Pyer Bezuxov - Wikipedia
Qraf Pyotr (Pyer) Kirilloviç Bezuxov (rus. Пьер Безухов, Пётр Кириллович Безухов) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhərmqanlarından biri. O, qeyri-qanuni doğulmuş olmasına baxmayaraq, zəngin qraf Kirill Vladimiroviç Bezuxovun ən sevimli övladı və varisidir.
Pyer Bezuxov | |
---|---|
rus. Пьер Безухов Hərb və Sülh obrazı | |
Yaradan | Lev Tolstoy |
Canlandıran | Henri Fonda, Sergey Bondarçuk, Entoni Hopkins, Pol Dano |
Məlumat | |
Cinsi | kişi |
Həyat yoldaşı | |
Milliyyəti | rus |
Romanda
redaktəRomanın əvvəlində Pyer Fransada təhsilini tamamlayaraq yenicə Rusiyaya qayıtmış, karyera qurmaq istəyində olan gəncdir. O, təmiz qəlbli, savadlı bir gənc olmaqla yanaşı, Rusiya saray cəmiyyətinin həyat tərzinə uyğunlaşa bilmir. Lakin zəngin qrafın varisi olması zadəgan cəmiyyətində ona qarşı marağı artırır.
Atasının ölümündən sonra zəngin varidata sahib olan Pyerin həyatı və sosial mövqeyi dəyişir və o, yeni Knyaz Bezuxov olur. Sadəlövhlüyü üzündən, o, tezliklə Knyaz Kuraginin cəmiyyətdə yüksək nüfuza malik olan gözəl və hiyləgər qızı Elen Kuraginlə evlənir. Elen Pyeri sevmir və bu evlilikdən yalnız maddi gəlir üçün istifadə etmək fikrində olur. Tezliklə Pyer arvadının Doloxovla olan gizli əlaqəsindən xəbər tutur və onu duelə çağırır.
Dueldə Pyer Doloxovu ağır yaralayır. Bu hadisə ona ciddi psixoloji təsir göstərir və Pyer evdən uzaqlaşır. Bir müddət sonra isə Pyer Azad Mason Cəmiyyətinə qoşulur. Bu cəmiyyətin təsiri ilə o, tabeliyində olan təhkimli kəndlilərin azad edilməsi və güzəranının yaxşılaşdırılması üçün fəaliyyət göstərir. Bununla belə fəlsəfi axtarışlarda olan Pyer insan həyatının mənası, hisslərin mənası və sair haqqında fikirləşir. Daha sonra Pyer Borodino döyüşünün keçirildiyi əraziyə gedir, müharibə, onun dəhşətləri və insan həyatına təsiri haqqında düşünür. Eyni zamanda əslində Nataşa Rostovaya aşiq olduğunu və yalnız onunla xoşbəxt ola biləcəyini dəqiqləşdirir. Romanın sonunda onlar evlənir və dörd uşaqları olur.
Tənqidçilərin mövqeyi
redaktəDaniel Rankur-Laferye Pyer obrazının “dünya ədəbiyyatının ən məşhur obrazlarından biri” olduğunu qeyd edir.[1] Merriam-Webster bu obrazı “dünya ədəbiyyatının ən cazibədar və simpatik obrazı” kimi qeyd edir.[2] M. Keith Booker qeyd edir ki, “Pyer Tolstoyun ən yadda qalan obrazlarından biridir.”[3]
Filmlərdə
redaktə1956-cı ildə çəkilmiş ABŞ filmində Pyer obrazı Henri Fonda, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Sergey Bondarçuk, 2007-ci ildə çəkilmiş mini serialda isə Aleksandr Beyer tərəfindən canlandırılmışdır.
İstinadlar
redaktə- ↑ Daniel Rancour-Laferriere, Tolstoy's Pierre Bezukhov: A Psychoanalytic Study (Bristol Classical Press, 1993), vii Arxivləşdirilib 2013-06-20 at the Wayback Machine.
- ↑ Merriam-Webster's Encyclopedia of Literature (Merriam-Webster, 1995), 1080 Arxivləşdirilib 2013-06-21 at the Wayback Machine.
- ↑ M. Keith Booker, Encyclopedia of Literature and Politics: Censorship, Revolution, and Writing (Greenwood Publishing Group, 2005), 718.