Qutb Pariltisi - Wikipedia
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir.
Haqqında
redaktəGünəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var. Qütb parıltısı və ya Aurora qütb bölgəsində görünən, dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır. Roma Şəfəq tanrısının adıdır. 60–72 0 şimal və cənub paralelləri arasında görünür. Görünmə ehtimalı şimal maqnit qütbünə yaxınlaşdıqca artır. Uzaqdan şimal qütbünü yaşılımtıl bir parlaq işığa boyayır. Bəzən insanda Günəş başqa istiqamətdə doğacaq kimi bir fikir yaradır. Yaşıl rəng Auroraların ən məşhur rəngidir. Çox yüksəklərdə olan Auroralar qırmızı və çəhrayı da ola bilir. Atmosferin 100 ilə 1000 km aralığında meydana gəlir və atmosfer boyunca 1000-lərlə km üfüqi uzunluğa sahib ola bilir. Əsas mənbəyi Yer kürəsindən keçən Günəş fırtınaları və Günəş küləyi kimi plazmalardır (ionlaşmış qazlar).