Polonski Adasi - Wikipedia
Polonski adası (yap. 貝殻島, rus. остров Полонского) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Ada inzibati cəhətdən Saxalin vilayəti Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddua edərək onu Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisi hesab edir[1][2]. Üstəlik yaponlar adanı Kuril adalarının deyil Habomai arxipelaqına daxil ada kimi qeyd edir. Ada İkinci Dünya müharibəsi sonucunda SSRİ tərəfindən ələ keçirilmişdir. Adı görkəmli rus tarixçisi, Sakit okeanda bir çox coğrafi kəşflərə imza atmış Aleksandr Polonski[3]. şərəfinə adlandırılmışdır. Adanın səthi düzəndir. Maksimal hündürlüyü 16 metrdir. Üzəri ot bitkiləri ilə örtülüdür. Sahəsi 12 km² təşkil edir. Adada əhalisi olmayan yaşayış məntəqəsi vardır.
Polonski adası adası | |
---|---|
rus. остров Полонского, yap. 多楽島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 12 km² |
Hündür nöqtəsi | 16 m |
Əhalisi | 0 nəfər (2011-ci il) |
Yerləşməsi | |
43°48′ şm. e. 146°19′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Şikotan adasından Şpanberq boğazı (22 km şimal-şərq), Zelyonı adasından Polonski boğazı (11 cənub-qərb) ilə ayrılır. Kunaşirdən isə ada Cənubi Kuril boğazı arırır. Polonski adasından 6 km cənub-şərqdə Oskolki adaları qərarlaşır. Sahilləri Losos, yengəclər, dəniz kələmi və s ilə zəngindir. Ada ərazisi dövlət əhəmiyyətli Kiçik Kuril yasaqlığı yerləşir.
İstinadlar
redaktə- ↑ Карта округа Нэмуро Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine (yap.)
- ↑ Administrative map of Japan (As of April 1, 2014) Arxivləşdirilib sentyabr 12, 2015, at the Wayback Machine (ing.)
- ↑ Пыжьянов Ф. И., Браславец К. М. "Остров Кунашир и Малые Курилы. Топонимический словарь. История в названиях на карте Сахалинской области" (rus). 1983, 1994. 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-22.