Pro N Con - Wikipedia
Pro'n'Con 2002–2003-cü illərdə tez-tez getdikləri kilsədə tanış olan 5 gənc musiqi alətlərində ifa və ümumiyyətlə, rok musiqi ilə burada maraqlanmağa başlayırlar.. Yeni il ərəfəsində (2003–2004) onlar " Reformation " adlı qrup yaratmaq qərarına gəlirlər.. 5 yanvar 2004 tarixində isə məşqlərə başlayırlar.. İyun ayında baş tutan ilk çıxışları elə məşq etdikləri həmin kilsədə olur, lakin qrupun vokalisti Vita əsgərlikdə olduğu üçün orada iştirak edə bilmir.. Həmin ilin oktyabrında isə Rauf da vətənə borcunu yerinə yetirməyə getməli olur.. 3 nəfərlik kiçik heyətlə onlar həmin kilsədə 3 dəfə çıxış edir.. Çox keçmədən, Yan da əsgərliyə gedir.. 2007-ci ildə artıq bütün üzvlər qayıtmış olur və "reformation" öz fəaliyyətini davam etdirməyə başlayır.. Musiqi zövqlərinin fərqliliyi ilə əlaqədar, Yan və Rauf " Protector" adlı yeni bir kollektivdə Power metal tərzində ifa etməyə başlayır.. Bir neçə dəfə fərqli heyətlə çıxışlar olur.. Lakin bunun onların dostluğuna heç bir təsiri olmur və yenidən birləşmək ideyaları yaranır.. 2007-ci ilin payızında onlar Moskva şəhərində keçiriləcək "xristian musiqisi festivalı"ndan xəbər tuturlar.. Onlar çox fikirləşmədən, ortaq ad altında birləşir və rok musiqisi üzrə festivalda iştirak etmək qərarı alırlar.. "Pro`n`Con" adının da tarixi elə bu zaman başlayır.. Və bu, hər şeyin başlanğıcı sayılır.. "Pro`n`Con" "leyhinə və əleyhinə" kimi tərcümə olunur.. İngilis dilində tam halda "Pro and Con", latınca isə "Pro et contra"
Qrup üzvləri məqsədlərini bu cür başa salır:
redaktə"Biz musiqimiz vasitəsilə insanlara xeyirli və zərərli, yaxşı və pis, rəhmli və kinli, ağ və qara anlayışlarını çatdırmaq istəyirik.. Qrupun adı da məhz məqsədimizə uyğun seçilib.. Yaşadığımız illər ərzində çox şeyi görüb, dözməli olmuşuq.. Həddən artıq çox problemlərimiz olub, hər insanın həyatında olduğu kimi.. Lakin həyatımızda, ailəmizdə elə böyük möcüzələr baş verdi ki, buna laqeyd yanaşa bilməzdik… Hamının bunu hiss etməyini istəyirik: Alahın onları nə qədər sevdiyini və onlara nə qədər kömək etmək istədiyini.. Elə bu zəmində də "On" mahnısını yazırıq… Bəli, biz mələk deyilik, biz də səhvlər edirik, insan mükəmməl ola bilməz, lakin bu heyətlə belə mövzulu mahnılar ifa etdikcə, özümüz də dəyişməyə başlayırıq.. Biz özümüzün də həyatda qarşılaşdığı hadisələri musiqimizdə əks etdiririk, çox şükür ki, O bizə yardım edib və tək qoymayıb…"
Qrup üzvləri:
redaktə- Vita – vokal
- Pj – solo gitara
- Anar – ritm gitara* Yan – bass gitara
- Aleksandr – zərb