Qirmizi Tehluke - Wikipedia
Qırmızı təhlükə (ing. Red Scare ; rus. Красная угроза) — Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ilk olaraq 1919–1920-ci illərdə siyasi fəallara və sosialistlərə qarşı başladılmış antikomunist təbliğat. İkinci dünya müharibəsindən sonrakı 1947–1957-ci illərdə də ABŞ daxilində və xaricində federal hökuməti devirmək istəyən komunistlərə qarşı silah kimi istifadə olunmuşdur.[1]
Birinci Qırmızı təhlükə
redaktəBirinci Qırmızı təhlükə, 1917-ci ildə Rusiyada gerçəkləşdirilmiş oktyabr inqilabından sonra dünya üzərində sosializm tərəfdarlarının artmasından sonra başladılmışdır. Əslində Qırmızı təhlükə termini ABŞ hökumət rəsmilərinin kommunizmə olan qorxularını ifadə etməkdə idi. 1920-ci illərdə anarxist, kommunist və digər radikal sol qrupların təxmini sayı 150.000 civarında dəyişirdi. Bu göstərici XX əsrin 20-ci illəri Amerikasının əhalisinin 1%-nə bərabər idi.[2]
ABŞ rəsmiləri ölkə daxilində kommunizmin yayılmasından qorxurdu və 1919-cu ildə başlamış fəhlə tətilləri bu narahatlığı daha da artırırdı. Boston polisi, yüz minlərlə metal və kömür mədənçisi tətillərə başladı. ABŞ baş verən əmək tətillərinin arxasında ölkədəki kommunist təşkilat və dərnəklərin dayandığını düşünürdü. 1920-ci ildə başladılan kommunistlərə qarşı insan ovu zamanı 6.000 ətrafında siyasi fəal, ABŞ-nin Qırmızı təhlükə təbliğatı əsasında həbs olunmuşdur. 1920–1930-cu illərdə ABŞ-də antikommunist təbliğatı ilə məşğul olan mədəni cərəyan formalaşmışdı.[3][4]
İkinci Qırmızı təhlükə
redaktəİkinci Qırmızı təhlükə İkinci dünya müharibəsindən sonrakı illərdə SSRİ-nin artan nüfuzuna və yenə kommunizm təhlükəsinə qarşı ABŞ-də başladılmışdı. Sovet Sosialist Respublikaları İttifaqının müharibədə qazandığı uğurlar, kommunizmin yüksəlişi, Şərqi Avropada və Çində kommunist yönümlü siyasi partiyaların hakimiyyətə gəlməsi kimi faktorlar ABŞ hökumətini ciddi narahat edirdi. İkinci Qırmızı təhlükə MakKartizm adı ilə də tanınmışdır.[5] 1940-cı illərdə Amerikada müxtəlif vəzifələrdə çalışan bəzi məmurlar kommunist şübhəsi ilə işdən çıxarılırdı.[6] ABŞ rəsmilərinin əsas ehtiyat etdiyi məqamlardan biri, ölkə daxilində fəaliyyət göstərən kommunist qrup və dərnəklərin sovetlər tərəfindən əməkdaşlığa cəlb edilməsi idi. Bu səbəbdən ölkə daxilində olan kommunistlərin fəaliyyəti uzun müddət gizli şəkildə izlənilmişdir.[7][8]
İstinadlar
redaktə- ↑ "Preamble to the IWW Constitution". Industrial Workers of the World. 2012-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-20.
- ↑ Levin, Murray B. Political Hysteria in America: The Democratic Capacity for Repression. Basic Books. 1971. səh. 29. ISBN 0-465-05898-1. OCLC 257349. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
- ↑ Cole, David D. "Enemy Aliens" (PDF). Stanford Law Review. Stanford Law Review, Vol. 54, No. 5. 54 (5). 2003: 953–1004. doi:10.2307/1229690. ISSN 0038-9765. JSTOR 1229690. OCLC 95029839. May 3, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: October 5, 2016.
- ↑ Gage, Beverly. The Day Wall Street Exploded: A Story of America in its First Age of Terror. New York: Oxford University Press. 2009. 160–161. ISBN 978-0-19-514824-4. OCLC 149137353. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
- ↑ Canada. The report of the Royal Commission appointed under Order in Council P. C. 411 of February 5, 1946 to investigate the facts relating to and the circumstances surrounding the communication, by public officials and other persons in positions of trust, of secret and confidential information to agents of a foreign power, June 27, 1946. Ottawa: E. Cloutier, Printer to the King, 1946.
- ↑ Schrecker, E. (2002). The Age of McCarthyism: A Brief History with Documents, (ing.) Palgrave Macmillan, İkinci Baskı, 2002, s. 63–64, ISBN 0-312-29425-5.
- ↑ Mocking Bird Arxivləşdirilib 2006-06-19 at the Wayback Machine, John Simkin, Spartacus Schoolnet
- ↑ Countryman, Edward. Communism // Kazin, Michael; Edwards, Rebecca; Rothman, Adam (redaktorlar ). The Princeton Encyclopedia of American Political History. Princeton, NJ: Princeton University Press. 2010. səh. 175. ISBN 0-691-12971-1. OCLC 320801248. December 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2011.