Putonqhua - Wikipedia
Putonqhua - Wikipedia - Haqqında Məlumat
Putonqhua (çin. ənən. 普通話, sadə. 普通话, pinyin: Pǔtōnghuà) — Çin Xalq Respublikasının rəsmi dilidir . Onun analoqları (kiçik fərqlərlə) Tayvanda quoyu və Sinqapurda huayu adlanır.
Putonqhuanın fonetikası və leksikası Şimali Çinin Pekin ləhcəsinin tələffüzünə əsaslanır. Putonqhua qrammatikası bir sıra klassik ədəbi əsərlər, ilk növbədə Şimali Çin dilində yazılmış dörd klassik roman əsasında hazırlanmışdır.