Pyer Savognyon De Braza - Wikipedia
Pyer Savognyon De Braza - Wikipedia - Haqqında Məlumat
Pyer Savoğnyon de Brazza (fr. Pierre Savorgnan de Brazza) - İtalyan əsilli fransız səyyah. Fransa Coğrafiya Cəmiyyətinin dəstəyi ilə Konqo çayı boyunca olan ərazilərə səfərlər etmiş və Mərkəzi Afrikada yerləşən həmin ərazilərin gələcəkdə Fransa müstəmləkələrinə çevirilməsində mühüm rol oynamışdır. Pyer Brazza fiziki cazibəsi və təmkinli yanaşması ilə afrikalılar arasında nüfuz əldə etməyi bacarmış və bu baxımdan dönəmin digər səyyahlarından fərqlənməkdədir. Fransız müstəmləkə hakimiyyəti zaman salınmış və bu gün Konqo Respublikasının paytaxtı olan Brazzavil şəhəri səyyahın şərəfinə adlandırılmışdır.
Pyer Savoğnyon de Brazza | |
---|---|
fr. Pierre Savorgnan de Brazza | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kastel Qandolfo, Papa dövləti |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Dakar, Yuxarı Seneqal və Niger |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Tanınır | Brazzavil şəhərinin şərəfinə adlandırılmasına görə |
Vikianbarda əlaqəli mediafayllar |