Portal Sankt Peterburq Din - Wikipedia
Pyotr və Pavel kafedralı (rus. Петропавловский собор, tam adı Baş apostollar Pyotr və Pavel şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Pyotr-Pavel qalasında yerləşən pravoslav kafedral kilsə, Rusiya İmperatorlarının sərdabəsi və Peterburqun əsas memarlıq abidəsi. 2012-ci ilə qədər 122,5 metr hündürlüyü olan kilsə Peterburqun ən hündür binalarından sayılırdı. 2013-cü ildə isə kilsə hündürlüyünə görə 140 metrlik Leader Tower və 124 mərtəbəli «Knyaz Aleksandr Nevski» yaşayış komleksindən sonra 3-cü yerdə qərarlaşmışdı.
1703-cü ildə I Pyotr Fin körfəzinin sahilidə Pyotr və Pavel qalasının əsasını qoyur. Pyotr anlayırdı ki, Rusiyanın dövrünün ideyalarını təcəssüm edəbilən memarlığa ehtiyacı var. Gənc paytaxtın Rusiya şəhərləri içərisində dominant mövqeyini gücləndirmək üçün səy göstərən hökmdar, Moskvada yerləşən İvan zəng gülləsindən daha hündür olacaq bir tikilinin inşası barədə düşünür. Yeni məbəd paytaxtın ən əhəmiyyətli tikililərindən biri olmalı və qəsrin mərkəzi hissəsində yerləşməli idi.
Məqaləni oxu...