Prometey Teskilat - Wikipedia
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat.[1]
Prometey | |
---|---|
Növü | Siyasi |
Yaranma tarixi | 1926 |
Ləğvolma tarixi | 1939 |
Yarandığı yer | Paris, Fransa |
Tarixi
redaktəParisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar.[2] Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı.[2] Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri.[2]
Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi:[2] 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh. 11-13; 5) “Siyasətçi tarixçiyə qarşı”, 1931, N51, səh. 6-8.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Məhəmməd Əmin Rəsulzadənin mühacirət fəaliyyəti". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 sentyabr 2018.
- ↑ 1 2 3 4 "Məhəmməd Əmin Rəsulzadənin Fransadakı fəaliyyəti". musavat.com. musavat.com. İstifadə tarixi: 26 sentyabr 2018.