Presov Diyari - Wikipedia
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir.
Preşov diyarı | |
---|---|
49°00′06″ şm. e. 21°14′22″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Preşov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 24 iyul 1996 |
Sahəsi |
|
Hündürlük | 428 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | SK-PV |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir.
Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
İnzibati bölünmə
redaktəPreşov diyarı "okres" adlanan 13 rayona bölünür:
Statistik məlumatlar (2001)
redaktəƏhalinin etnik mənsubiyyəti
- slovaklar 90,7 %
- qaraçılar 4,0 %
- rusinlər/ukraynalılar 3,6 %
- digərləri 1,7 %
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 67,0 %
- yunan katolikləri 15,3 %
- lüteranlar 5,1 %
- pravoslavlar 4,0 %
- ateistlər 5,6 %
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
redaktə- Prešovský samosprávny kraj Diyarın rəsmi saytı