Pyasin Cayi - Wikipedia
Pyasina[1] — Krasnoyarsk diyarı ərazisindən axan çay. Uzunluğu 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Taymır yarımadası ərazisindən axaraq Kara dənizi. nə tökülür.
Pyasin | |
---|---|
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 28 m |
Mənsəbi | Kara dənizi |
Uzunluğu | 818 km |
Su sərfi | 2.550 m³/s |
Su hövzəsi | 182,000 |
Hövzəsinin sahəsi | 182.000 km² |
|
|
DSR[rus.] | 17020000112116100117923 |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktə«Pyasin» Nenes dilində hamar, düz, meşəsiz torpaq anlamında işlədilir. Bu Tundra anlamını verir[2].
Coğrafiyası
redaktəUzunluğu — 818 km, hövzəsinin sahəsi 182 min. km² təşkil edir. Pyasino gölündən başlanğıcını götürən çay Şimali Sibir çökəkliyindən axaraq Bırrınqa dağları uaxınlığından axaraq Pyasin köfəzinə tökülür. 170 km uzunluğunda estuari əmələ gətirir. Mənsəbində Labirintovıye adalarını əmələ gətirir. Orta illik su sərfiyyatı aşağı axarlarda 2,6 min. m³/s axın isə 82 km³ təşkil edir. Gursululuq dövrü iyundan oktyabra qədər davam edir.
Tarixi
redaktəRus dənizçiləri ilk dəfə 1605-ci ildə Pyasin çayının mənsəbinə daxil olmuşlar. Sonradan dənizçilər Taymır yarımadasının daxilinə irəliləmişlər. 1610-ci ildə isə Kondratiya Kuroçkin və Ospin Şeppunov Pyasin çayının mənsəninə qədər gəlmişlər[3]. 1614-ci ildən xidmət edən insanlar bura gəlişi yadaqlayırlar. Bundan sonra Pyasin ətrafına dəniz yolu unudulur. 1667-ci ildə Pyats xəritəsində (Qonudovun) Pyasin çayı Kara dənizinə deyil Yenisey çayına tökülən çay kimi göstərilir.
Pyasin körfəzinin sahilləri 1740-cı ildə Dmitriy Vasileviç Sterlekov tətqiq etmişdir, 1741-ci ildə isə Semyon Çelyuskin burada olmuşdir. 1893-ci ildə isə Nansen «Fram» gəmisində Pyasin körfəzinin tətqiqatını atmişdir. 1915-ci ildə isə A. Beqiçev B. A. Vilkinskiyə və Otto Sverdrupa kömək məqsədi ilə qış yolu ilə dəfələrlə çayın hər iki tərəfinə keçmişdir[4]
Qolları
redaktəÇayın əsas qolları: sağdan — Çernaya, Dupıta, Yaqoda, Tareya, Binyoda, Çetırex; soldan — Aqapa, Mokoritto, Pua.
Əhəmiyyəti
redaktəÇay mənsəbdən 700 km məsafədə gəmiçilik üçün yararalıdır. Kresti qəsəbəsi yaxınlığına qədər gəmilər sərbəst irəliləyə bilirlər. Bu hissədə Dudıpta çayının mənsəbi yerləşir. Kiçik gəmilər və qayıqlar isə hətta Pyasin gölünə qədər gələ bilirlər[5][6] Naviqasiya cəmi iki ay avqustun orralarından sentyabrın sonlarına kimi açıq olur.
Pyasin çayının mənsəbində Ust-Tareya və Kresti qəsəbələri yerləşir. Burada balıq ovu həyata keçirilir.
Fauna
redaktəDeltasında 1984-ci ildə 230,000 baş qaz kaloniyası müəyyənləşmişdir. Deltasında 35—45 min, hövzəsində yerləşən 260 göldə isə 200—210 min baş ağ baş qaz aşkarlanmışdır. 1987-ci il məlumatına gör hövzəsində 36 quş növü aşkarlanmışdır: qaradöş qaqar, qırmızıdöş qaqar, ağdimdik qaqar, qara qaz, qırmızıdöş qaz, əkin qazı, qaşqa qaz, kiçik qu quşu, bizquyruq ördək, dəniz qaraördəyi, ağquyruq dəniz qartalı, şahin, qütb bayquşu.
İstinadlar
redaktə- ↑ Агапа // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 82.
- ↑ "Поморские мореходы". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ "На кочах — по ледовитому океану". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ Штурман И. А. Коваленко. «Большевик Заполярья», 15 июня 1936 года, Игарка.
- ↑ Пясина и Пясинский залив — судоходство и грузоперевозки Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine, Енисейское пароходство
- ↑ Norilka at Valek Arxivləşdirilib 2009-11-24 at the Wayback Machine, UNESCO: Water resources