Prussiyali Sofiya Yunanistan Kralicasi - Wikipedia
Prussiyalı Sofiya (yun. Σοφία Δωροθέα Ουλρίκη Αλίκη; 14 iyun 1870[1], Potsdam[2] – 13 yanvar 1932[1], Frankfurt-Mayn[2]) — Almaniya imperatoru III Fridrixin qızı, Yunanıstan kraliçası.
Prussiyalı Sofiya | |
---|---|
18 mart 1913 – 11 iyun 1917 | |
19 dekabr 1920 – 27 sentyabr 1922 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyun 1870[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 1932[1] (61 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | royalty[d] |
Atası | III Fridrix |
Anası | Viktoriya (Almaniya imperatriçası) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Hohensollernlər |
Dini | şərqi ortodoks xristianlıq[3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Anası Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya, atası isə Almaniya imperatoru və Prussiya kralı I Vilhelmin oğlu Şahzadə Fridrix idi. 1889-cu ildə Yunanıstan taxt-tacının varisi Şahzadə Konstantinlə evləndirildi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu. Qaynanası kimi, Sofiya da xeyriyyəçiliklə məşğul oldu. hərbi hospitalları ziyarət etdi və yaralı əsgərlərlə yaxından maraqlandı.
Bütün bu səylərinin sonunda nənəsi Kraliça Viktoriya ona Qızıl Xaç mükafatı göndərsə də, bu fəaliyyətləri yerli xalq tərəfindən yaxşı görülmədi. Əslən alman olması və o illərdə yunanların almanların ən güclü müttəfiqi olan Osmanlılarla müharibə şəraitində yaşaması Prussiyalı Sofiyanın alman cəsusu olması barədə şayələrin yayılmasına səbəb oldu. Ərinin 1917-ci ildə taxtdan endirilməsinin ardından ailə üzvləriylə birlikdə İsveçrəyə sürgün edildi.
Taxta çıxarılan oğlu Aleksandr isə vaxtsız vəfat etdi və iflas edən Yunan hökuməti I Konstantini yenidən ölkəyə dəvət etdi. 1920-ci ildə digər ailə üzvləriylə ölkəyə qayıdan I Konstantin, Mustafa Kamal Paşanın yunanlar üzərində qazandığı qələbənin ardından yenidən taxtdan çəkilməyə məcbur oldu. Ən böyük oğlu II Georq Yunanıstan taxt-tacına sahibləndi. Sofiya və ailə üzvləri bu dəfə İtaliyaya sürgün olundu və ertəsi il burada əri vəfat etdi. Son illərini ailəsiylə birlikdə keçirən Sofiya 1932-ci ildə Almaniyada vəfat etdi.
Övladları
redaktə- II Georq (19 iyul 1890 – 1 aprel 1947)
- Aleksandr (1 avqust 1893 – 25 oktyabr 1920)
- Helen (2 may 1896 – 28 noyabr 1982)
- Pavel (14 dekabr 1901 – 6 mart 1964)
- İrina (13 fevral 1904 – 15 aprel 1974)
- Yekaterina (4 may 1913 – 2 oktyabr 2007)
Qalereya
redaktə-
Əri Şahzadə Konstantinlə birlikdə, 1888-ci il
-
Özü və qızları, 1913-cü il
-
Nəvəsi Aleksandra ilə birlikdə, 1921-ci il
-
Ən kiçik qızı Yekaterina ilə birlikdə
-
Özü, 1923-cü il
Mənbə
redaktə- Henri van Oene, Genealogy of the Royal Family of Prussia, 13 May 1998, 18 September 2011 <Genealogy of the Royal Family of Prussia>.
- Pakula, Hannah, An Uncommon Woman, Simon & Schuster, New York, 1995, ISBN 0-684-84216-5
- Petropoulos, Jonathan, Royals and the Reich, Oxford University Press, New York, 2006, ISBN 0-19-516133-5
- Van der Kiste, John, The Prussian Princesses: Sisters of Kaiser Wilhelm II, Fonthill, 2014
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Lundy D. R. Sophie Dorothea Ulrike Alice Prinzessin von Preußen // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #140770070 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Yunanca Vikipediya (yun.). 2002.