Pyotr Vorobyov - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Pyotr Fyodoroviç Vorobyov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR dövlət nəzarəti naziri (1953–1956), SSRİ Ali Sovetinin II çağırış deputatı.
Pyotr Vorobyov | |
---|---|
18 aprel 1953 – 25 oktyabr 1956 | |
Əvvəlki | Soltan Mirzəyev |
Sonrakı | İvan Zimenkov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1911 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
|
|
Təltifləri |
Həyatı
redaktəPyotr Fyodoroviç Vorobyov 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1919–1929-cu illərdə orta təhsil almış, 1929-cu ildən istehsalatda çalışmışdır. O, "Paris kommunası" zavodunda əvvəlcə çilingərlik etmiş, sonra isə gəmi sexində usta işləmişdir. Daha sonra isə həmkarlar ittifaqı işinə keçirilmişdir.[1]
1933–1936-cı illərdə Pyotr Vorobyov Fəhlə-Kəndli Qırmızı Ordusunun tank hissəsində hərbi xidmət keçmiş, əvvəlcə komsomol bürosunun məsul katibi, sonra isə hissənin siyasi rəhbəri vəzifəsində çalışmışdır. Hərbi qulluğu başa vurduqdan sonra Bakıya qayıdaraq Montin mexaniki zavodunun partiya komitəsinin katibi olmuş, ardınca isə neft rayonlarına ezam edilərək Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Artyom və Stalin rayon komitələrinin katibi vəzifələrində çalışmışdır.[1]
1939-cu ilin avqust ayında Pyotr Vorobyov Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinin təbliğat-təşviqat üzrə katibi vəzifəsinə irəli çəkilmiş, tezliklə isə həmin komitənin neft işləri üzrə katibi vəzifəsinə keçirilmişdir. 1940-cı ilin yanvarında "Azərneft" kombinatı rəisinin kadrlar üzrə müavini vəzifəsinə göndərilmiş, 1941-ci ilin mart ayında yenidən Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinə işə keçərək burada inşaat və tikinti ləvazimatları işləri üzrə katib, ardınca komitənin üçüncü və ikinci katibi vəzifələrində işləmişdir.[1]
Pyotr Vorobyov 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, eləcə də "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir.[1]