Qutbeddin Mehemmed - Wikipedia
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد, Türkmencə: Gutbeddin Muhommed; ö. 1127, Köhnə Ürgənc), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu.
I Məhəmməd | |
---|---|
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | 1127 |
Uşaqları | |
Atası | Anuş Təkin |
Fəaliyyəti | siyasətçi |
1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi.
Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi. Bu səbəbdən də Xarəzm bölgəsi, yarı müstəqil olaraq idarə edilirdi, ancaq Böyük Səlcuq Dövlətinə bağlı qalmışdı. Qütbəddin Məhəmməd, bu vəzifəsini 30 il kimi uzun bir müddət ərzində müvəffəqiyyətlə icra etmiş və 1127-ci ildə vəfat etmişdir. Səlcuq Sultanı Səncər, gözlənildiyi kimi yerinə yenə sarayda yetişmiş və təhsil görmüş ol an Qütbəddin Məhəmmədin oğlu Əlaəddin Atsızı Xarəzm qubernatoru olaraq təyin etmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Taneri, Aydın (1989) Harezmşahlar, Türkiye Diyanet Vakfı Yayınları, ISBN 975-389-110-5.
- Kafesoğlu, İbrahim (1965), Harzemşahlar Devleti Tarihi (485–617/1092–1229), Ankara:
- Harzemşahlar Devleti (Erişim: 27.6.2010)
- Köymen, Mehmet A. (1954), Büyük Selçuklu İmparatorluğu Tarihi. Cilt II: İkinci Imparatorluğu Tarihi, Ankara: say.311–53,445
- Boyle, J. A. . The Cambridge History of Iran Volume 5: The Saljuq and Mongol Periods. Cambridge, UK: Cambridge University Press, 1968.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |