Pnitaqor - Wikipedia
Pnitaqor (q.yun. Πνυταγόρας; e.ə. 332/331 ildə vəfat edib) — Kipr adasında yerləşən Salaminin hökmdarı.
Pnitaqor | |
---|---|
q.yun. Πνυταγόρας | |
Salamin hökümdarı | |
e.ə. 351/350 – e.ə. 332/331 | |
Əvvəlki | II Evaqor |
Sonrakı | Nikokreon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | -332/-331 |
Fəaliyyəti | monarx |
Uşağı | Nikokreon |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəE.ə. 351/350-ci ildə hakimiyyətə gəlmişdir, bu farsların tərəfini saxlayan əmisi II Evaqoru qovduqdan sonra mümkün olmuşdur. E.ə. 340-cı illərdə Sidon hökmdarı II Tabnit ilə farslara qarşı Kipr üsyanında iştirak etmişdir. E.ə. 344—343-cü illərdə Afina strategi Fokion və keçmiş hökümdar Evaqoromun başçılığı ilə fars muzdurlar qoşunu Salamini mühasirəyə almışdır[1]. Ada bütövlüklə farslar tərəfindən zəbt olunanda, Pnitaqor təslim oldu. Naməlum səbəbdən o, Artakserks tərəfindən şəhərin hökmdarı təyin edilmişdir[2].
Durisə əsasən, İss vuruşmasından sonra Pnitaqor öz flotuyla İskəndərə qoşuldu və Tir şəhərinin mühasirəsində iştirak etdi və orada flaqman gəmisini itirdi. Tirin alınmasından sonra e.ə. 332-ci ilin yayında o, evə buraxıldı və mükafata kimi Tamassos şəhərini aldı[3]..
Növbəti ildə Salaminin hökümdarı onun oğlu Nikokreon oldu.