Qivrimlelek Qutan - Wikipedia
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü.
Qıvrımlələk qutan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qıvrımlələk qutan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Təsviri
redaktəRəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir.
Yayılması
redaktəAvropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib.
Yaşayış yeri və həyat tərzi
redaktəBalıqla zəngin olan iri su hövzələrində məskunlaşır. Cil, Alxovka, Kələdəhnə, Qarasu, Şilyan, Sor-sor, Mehman və s. göllərin qurudulması nəticəsində təbii yaşayış yerləri azalıb. Uçub gəlməsi və ötüb keçməsi payızda oktyabrın ortalarında, noyabrda, yazda isə martda olur. Gündüzlər fəal olur. Balıq yeyir. 3 yaşında cinsiyyət yetişkənliyinə çatır. Koloniya halında nəsil verir. Apreldə yuva tikir, yuvasında 2-3 yumurta olur. 40 günə qədər kürt yatır.
Sayı
redaktəRusiyada qışın sərt keçdiyi illərdə şimaldan köçən fərdlər hesabına Azərbaycanda sayı artır. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 1979-cu ildə 800, 1982-ci ildə 50, 1999-cu ildə 180, 2002-ci ildə 130, 2004-cü ildə 190, 2005-ci ildə 260, 2006-cı ildə 1225 fərdi, Kür çayının mənsəbində 2006-cı ildə 590, 2007-ci ildə 39, Ağgöldə 1989-cu ildə 5, 2009-cu ildə 11, Mahmudçala-Ağçala göllərində 1989-cu ildə 31 fərdi qışlayıb. Ağgöldə və Sarısuda 2005-ci ilə qədər hər il 10-15 cütü yuvalayıb. Son illərdə reproduksiya dövründə müşahidə edilməyib.
Məhdudlaşdırıcı amillər
redaktə1992-ci ilə qədər Xəzərin neft məhsulları ilə, daxili su hövzələrinin isə kənd təsərrüfatında istifadə olunan zəhərli kimyəvi maddələrlə çirkləndirilməsi nəticəsində yem ehtiyatının azalması, qanunsuz ovlanması, yaşayış yerlərində mühərrikli qayıqların fasiləsiz hərəkəti.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilməsi faydalı olub. CİTES, Bern, Bonn və Ramsar konvensiyalarına, AEWA sazişinə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Naxçıvan MR-in (2006) Qırmızı Kitablarına daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəSarısu gölünə və Kürün deltasına yasaqlıq statusunun verilməsi, qanunsuz balıq ovuna nəzarətin gücləndirilməsi və növün qorunmasının aktiv təbliği vacibdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3