu spazmolotik və iltihabsorucu dərman kimi istifadə edilir.
Çiçəkləri yaşıl və ya qonurumtul-yaşıl olub, Spesifik iyə və dada malik. Tərkibində mütləq rütubət 4%, ümumi külün miqdarı 20%, qaralmış və xarab olmuş yarpaqlar 5%, xarab olmuş çiçəklər 1%, üzvi maddələri 1%, mineral maddələri isə 1%-dən çox olmur.
Bədxassəli şişlərin, mədə, bağırsaq, qaraciyər, böyrək, şəkər, sonsuzluq, xroniki xora, göz, qanaxma və ağciyər xəstəliklərinin müalicəsində məsləhət görülür. Bağayarpağın dəmləməsi temperatur və öskürəklə müşayət olunan ağ ciyər vərəmində ağrıkəsici, müxtəlif həşarat və ilan sancmalarında zəhərin orqanizmdən təmizlənməsində əvəzsiz sayılır. Xroniki ishalda bitki və toxumundan istifadə edilir. Yarpaqları elmi təbabətdə dəri xəstəliklərində yaralanma, frunkulyoz və döyənəkli xoralarda, islatma şəklində isə əsasən irinli dəri xəstəliklərində işlədilir.
Bəzi növləri
redaktə- Plantago afra
- Plantago africana
- Plantago aitchisonii
- Plantago alpina
- Plantago amplexicaulis
- Plantago arborescens
- Plantago arenaria
- Plantago argentea
- Plantago aristata
- Plantago asiatica
- Plantago aucklandica
- Plantago bigelovii
- Plantago canescens
- Plantago coreana
- Plantago cordata
- Plantago coronopus
- Plantago cornuti
- Plantago cretica
- Plantago cynops
- Plantago elongata
- Plantago erecta
- Plantago eriopoda
- Plantago erosa
- Plantago fernandezia
- Plantago fischeri
- Plantago gentianoides
- Plantago glabrifolia
- Plantago grayana
- Plantago hawaiiensis
- Plantago hedleyi
- Plantago heterophylla
- Plantago hillebrandii
- Plantago himalaica
- Plantago incisa
- Plantago krajinai
- Plantago lanceolata
- Plantago lanigera
- Plantago longissima
- Plantago macrocarpa
- Plantago major
- Plantago maritima
- Plantago maxima
- Plantago media
- Plantago melanochrous
- Plantago moorei
- Plantago musicola
- Plantago nivalis
- Plantago nubicola
- Plantago obconica
- Plantago ovata
- Plantago pachyphylla
- Plantago palmata
- Plantago patagonica
- Plantago polysperma
- Plantago princeps
- Plantago purshii
- Plantago pusilla
- Plantago psyllium
- Plantago raoulii
- Plantago rapensis
- Plantago remota
- Plantago reniformis
- Plantago robusta
- Plantago rugelii
- Plantago rupicola
- Plantago schneideri
- Plantago sempervirens
- Plantago sparsiflora
- Plantago spathulata
- Plantago subnuda
- Plantago tanalensis
- Plantago taqueti
- Plantago tenuiflora
- Plantago triandra
- Plantago triantha
- Plantago tweedyi
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 52. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 112.