Qizilagac Korfezi - Wikipedia
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz.
Qızılağac körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Adalar | Sara yarımadası, Kür Dili |
Sahəsi | 460 km² |
Dərin yeri | 2 m |
Tökülən çaylar | Kür, Viləşçay |
Yerləşməsi | |
39°04′59″ şm. e. 49°01′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
Akvatoriyası |
|
|
|
|
Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir.
Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır.
1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır.[1]
Fauna
redaktəQızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Qafqazın topoqrafik lüğəti, Qızılağac Arxivləşdirilib 2018-01-03 at the Wayback Machine (rus.)