Polsa Milli Parklari - Wikipedia
Polşa milli parkları (pol. Parki narodowe w Polsce) — Polşada yerləşən 23 milli parka verilən ümumi ad.
Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur.
2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına[1] görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. Milli park biomüxtəlifliyi, təbii ehtiyatları, təbiətin cansız elementlerini və obyektlərini qorumaq, heyvan və göbələklərin dağılmış ekosistemlərini, təbiətin müfaviq komponentlərini yenidən bərpa etmək üçün qurulur.
Polşa milli parkları müxtəlif sahələrə bölünür. Bunlara ciddi qorunan zona, aktiv zona və təbiət zonası aiddir.
Milli parkları əhatə edən ərazilər bufer zonası kimi müəyyən edilmişdir. Bufer zonaları ovçuluq kimi məşğuliyyətlərin qarşısını almaq üçün istifadə olunar. Polşadakı milli parkların hamısını ziyarət etmək mümkündür. Amma ziyarət müəyyən olunmuş sahələr, cığırlar və yollar ilə müəyyən olunur.
Milli parklar mərkəzi büdcə ilə idarə olunur. 1 may 2004-cü ildən milli parklara Polşa Ətraf Mühit Nazirliyi nəzarət edir.
Ən böyük milli park Bebja Milli Parkıdır. (592,23 km2) Ən kiçik milli park isə sahəsi 21,46 km2 olan Oyçov Milli Parkıdır. Ən qərbdə yerləşən milli park Volin Milli Parkı, ən şimalda yerləşən milli park Slovinski Milli Parkı, ən şərqdə yerləşən milli park Byaloveja Milli Parkı, ən cənubda yerləşən milli park Beşad Milli Parkıdır. Bəzi milli parklar digər ölkələrin qorunan təbiət əraziləri ilə sərhəddədirlər. Babeqor Milli Parkı Slovakiyanın Horno Orava Qorunan Təbiət Ərazisi ilə, Byaloveja Milli Parkı Belarusun Belovejskaya Puşça Milli Parkı ilə, Beşad Milli Parkı Slovakiyanın Polonini Milli Parkı ilə, Karkonoş Milli Parkı Çexiyanın Krokonoşe Milli Parkı ilə, Pyenini Milli Parkı Slovakiyanın Pyenni Milli Parkı ilə, Poless Milli Parkı Ukraynanın Şat Milli Parkı ilə, Tatra Milli Parkı Slovakiyada eyniadlı milli parkla qonşudur.
Polşa milli parkları bir neçə layihənin tərkib hissəsidir. Ekologiyada və təhsildə vacib rol oynayırlar. Bütün milli parklarda tarixi muzeylər yerləşir.
Xəritə
redaktəSiyahı
redaktəŞəkil | Adı | Voyvodalıq | Qurulma tarixi | Sahəsi (km²) | Emblemi | YUNESKO statusu | Koordinatları |
---|---|---|---|---|---|---|---|
Babeqor Milli Parkı[2][3] | Malopol | 1955 (1933) | 33,92 | Laserpitium archangelica |
Biosfer qoruğu | 49°35′ şm. e. 19°32′ ş. u.HGYO | |
Byeloveja Milli Parkı[4][5] | Podlya | 1947 (1932) | 105,02 | Zubr |
Ümumdünya irsi, Biosfer qoruğu | 52°40′ şm. e. 23°50′ ş. u.HGYO | |
Bebja Milli Parkı[6][7] | Podlya | 1933 | 592,23 | Döyüşkən quş |
Biosfer qoruğu | 53°35′ şm. e. 22°46′ ş. u.HGYO | |
Beşad Milli Parkı[8] | Podkarpatiya | 1973 | 292,01 | Vaşaq |
Biosfer qoruğu | 49°06′ şm. e. 22°40′ ş. u.HGYO | |
Tuxola Meşəsi Milli Parkı[9][10] | Pomeraniya | 1996 | 47,98 | Tetra |
— | 53°36′ şm. e. 18°00′ ş. u.HGYO | |
Dravno Milli Parkı[11][12] | Qərbi Pomeraniya | 1990 | 114,41 | Susamuru |
— | 53°07′ şm. e. 16°15′ ş. u.HGYO | |
Qorç Milli Parkı[13] | Kiçik Polşa | 1981 | 70,29 | Ləkəli salamandra |
— | 49°34′ şm. e. 20°10′ ş. u.HGYO | |
Masa Dağları Milli Parkı[14][15] | Aşağı Sileziya | 1993 | 63,40 | Qumdaşı |
— | 50°28′ şm. e. 16°20′ ş. u.HGYO | |
Kampinos Milli Parkı[16] | Mazoviya | 1959 | 385,44 | Sığır |
Biosfer qoruğu | 52°19′ şm. e. 20°28′ ş. u.HGYO | |
Karkonoş Milli Parkı[17][18] | Aşağı Sileziya | 1959 | 55,76 | Dağ |
— | 50°46′ şm. e. 15°37′ ş. u.HGYO | |
Maqura Milli Parkı[19][20] | Podkarpatiya | 1995 | 194,39 | Adi sar |
— | 49°31′ şm. e. 21°31′ ş. u.HGYO | |
Narv Milli Parkı[21][22] | Podlya | 1996 | 68,1 | Bataqlıq belibağlısı |
— | 53°04′ şm. e. 22°53′ ş. u.HGYO | |
Oyçov Milli Parkı[23] | Kiçik Polşa | 1956 | 21,46 | Yarasa |
— | 50°13′ şm. e. 19°50′ ş. u.HGYO | |
Pyenini Milli Parkı[24][25] | Kiçik Polşa | 1954 (1932) | 23,46 | Trzi Koroni dağı |
— | 49°25′ şm. e. 20°22′ ş. u.HGYO | |
Poless Milli Parkı[26][27] | Lublin | 1990 | 97,62 | Boz durna |
— | 51°27′ şm. e. 23°09′ ş. u.HGYO | |
Rastoç Milli Parkı[28][29] | Lublin | 1974 | 84,83 | Konik |
— | 50°36′ şm. e. 23°01′ ş. u.HGYO | |
Slovinski Milli Parkı[30][31] | Pomeraniya | 1967 | 186 | Qağayı |
Biosfer qoruğu | 54°40′ şm. e. 17°13′ ş. u.HGYO | |
Sventokşiski Milli Parkı[32][33] | Sventokşiski | 1950 | 76,26 | Maral |
— | 50°52′ şm. e. 20°58′ ş. u.HGYO | |
Tatra Milli Parkı[34][35] | Kiçik Polşa | 1954 (1947) | 211,64 | Tatra chamois |
Biosfer qoruğu | 49°15′ şm. e. 19°56′ ş. u.HGYO | |
Uyste-Varti Milli Parkı[36][37] | Lubus | 2001 | 80,38 | Əkin qazı |
— | 52°35′ şm. e. 14°42′ ş. u.HGYO | |
Velikopolska Milli Parkı[38][39] | Böyük Polşa | 1957 | 75,84 | Bayquş |
— | 52°17′ şm. e. 16°51′ ş. u.HGYO | |
Viqer Milli Parkı[40][41] | Podlya | 1989 | 150,86 | Susamuru |
— | 54°02′ şm. e. 23°06′ ş. u.HGYO | |
Volin Milli Parkı[42][43] | Qərbi Pomeraniya | 1960 | 109,37 | Ağquyruq dəniz qartalı |
— | 53°55′ şm. e. 14°30′ ş. u.HGYO |
Baltik dənizi sahili | Düzənlik | Sudet dağları | |||
Göl | Dağlıq | Karpat dağları |
İstinadlar
redaktə- ↑ Tekst ustawy z dnia 16 kwietnia 2004 r. o ochronie przyrody (Dz. U. z 2009 r. Nr 151, poz. 1220)
- ↑ "Babeqor Milli Parkı". Official site. 2015-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Babeqor Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Byaloveja Milli Parkı". Official site. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Byaloveja Milli Parkı". Polish national parks. 2015-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Bebja Milli Parkı". Official site. 2016-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Bebja Milli Parkı". Polish national parks. 2016-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Beşad Milli Parkı". Polish national parks. 2007-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Tuxola Milli Parkı". Official site. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Tuxola Meşəsi Milli Parkı". Polish national parks. 2015-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Dravno Milli Parkı". Official site. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Dravno Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Qorç Milli Parkı". Polish national parks. 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Masa Dağları Milli Parkı". Official site. 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Masa Dağları Milli Parkı". Polish national parks. 2015-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Kampinos Milli Parkı". PTMN. 2011-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Karkonoş Milli Parkı". Official site. 2015-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Karkonoş Milli Parkı". Polish national parks. 2013-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Maqura Milli Parkı". Official site. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Maqura Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Narv Milli Parkı". Official site. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Narv Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Oyçov Milli Parkı". Polish national parks. 2013-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Pyenini Milli Parkı". Official site. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Pyenini Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Pyenini Milli Parkı". Official site. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Poless Milli Parkı". Polish national parks. 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Rastoç Milli Parkı". Official site. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Rastoç Milli Parkı". Polish national parks. 2015-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Slovinski Milli Parkı". Official site. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Slovinski Milli Parkı". Polish national parks. 2009-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Sventokşiski Milli Parkı". Official site. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Sventokşiski Milli Parkı". Polish national parks. 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Tatra Milli Parkı". Official site. 2011-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Tatra Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Rastoç Milli Parkı". Official site. 2011-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Uyste-Varti Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Velikopolska Milli Parkı". Official site. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Velikopolska Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Viqer Milli Parkı". Official site. 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Viqer Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Volin Milli Parkı". Official site. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ "Volin Milli Parkı". Polish national parks. 2015-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
Xarici keçidlər
redaktə- Polşa milli parkları Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine
- Polşa Ətraf Mühit Nazirliyi