Qirmizi Qvardiya Finlandiya - Wikipedia
Qırmızı Qvardiya (fin Punakaarti; isv. Röda gardet) - 1900-cü illərin əvvəllərində Finlandiya işçi hərəkatının yarımhərbi birlikləri idi. İlk Qırmızı Qvardiya 1905-ci ildəki ümumi tətillərdə yaransa da, bir il sonra ləğv edilmidşi. 1917-ci il Rusiyadakı Fevral inqilabından sonra Qırmızı Qvardiya yenidən quruldu və 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Qırmızı Finlandiyanın ordusunu formalaşdırdı. Vətəndaş müharibəsinin başlanğıcında Qırmızı Qvardiyanın birləşmiş qüvvələri təxminən 30 000-ə çatmış, müharibənin gedişatında isə 90 000 - 120 000-ə qədər arta bilmişdi. Bu rəqəmlərə Qadınlar Qvardiyasının 2000-dən çox üzvü də daxil idi. 1918-ci ilin mayında qələbə qazanmış Ağlar 80 000-ə qədər Qırmızını əsir tutmuş, onlardan 12 000 - 14 000-i edam, xəstəlik və qida çatışmazlığı səbəbindən həbs düşərgələrində ölmüşdü. Qırmızıların böyük əksəriyyəti 1918-ci ilin sonlarında əfv edildi.
Qırmızı Qvardiya | |
---|---|
Punakaarti | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1905 |
Vikianbarda əlaqəli mediafayllar |
Təxminən 10000-13000 Qırmızı Sovet Rusiyasına qaça bilmişdi. Onlardan bəziləri Rusiya vətəndaş müharibəsində 1920-ci ilə qədər Şərqi Kareliyanı işğal edən Ağ finlərə qarşı döyüşmüşdü. Murmans legionu Britaniya tərəfindən Finlandiya vətəndaş müharibəsinin erkən dövrlərində Şimali Finlandiyadan Rusiyaya qaçmış Qırmızı Qvardiya birliklərindən təşkil edilmiş hərbi birlik idi.[1]
İstinadlar
redaktə- ↑ "Background". Royal Reds: Finns in the British Murmansk Legion 1918–1919. 15 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2017.