Poct Qutusu Film 1967 - Wikipedia
Poçt qutusu | |
---|---|
Fayl:Poçt qutusu (film, 1967).jpg | |
Janr | faciəvi komediya |
Rejissor | Rauf Kazımovski |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Ssenari müəllifi | Rauf Kazımovski |
Baş rollarda |
İsmayıl Osmanlı — Novruzəli Ağasadıq Gəraybəyli — xan Viktor Kolpakov — poçt xidmətçisi Vasili Filippov — qorodovoy Lev Bardukov — məhkəmə sədri |
Operator | Teyyub Axundov |
Bəstəkar | Emin Mahmudov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1967 |
Müddət | 14 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
2 hissə 420 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
redaktəBurada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır.
Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.[1]
O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.[1]
Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir...[1]
Film haqqında
redaktəFilm Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithaf edilmişdir.
Kino əsəri ədibin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Kinoda ədibin yaradıcılığına ilk dəfə bu filmdə müraciət olunmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Cəlil Məmmədquluzadə
- Ssenari müəllifi: Rauf Kazımovski
- Quruluşçu rejissor: Rauf Kazımovski
- Operator: Teyyub Axundov
- Rəssam: Nadir Zeynalov
- Bəstəkar: Emin Mahmudov
- Səs operatoru: Əziz Şeyxov
- Rejissor assistenti: Kazım Həsənov
- Montaj edən: Tahirə Babayeva
- Filmin direktoru: Hacıağa Həsənli
Rollarda
redaktə- İsmayıl Osmanlı — Novruzəli
- Ağasadıq Gəraybəyli — xan
- Viktor Kolpakov — poçt xidmətçisi
- Vasili Filippov — qorodovoy
- Lev Bordukov (Lev Bardukov kimi) — məhkəmə sədri
- Ofeliya Məmmədzadə — xanın arvadı (titrlərdə yoxdur)
- Yusif Vəliyev — əli qandallı adam (titrlərdə yoxdur)
- Cabbar Əliyev — qoçu (titrlərdə yoxdur)
- Abbas Rzayev — kəndli (titrlərdə yoxdur)
- Məmmədsadıq Nuriyev — kəndli (titrlərdə yoxdur)
- Törəxanım Zeynalova (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Əzizağa Qasımov — poçt xidmətçisi (Viktor Kolpakov) (titrlərdə yoxdur)
- Yusif Vəliyev — qorodovoy (Vasili Filippov) (titrlərdə yoxdur)
- Əli Zeynalov — məhkəmə sədri (Lev Bardukov) (titrlərdə yoxdur)
Arxiv kadrlarda iştirak edən
redaktə- Cəlil Məmmədquluzadə (şəkil) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ 1 2 3 Sevda Sultanova. "Mirzə Cəlilin kinoya çəkilən ilk əsəri" (az.). Lent.az. 9 sentyabr 2017. 2017-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
Mənbə
redaktə- "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.