Qirmeki Palciq Vulkani - Wikipedia
Qırməki palçıq vulkanı — Balaxanı-Sabunçu-Ramana yatağından qərbdə yerləşib Qırməki silsiləsinin kümbəz vari formalı yüksəkliyini əhatə edir. Yüksəklikdən şimalda eyni adlı təpəli silsilə keçir; silsilədən şərqdə ona paralel geniş və dərin Qırməki vadisi uzanır. Silsilənin digər şaxəsi Qırməki dağının cənub tərəfindən davam edir. Hər iki şaxə cənub-şərqə dönərək Boğ-boğa vulkanının ətəklərində birləşir.
Qırməki palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°29′48″ şm. e. 49°53′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qırməki vulkanının fəaliyyəti haqqında son yüz ildə ədəbiyyatda məlumat yoxdur. Vulkan çox əsrarəngiz və nadir landşafta və olduqca zəngin bioloji müxtəlifliyə malikdir. Abşeron palçıq vulkanlarının heç biri bu qədər zəngin bitki örtüyünə malik deyildir[1].
Mənbə
redaktəYusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
İstinadlar
redaktə- ↑ "Geoloji irsimizi gələcək nəsillər üçün qoruyub saxlayaq". 2019-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-29.