Plevnanin Muhasiresi - Wikipedia
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul[3] və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı.
Plevnanın mühasirəsi | |||
---|---|---|---|
Rusiya-Osmanlı müharibəsi (1877-1878) | |||
| |||
Tarix | 8(20 iyul) - 28 noyabr (10 dekabr) 1877 | ||
Yeri | Balkan yarımadası, Bolqarıstan, Plevna | ||
Nəticəsi | Rusiya ordusunun qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəPlevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi.
Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
İyunun 26-da (8 iyul) Plevnada İ.F.Tutolminin kazak dəstəsi ilə əlaqə qurmaq üçün göndərilən İ.F.Gurkonun ön dəstəsindən olan yasavul Afanasyevin rəhbərliyi ilə əlli nəfərlik dəstə var idi. Lakin iyunun 27-də Nikopol komendantı ilə əlaqələrini təmin etmək üçün göndərilən Atuf Paşa dəstəsi (3 batalyon və 4 top) tərəfindən oradan qovuldu.
İyulun 1-i (13) səhər çağında Osman Paşa 19 batalyon, 5 eskadron və 9 batareya (16 min nəfər, 58 silah) ilə Vidini tərk etdi. O, təxminən 6 günlük məcburi yürüş keçirərək, iyulun 7-də (19) səhər saatlarında Plevnaya daxil oldu. Hərbi kəşfiyyata laqeyd yanaşan ruslar Osman Paşanın qoşunlarının hərəkətini aşkarlaya bilmədilər və buna görə də Plevnaya yerləşməyi gecikdirlər. Bu barədə müvafiq sərəncam Kredenerə hələ 4 (16) iyul tarixində verilmişdi, lakin ya teleqraf rabitəsinin pozulmasına görə və ya baronun məsuliyyətsizliyi səbəbindən, yalnız iyulun 6-sı (18) səhəri baş komandanın kəskin əmrindən sonra Y.I. Şilder-Şulderin rəhbərliyi ilə qoşunlarının bir hissəsi Pleven istiqamətində hərəkət etdi.
İlk hücum
redaktəPlevnaya çatan ilk rus hərbçiləri Y.I. Şilder-Şulderin bölməsi idi. Ona tabe olan hərbi birləşmələr iyulun 7-də (19) axşam şəhərə çatdı və türkləri müdafiəyə işləri başında yaxaladı. Dörd saat ərzində rus və türk batareyaları bir-birilərini atəşə tutdu. Ertəsi gün ruslar türk mövqelərinin üzərinə hücuma keçdilər. Hücum rus ehtiyatlarını tez tükəndirdi, ancaq artilleriyanın dəstəyi sayəsində ruslar 3 müdafiə xəndəyini aşıb şəhərə daxil oldular. Onların bu hücumu düşmən düşərgəsində qarışıqlıq yaratdı. Lakin şiddətli vuruşmadan sonra türk qoşunları rusları şəhərdən qovmağı bacardı və çox sayda atılmış döyüş sursatı və forması ələ keçirdilər. Döyüşdə türk tərəfinin itkiləri təxminən 2000 nəfər, ruslarınki isə 2.800 nəfər oldu.[4]
İkinci hücum
redaktəİlk hücumdan sonra Plevna qarnizonu və Şilder-Şulderin bölmələri yeni qüvvələrlə gücləndirildi.
Ruslar Laşı və Plevnadan gedən yolları nəzarət altında saxlayaraq, yeni bir hücuma hazırlaşırdılar. Hərbi kontingenti süvari və artilleriya ilə xeyli gücləndirərək say üstünlüyünə nail oldular (piyada: 27 min, süvari: 2200, top: 140). Plevnanı tutmaq üçün ordunun ümumi komandanlığı Böyük Knyaz Nikolay Nikolaeviç tərəfindən general N.P. Kridenerə həvalə edildi. Baş komandanın düşüncəsinə görə, hücum güclü artilleriya atəşi ilə müşayiət olunmalı idi. 15 (27) - 17 (29) iyul arası M.D. Skoblev və polkovnik-leytenant Baklanovun dəstələri şəhərdəki türk qarnizonunun sayını müəyənləşdirmək üçün ön xətdə qarşı tərəfi atəşə tutaraq manevrlər edirdilər. Lakin bütün cəhdlərə baxmayaraq, türk qarnizonunun sayı barədə dəqiq məlumat almaq mümkün olmadı.
Plevnadakı türk ordusunun sayı 20 min nəfər təşkil edirdi. Onların 57 topu var idi. Bundan əlavə daimi orduya çərkəz süvariləri ilə başıpozuklar kömək edirdilər. Hücumlar arasındakı fasilədə şəhərdəki türk qarnizonu istehkamların inşası və möhkəmləndirilməsi ilə məşğul olurdu. Lakin bu işlər xəndək qazma alətlərinin azlığı ilə ləngiyirdi və bu isə əsgərləri bəzən torpağı süngü ilə qazmağa vadar edirdi. Həm də ölçmə alətləri, ərazinin xəritələrini tərtib etmək üçün kağız (onu şəhər sakinlərindən almaq məcburiyyətində qalmışdılar) və taxta çatışmazlığı var idi ki, bu da mümkün olduğu qədər, əl altında olan ləvazimatlarla əvəz olunmuşdur. Yeni hücuma qədər bəzi istehkamların inşası tamamlanmadı. Bu da türk əsgərləri arasında ciddi itkilərə səbəb oldu.
İyulun 18-də (30) Kridener hücuma başlamaq əmri verdi. Hücum ərəfəsində ruslar türk mövqelərini artilleriya atəşinə tutdular və tikintisi yarımçıq qalan istehkamlarda quraşdırılmış bir neçə türk topu məhv edildi. Aramsız artilleriya atəşindən sonra Kridenerin başçılıq etdiyi rus qoşunları hücuma keçdi. Lakin əsgərlər tanımadıqları əraziyə adaptasiya ola bilmədiklərindən döyüşə bilmirdilər. Ruslar böyük itki hesabına iki xəndək və üç istehkam ələ keçirərək türklərin son istinad divarında dayandılar. Sol cinahdan hücum edən Skobelevin dəstəsinin hücumu da dəf edildi. Əks hücuma keçən türklər tüfəng atəşi ilə rusları itirilmiş mövqelərdən çıxarmağa başladılar. Lakin sonuncular yeni qüvvələrlə möhkəmlənərək bir müddət mövqelərini saxlamağa nail oldular. Günün sonunda Kridener ikinci hücum cəhdinə son verən geri çəkilmə əmri verdi. Türklər 1000 nəfər çanlı qüvvə itirmişdisə, rusların ölü sayı 3000 min nəfər təşkil edirdi. Bundan əlavə təxminən min nəfər yaralı rus əsgəri əsir düşmüşdü. Bu uğursuz hücumdan sonra Rusiya hökuməti Rumıniyadan kömək istədi. İstək dərhal təmin edildi və Rumıniya qoşunları ruslara qoşuldu.[4]
Osman Paşanın rus mövqelərinə hücumu
redaktəAvqustun 1-də (12 sentyabr) Osman Paşa böyük qüvvələrlə Plevnadan çıxaraq yayındırıcı manevr etməyə çalışdı. Onun ordusu rusların dayaq məntəqələrinə uğurlu hücum təşkil etdi, bir top ələ keçirildi. Lakin o, ələ keçirilmiş rus mövqelərində möhkəmlənə bilmədi və 1350 nəfər itki verərək Plevnaya dönmək məcburiyətində qaldı. Rusların isə bu döyüşdə itirdikləri canlı qüvvə sayı 1000 nəfər idi.
Lovçanın ruslar tərəfindən tutulması
redaktəPlevnanın Orxaniyə ilə əlaqəsini kəsmək və bununlada türklərin maneəsiz ərzaq və silah ilə təchizatına mane olmaq üçün rus qoşunları (27 min nəfər və 98 top) təxminən üçdə biri Başibuzuk və çərkəzlərin nizamsız dəstələrindən ibarət kiçik bir türk qarnizonunun qoruduğu Lovça şəhərinə hücum etdi. Avqustun 19-da (1 sentyabr) Skobelevin dəstəsi Lovçaya hücum etdi. Düşmənin planlarından xəbər tutan Osman Paşa şəhərin müdafiəçilərinə kömək üçün əlavə qüvvələr göndərdi. Lakin bu qüvvələr avqustun 22-də (4 sentyabr) şəhər ruslar tərəfindən tamamilə ələ keçirildikdən sonra yetişdi.
Üçüncü hücum
redaktəSayca üstün düşmən qüvvələrinin əhatəsində olan Plevnaya qayıdan Osman Paşa yeni bir hücumu dəf etməyə hazırlaşmağa başladı. Yeni əlavə qüvvələrin hesabına onun ordusunun sayı 25 min nəfərə qədər artdı. Plevna şəhərinin minarələrində müşahidə postları quruldu, yaralılar şəhərdən təxliyə edildi, şəhərdə istehkam adlarına işarələr vuruldu..[6]
26 avqust (7 sentyabr) - 29 avqust (10 sentyabr) aralığında rus və rumın artilleriyası türk istehkamlarını aramsız atəşə tutdu. Şəhər xeyli sayda mərmi atəşinə məruz qalsa da, bu türklərə ciddi zərər yetirmədi. Plevnanın istehkamlarına vurulan ziyan da əhəmiyyətsiz idi, türklər artilleriya atəşləri zamanı verilən fasilələr vaxtı zədələnmiş mövqeləri asanlıqla bərpa etdilər.
Sentyabrın 8-də Skobelevin dəstəsi hücumu davam etdirərək, türklərin istinad xəndəklərinə çatdı, lakin bir neçə əks hücumu dəf edərək atəş altında geri çəkildi. Ümumi hücumun başlanğıcı isə təxirə salınırdı. Türklər də dinc oturmurdular. Onlar təşəbbüsü ələ almağa cəhd edərək özləri hücuma keçdilər, ancaq irəliləyə bilmədilər. Ardınca aramsız artilleriya atəşi ilə dəstəklənən general Anqeleskunun komandanlığı altında olan Rumıniya qoşunları hücuma keçərək bir xəndək ələ keçirməyə müvəffəq oldular. Rus qoşunları isə Yaşıl Dağların ikinci silsiləsini ələ keçirdilər. Plevenə ümumi hücum, əlverişsiz hava şəraitində avqustun 30-da (11 sentyabr) başladı. Hücum anında Rusiya-Rumıniya ordusu 83 min nəfərdən və 424 topdan, Plevna qarnizonu isə 34 min əsgərdən və 72 silahdan ibarət idi.[7] Artilleriya atəşindən sonra Rusiya-Rumıniya piyadaları döyüşə atıldı. Rumınlılar Qrivitski istehkamlarına üç dəfə böyük itkilər hesabına hücum etdilər. Onlar yalnız rus qüvvələrinin köməkliyi ilə oranı götürə bildilər. Mərkəzdə bir neçə uğursuz hücumdan sonra ruslar iki xəndək xəttinə sahib sahib çıxıdlar. Yaşıl Dağların üçüncü silsiləsinə doğru irəliləyən Skobelevin bölmələri uzun və yorucu döyüşlərdən sonra buradakı istehkamı ələ keçirdilər. Türk qüvvələri düşməni qovmaq üçün bir neçə dəfə cəhd etdi, lakin nəticəsi olmadı. Atışmalar bütün gecə səngimədi. Səhər türklər bütün qüvvələrini cəmləşdirdilər və bir neçə hücumdan sonra (sonuncuya Osman Paşanın şəxsən özü başçılıq edirdi) Skobelevin bölmələrini geri qovdular. Bu hücumda rus ordusunun itkisi təqribən 13 min, rumınlarınkı isə 3 min nəfər təşkil etdi. Plevnaya üç hücumdan sonra Rusiya və Rumıniya qoşunlarının ölmüş və yaralanmışlar daxil ümumi itkiləri 35 min nəfər idi.[8]
Plevnanın blokadası və süqutu
redaktəPlevnanı hücum ilə tuta bilməyən rus baş qərargahı məşhur hərbi mühəndis E.I.Totlebeni məsləhətləşmələr üçün orduya çağırmağı qərara aldı. Onun təklifi ilə rus komandanlığı şəhəri tam blokadaya aldı və Plevnaya hücum etmək cəhdlərindən əl çəkdi.
Ruslar blokadaya başlamamışdan əvvəl Osman Paşanın ordusu əlavə kömək aldı. Şəhərə yeni hərbi qüvvə və lazımi ləvazimatlar gətirildi. Gələnlər həmçinin özləri ilə Sultan fərmanını da gətirmişdilər. Fərmanda Sultan Osman Paşaya "qazi" (yenilməz) titulu vermiş və şəhərin müvəffəqiyyətli müdafiəsi üçün ona təşəkkürlərini bildirirdi.
Gələn yeni qüvvələrlə birlikdə Osman Paşanın ordusu 48 min nəfər və 96 top artmışdı. Sultanın gətirilən fərmanı ilə Plevnanın tərk edilməsi qəti qadağan edilirdi. Çünki, şəhərin müdafiəsi rusların diqqətini yayındırır və Osmanlının Şərqi Dunay Ordusunun hərəkətləri üçün əlverişli şərait yaradırdı. Osman Paşaya kömək üçün əlavə bir ordu da göndərilmişdi, ancaq onlar blokadadan əvvəl gəlib xaxtında yetişməyi bacarmadılar. Rus ordusu isə oktyabrın ortalarında İ.V.Ganetskinin komandanlığı altında altında Qrenada Korpusu ilə gücləndirildi. Bu zaman korpus səkkiz alaydan ibarət idi: Həştərxan (polkovnik Q.V.Kryukov), 5-ci Kiyev (polkovnik M.N. Puşçin), Kiçik Malorusiya (polkovnik A.N. Kurlov, sonra İ.İ. Tsytoviç), 8-ci Moskva (polkovnik İ.K. Fon Burzin), 7-ci Samoqitski (polkovnik L.K. Mixaylov), Sibir (polkovnik V.K. Vodar), 6-cı Tavrida (polkovnik F.F. Qolubev), Fanaqoriya (polkovnik V.K. Kuster) ), eləcə də 12 batareyadan ibarət 2-ci (polkovnik, fliqel-adyutant A. A. Şeqolev) və 3-cü (general-mayor N. P. Sidorov) artilleriya briqadalardı [9].
Plevnadakı türkləri tam təcrid etmək üçün ruslar Dağlıq-Dıbnik və Teliş kəndləri yaxınlığında istehkamlara yürüş etdilər. Dağlıq-Dıbniki tutmaq üçün rus komandanlığı 20 min əskər və 60 top ayırmışdı. Belə güclü qüvvəyə qarşı türklərin cəmisi 3500 əsgər və 4 topdan ibarət bir qarnizonu durmuşdu. Döyüşü oktyabrın 24-ü səhəri başlayan rus qranadyorları ağır itkilər hesabına iki istehkamı ələ keçirdilər. Türklər mərd müdafiə olunurdular. Nəticədə türklər 1500 nəfər itirmişdisə, (2300 nəfər əsir) rusların ölü sayı 3600 əsgər və zabit idi. Teliş isə müvəffəqiyyətlə müdafiə olunurdu. Türk qarnizonu hücumu dəf edərək, hücum edənlərə ağır zərbə vurdu. Döyüşdə təxminən min rus və 200 türk əsgəri həlak oldü. Teliş yalnız güclü artilleriya atəşi hesabına ələ keçirildi. Amma bu atəşin müvəffəqiyyəti öldürülən türklərin sayında deyildi, çünki onların itkisi o qədər də çox deyildi. Aramsız atəş sadəcə olaraq, Osmanlı ordusuna güclü pozucu təsir göstərdi.
Beləliklə, Plevna tam blokadaya alındı. Rus artilleriyası şəhəri aramsız atəşə tuturdular. Plevnanı qoruyan 50 min türk qoşununa qarşı Rusiya-Rumıniya ordusu 122 min hərbçi cəlb etmişdilər. Şəhərin blokadaya alınması orada ehtiyatların tükənməsinə səbəb oldu. Osman Paşanın ordusu xəstəliklərdən, yemək və dərman çatışmazlığından əziyyət çəkirdi. Rus qoşunları bir neçə hücumlar təşkil etdilər. Noyabrın əvvəllərində Skobelevin qoşunları türklərin əks hücumunu dəf edərək Yaşıl Dağların ilk silsiləsini tutub orada möhkəmləndi. Noyabrın 9-da ruslar cənub cəbhəsi istiqamətində hücuma keçdilər, lakin türklər ruslardan 600-ə qarşı 200 əsgər itirərək hücumu dəf etdilər. Rusların Yunus bəy-təbiyə və Qazi-Osman-təbiyə istehkamlarına da hücumları uğursuzluqla nəticələndi. Noyabrın 13-də ruslar Yunus bəy-təbiyə istehkamına hücum etdilər. Bu ruslara 500 nəfər ölü hesabına başa gəldi. Türk isə 100 şəhid verdilər. Ayın on dördü gecə yarısında türklər Qazi-Osman-təbiyəyə olan hücumu da dəf etdilər. Bu hücumların nəticəsində ruslar 2300, türklər isə 1000 nəfər itirdilər. Növbəti gündən sakitçilik başladı. Plevna 496 topu olan 125.000 minlik Rus-Rumıniya ordusu tərəfindən mühasirəyə alınmışdı. Şəhərdəki Osmanlı qarnizonunun xarici aləmlə əlaqəsi tam kəsilmişdi. Şəhərdəki ərzaq ehtiyatlarının gec-tez tükənəcəyini bilən ruslar Plevna qarnizonuna təslim olmağı təklif etdilər. Bu təklifə Osman Paşa qətiyyətlə rədd cavabı verdi:
Xalqımız uğrunda həqiqəti qorumaq üçün canımızı qurban verməyə üstünlük verirəm və utanc verəcək silah verməkdənsə ən böyük sevinc və xoşbəxtliklə qan tökməyə hazıram (N. V. Skritskinin "Balkan Qambit"indən sitat)
|
Mühasirəyə alınmış şəhərdə ərzaq çatışmazlığı səbəbindən dükanlar bağlandı, əsgərlərin qida payı azaldıldı, sakinlərin əksəriyyəti xəstəliklərdən əziyyət çəkirdi və orduda qızdırma epidemiyası yayılmışdı. Ancaq türk əsgərlərinin döyüş əhval ruhiyəsi yüksək idi, onlar təslim olmağı heç fikirləşmirdilərdə. Hərbi şurada şəhərdən türklərin əlində olan Vida çayı üzərindəki körpü istiqamətində çıxaraq Sofiyaya getməsi qərara alındı. Getməzdən əvvəl müşahidə qüllələri söküldü, istehkamlarda maket əskərlər qoyuldu və dekabrın 10-u axşamı yerli müsəlman sakinlərinin müşayiəti ilə türk ordusu yola düşdü. Gecə çay üzərindən keçid üçün körpülər inşa edildi. Bu zaman ön xətdə Kiyev və Sibir qrinador alayları var idi. Cinahlardan onları Tavrida və Malarosiya alayları qoruyurdu. Rus qoşunları ilə Osmanlı ordusu arasındakı döyüş baş verdi. Bu müddətdə silah və yüklə həddindən artıq yüklənən türk əsgərləri xeyli itki verdi. Ancaq onlar 3 xətt xəndək, 6 top ələ keçirdilər və Sibir alayını məhv etdilər. Şiddətli artilleriya atəşi və rus qoşunlarının özünü yetirməsi (Malarosiya alayı) türklərin ağır vəziyyətə düşməsinə səbəb oldu. Onlar Qazılmış Qəbir kurqanında dayanmağa məcbur edildilər [9]. Həştərxan alayının hücumlarına tab gətirə bilməyən türklər qısa müddətdən sonra pərən düşərək qaçmağa başladılar. Yalnız yaralı Osman Paşanın təslim olmasından sonra əsgərlər qaçmağı dayandırdılar. Beləcə Plevnanın mühasirəsi sona çatdı.[1]
Son döyüşdə türklər təxminən 6 min şəhid verdi. Qalan 43.338 türk əsgəri təslim oldu. Onlardan xeyli hissəsi isə əsirlikdə öldü. Müharibə bitdikdən sonra Osman Paşanın ordusundan 15.581 türk qazisi Plevnanın qəhrəman müdafiəsinə görə gümüş medalla təltif edildi.
Həlledici döyüşdə iştirak edən 90 min Rusiya-Rumıniya qoşunları 1700 nəfər (18 zabit və 542 qranadyor korpusunun əsgərləri) itki verdi..[10] Demək olar ki, dərhal Plevna ətrafında ölən qranadyorlara abidə ucaltmaq fikri yarandı, lakin şərait elə gətirdi ki, Plevna Qəhrəmanlarına abidə Moskvada qoyuldu. Plevanda isə məbəd-məqbərə "Plevna dastanı" mənzərəsi quruldu.[11]
Ədəbi yaradıcılıqda
redaktə- Pleven hadisələri Boris Vasilyevin "Var idi və olmayıb" romanında ətraflı təsvir edilmişdir.
- Plevnanın mühasirəsi - Boris Akuninin "Türk Qambiti" kitabının, eyni adlı filmin mərkəzi epizodlarından biridir.
- Plevnanın mühasirəsi və hücumları hadisələri Rumıniyada 1978-ci ildə çəkilmiş "Vətən uğrunda" filmində (rejissor Sergiu Nikolaesku) əks olunmuşdur.
Ədəbiyyat
redaktə- public domain: John Henry Verinder Crowe. Plevna // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 21 (XI). Cambridge University Press. 1911. 838–840, see page 838.
Battles of 1877....
This article incorporates text from a publication now in the - Greene, F.V. The Russian Army and its Campaigns in Turkey. New York: D.Appleton and Company. 1879. İstifadə tarixi: July 19, 2018 – Internet Archive vasitəsilə.
- Murray, Nicholas. The Rocky Road to the Great War: The Evolution of Trench Warfare to 1914. Potomac Books Inc. (an imprint of the University of Nebraska Press), 2013.
- Murray, Nicholas. “Plevna, Siege of (July 20 – December 10, 1877),” Russia at War, Timothy Dowling (ed.), ABC-CLIO, (December 2014).
- Von Herbert, Captain Frederick William. The Defence of Plevna; Written by One who Took Part in It. London: John Murray. 1911. İstifadə tarixi: 18 July 2018 – Internet Archive vasitəsilə.
- Crane, Stephen. The Siege of Plevna // Great Battles of the World. London: Chapman & Hall Limited. 1901. 33–49. İstifadə tarixi: July 21, 2018 – Internet Archive vasitəsilə.
- Compton's Home Library: Battles of the World CD-ROM
- George Marcu (coord.), Enciclopedia bătăliilor din istoria românilor, Editura Meronia, București 2011
- Русско-турецкая война 1877-78. — М.: Воениздат, 1977
- Беляев Н. И. «Русско-турецкая война 1877—1878 гг.». — Военное изд-во МО СССР, 1956
- Петелин В. В. Жизнь графа Дмитрия Милютина. — М.: Центрполиграф, 2010. — ISBN 978-5-227-02458-9.
- Скрицкий Н. В. «Балканский гамбит». — М., 2006
Xarici keçidlər
redaktə- The Siege of Pleven – scene from the Russian film The Turkish Gambit
- Enciclopediaromaniei.ro
- Militaryrifles.com
- Memorial Chapel to the Hero Grenadiers of Plevna (Moscow)
- СПИСОК генералам, офицерам и классным чинам Гренадерского корпуса, участвовавшим в сражении под Плевной 28-го ноября 1877 г.Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine
- Дневник пребывания императора Александра II в Дунайской армии 1877—1878 г.Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 3 Panthaki, Neville G. Pleven/Plevna, Siege of (20 July–10 December 1877) // Sandler, Stanley (redaktor). Ground warfare : an international encyclopedia. Santa Barbara, Calif.: ABC-CLIO. 2002. 690. ISBN 1-57607-733-0. OCLC 52521652.
- ↑ 1 2 Clodfelter, Micheal. Warfare and Armed Conflicts: A Statistical Reference to Casualty and Other Figures, 1500–2000 (2nd). Jefferson, N.C.: McFarland. 2002. 220. ISBN 0-7864-1204-6. OCLC 48003215.
- ↑ AJP Taylor. The Struggle for Mastery in Europe: 1848–1918. 1963. səh. 245. 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ 1 2 Dowling, Timothy C., redaktorRussia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond. Santa Barbara, California: ABC-CLIO. 2014. 645. ISBN 978-1-59884-947-9. OCLC 880349770.
- ↑ Drury, Ian. The Russo-Turkish War 1877: Men-at-Arms. London: Osprey. 1994. 6. ISBN 1-85532-371-0. OCLC 34911468.
- ↑ Trenk, Richard T., Sr. "The Plevna Delay: Winchesters and Peabody-Martinis in the Russo-Turkish War: A small Turkish army is trapped, but with the help of surprising firepower, they hold up the entire Russian Campaign for over five months". Man At Arms Magazine. 19 cild no. 4. August 1997 – militaryrifles.com vasitəsilə.
- ↑ Keith W. Doyon. "M1866 Turkish Contract Winchester (.44 Henry Rimfire)". Militaryrifles.com. 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-06.
- ↑ Dowling, Timothy C., redaktorRussia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond. Santa Barbara, California: ABC-CLIO. 2014. 646. ISBN 978-1-59884-947-9. OCLC 880349770.
- ↑ 1 2 Аникин В. В. Памятник гренадерам, павшим под Плевной. (Скульптор В. О. Шервуд). — М., Московский рабочий, 1986. — 62 с., ил. — (Биография московского памятника). — 50 000 экз. — С. 19.
- ↑ Eggenberger, David. An Encyclopedia of Battles: Accounts of Over 1,560 Battles from 1479 B.C. to the Present (English). Newburyport: Dover Publications. 2012. 337. ISBN 978-0-486-14201-2. OCLC 898770805.
- ↑ "Plevna Siege". Goldenaer.com. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.