Qis Sarayinin Rotundasi - Wikipedia
Qis Sarayinin Rotundasi - Wikipedia - Haqqında Məlumat
Rotunda (rus. Ротунда) — Sankt-Peterburqdakı Qış sarayının şimal-qərb qanadında yerləşən dairəvi otaqdır.
Rotunda
Tarixi
redaktəRotunda Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdir. Otaq bir çox dövlət otaqları və imperator ailəsinin şəxsi otaqları arasında keçid rolunu oynamışdır.
1837-ci ildə Qış sarayında baş vermiş yanğın zamanı sarayın bir çox otaqları kimi, Rotunda da məhv olmuş, lakin, sonradan əvvəlki stilində bərpa edilmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəRotunda neoklassik məbəd stilində dizayn edilmişdir. Dairəvi otaq olan Rotunda gümbəzlə tamamlanmış, gümbəzin ortasında isə şüşəylə örtülmüş okulus yerləşdirilmişdir.[1]
İstinadlar
redaktə- ↑ "The State Hermitage Museum". 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
Ədəbiyyat
redaktə- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867 - 1955). London: Victor Gollancz Ltd. 1982. ISBN.
- History of the Hermitage retrieved 1 November 2008