Portu Fk Muzeyi - Wikipedia
Portu FK muzeyi, sponsorluq səbəblərindən rəsmi olaraq BMG tərəfindən Portu Muzeyi (port. Museu do Futebol Clube do Porto by BMG) — Portu şəhərində yerləşir və Portuqaliya liqasında çıxış edən "Portu"nun tarixini özündə əks etdirir. Muzeyin girişində nəhəng mavi ulduz yerləşir. Muzeyin rəsmi açılışı klubun 120 illik tarixi ilə əlaqədar 2013-cü ilin 28 sentyabr tarixində baş tutmuş və 26 oktyabr tarixində isə muzeyin qapıları ictimaiyyətin üzünə açılmışdır.[1]
Portu Futbol Klubu muzeyi | |
---|---|
Museu do Futebol Clube do Porto by BMG | |
Əsası qoyulub | 28 sentyabr 2013 |
Mövzu | İdman muzeyi |
Ölkə | |
Yerləşir | Portu, Portuqaliya |
41°09′38″ şm. e. 8°34′58″ q. u.HGYO | |
museufcporto.pt/index_en… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin yaradılması və tikintisi Sibina Partners (Barselona) və MUSE (London) [2][3] şirkətləri tərəfindən həyata keçirilmişdir. Muzey Draqao stadionunun şərq hissəsində yerləşən sektorun altında yerləşir. Burada 27 müxtəlif mövzunu əhatə edən; klubun tarixi tədbirlərini, oyunlarını, uğurlarını, məşqçi və oyunçularını xatırladan görüntülü elektron məlumatlar göstərilməkdədir. Bundan başqa "Portu" klubunun yalnız futbol sahəsində deyil həmçinin həndbol, basketbol və digər idman növlərində qazandığı uğurlar nəticəsində əldə etdiyi mükafatlar ziyarətçilərə nümayiş etdirilir. Muzeyin mərkəzi bölməsində klubun daxili çempionatda qazandığı kuboklar və Avropa miqyaslı turnirlərdə əldə etdiyi mükafatlar sərgilənir. Bundan başqa burada keçmiş zamanlarda futbolçuların geyindiyi orjinal formalar, foto şəkillər, sənədlər və medallar nümayiş olunur.[3][4]
Muzeydə həmçinin auditoriya, klubun mağazası, kofe bölməsi və müvəqqəti sərgilər üçün ayrılmış məkan fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Pinto da Costa cumpre promessa e sonho com inauguração do Museu do FC Porto" (Portuguese). Público. 28 September 2013. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Museo do Porto FC – Concept". Sibina – Partners. 28 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ 1 2 "FC Porto Museum by BMG". MUSE – museums & expos. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Mather & Co collaborates to open FC Porto museum in Portugal". SME club Manchester. pro·manchester SME club Limited. 5 November 2013. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.