Qirmizi Ordu Bogazi - Wikipedia
Qızıl Ordu boğazı rus. Прoлив Красной Армии - Oktyabr İnqilabı adasını Komsomoles (ada) və Pioner adalarından ayırır. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Uzunluğu 110 km., eni 10–18 km., dərinliyi 460 m. təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. İl boyu buzla örtülü olur və təsadüfü vaxtlarda buzdan azad olur. Boğazda Mostovıy, Kaştanki,Vısokiy, Otkritıy və İzvestnyanovıy adaları, Kammunar, Sedova arxipelaqları vardır. Sahillərində Poslednıy, Kommunar, Yunost, Obristıy (Komsomoleç), Ojidanıy Korrenıy (Pioner), Qvardeycev, Starıy, Oktyabrski, Sovetski, Serp i Molot (Oktyabr İnqilabı) burunları vardır. Mərkəzi hissədə Yunıy boğazı yerləşir. Qərb hissəsində Bazovnaya, Mostavaya, Pyatnistaya, mərkəzi hissəsində isə Sovetski buxtası yerləşir. Boğaza Obrisyıy, Bolşaya, Klikovay, Svitaya çayları axır.[1][2][3][4]. Bu coğrafi obyekt Qızıl Ordunun şərəfinə adlandırılmışdır.
Qırmızı Ordu boğazı | |
---|---|
rus. Пролив Красной Армии | |
Ümumi məlumatlar | |
Ən böyük dərinliyi | 460 m |
Yerləşməsi | |
80°07′23″ şm. e. 95°01′54″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Oktyabr İnqilabı adasını Komsomoles (ada) və Pioner adalarını ayırır |
|
İstinadlar
redaktə- ↑ "Topoqrafik xəritə U-47-XXXI,XXXII,XXXIII — 1 : 200 000". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
- ↑ "Topoqrafik xəritə U-46-XXXIV,XXXV,XXXVI — 1:200 000". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
- ↑ "Topoqrafik xəritə T-46-IV,V,VI — 1:200 000". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
- ↑ "Topoqrafik xəritə T-46-I,II,III — 1:200 000". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.