Poetika Izm Jurnal - Wikipedia
Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.[1]
Poetika.izm | |
---|---|
| |
Baş redaktor | akademik İsa Həbibbəyli |
Təsisçi | AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu |
Təsis tarixi | 2014 |
İlk buraxılışı | 2014 |
Ölkə | Azərbaycan |
ISSN | 2663-4406 (Print) ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print) ISSN 2709-2699 (Online) |
poetica.ism.literature.az |
Haqqında
redaktəPoetika.izm jurnalı 2013-cü il noyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.[2] Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnalıdır və 2014-cü ildən etibarən nəşr olunur.
"Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır[3]. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır.
Əhəmiyyəti
redaktəJurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir[4].
Redaksiya qrupu
redaktəJurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir[5].
Baş redaktor
redaktə- İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü
Baş redaktorun müavini
redaktə- Tahirə Məmməd – professor
Məsul katib
redaktəMaral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru
Redaksiya şurası
redaktə- Teymur Kərimli – AMEA-nın həqiqi üzvü
- Bədirxan Əhmədov – professor
- Rəhilə Qeybullayeva – professor
- Məmməd Əliyev – professor
- Şirindil Alışanov – professor
- Vaqif Yusifli – filologiya elmləri doktoru, dosent
- Rahid Xəlilov – filologiya elmləri doktoru
- Salidə Şərifova – filologiya elmləri doktoru, dosent
- Pərvanə İsayeva – filologiya elmləri doktoru, dosent
- Elnarə Akimova – filologiya elmləri doktoru, dosent
Məsul redaktor
redaktə- Ülkər Hüseynova
Beynəlxalq redaksiya heyəti
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə- İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil. 2018. səh. 58.
- http://ek.anl.az/lib/item?id=chamo:573911&theme=e-kataloq
- https://literature.az/?lang=aze&page=185&newsId=116741
- https://525.az/news/95229-poetika-izm-jurnalinin-yeni-sayinda
- https://www.academia.edu/104953897/Nizami_G%C9%99nc%C9%99vi_ad%C4%B1na_%C6%8Fd%C9%99biyyat_%C4%B0nstitutu
- https://aak.gov.az/single/427
- http://www.anl.az/down/meqale/525/2018/fevral/579223.htm
- Poetika.izm Bakı: "Elm və Təhsil. 2018/№ 4. səh. 214.
İstinad
redaktə- ↑ “Poetika.izm” jurnalının növbəti nömrəsində
- ↑ Poetika.izm. Bakı: “Elm və təhsil nəşriyyat və poliqrafiya” MMC. 2021/№ 2. səh. 129.
- ↑ ""Poetika.izm" jurnalının növbəti sayı çapdan çıxıb". 06.01.2023. 2023-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2023.
- ↑ "Ədəbiyyat nəzəriyyəsi sahəsində mühüm hadisə:"Poetika.izm" jurnalının ilk sayı çap olunub."". 26.12.2014. İstifadə tarixi: 4 oktyabr 2023.[ölü keçid]
- ↑ ""Poetika.izm" jurnalının növbəti nömrəsində". 12.03.2021. İstifadə tarixi: 4 oktyabr 2023.