Qizilca Lacin - Wikipedia
Qızılca — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.[1]
Qızılca | |
---|---|
39°38′27″ şm. e. 46°30′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır. .[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəQədim Türk tayfasının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər.Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki,həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət-ənənələrini uzun müddət yaşatmışlar.
Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çayada Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir.
Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir. Tat dərəsi, Mirzələr, Allahverdi uşağı, Cəfərli, Bağırlı və s. Onlar hündür boylu, zəhmət sevər, çox çılğın və düz danışan idilər. Onlar ilk zamanlar çayın sahil boyu təqribən 10 km artıq ərazilərdə tut bağları əkərək məhsulu emalı və satışı ilə məşğul olmuşlar. Tut uzun müddət onların əsas gəlir mənbəyi olmuşdur.
Qızılca kəndi yerləşən ərazi əsasən daşlıq olduğu üçün əkinə yararsız idi.Lakin kəndin sağ və sol tərəfində 10 000 ha artıq əkin sahələri, arxa tərəfində isə meşəlik mövcud idi. Qış aylarında əsasən çay kənarı obalarda yerləşən əhali yaz və yay aylarında mal qarasın kəndin yaylaq hissəsi olan Muradlı, Qara quzey, Kömür quyusu, Yelli yurd, Qızıl qaya, Dağ təpə ərazilərinə qalxır və eyni zamanda əkin biçin ilə məşğul olurdular. Qızılca kəndindəki qədim qəbristanlıq ərazisi və orada olan qədim qəbirlər, köhnə məzar daşları öz tarixi barədə yuxarıda dediklərimizi təsiq edir. Qızılca kəndindən yuxarı olan dağa Xaçın yalı deyilməsi tərəfindən araşdırılarkən məlum oldu ki, bu adın bizim nankor qonşularımız ilə heç bir əlaqəsi yoxdur. Belə ki, XII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Alban Xaçın knyazlığı olmuşdur. İndiki Laçın bölgəsi də bu knyazlığın tabeliyində idi.
Ona görədə Dağlıq Qarabağ və digər bölgələrdə olduğu kimi bu ərazilərdə də Xaçın adı ilə bağlı adlar, toponimlər əmələ gəlmişdir. Buna misal olaraq indiki Laçın rayonu ərazisində Xaçın yalı kəndi, Bozlu kəndi ərazisində Xaşın yalı, Xaçın daşı və Qızılca kəndi ərazisindəki Xaçın yalı adlarının olması tariximizin qədin olmaından xəbər verir.
Qızılca kəndinin sol tərəfində 3 km kənarda tarixi məlum olmayan qədim “Qala” kəndi təxminən 200-ə yaxın evdən ibarət olmuşdur.Həmin ərazidən çoxlu sayda məişət və bəzək əşyaları tapılması, köhnə küpə qalıqlarının olması burada sənətkalığın inkişaf etdiyindən xəbər verir. Deyilənlərə görə Şuşa qalası tikildikdən sonra bu kəndin əhalisinin çox hissəsi Şuşa qalasına, digər hissəsi isə Qızılca kəndinə köçmüşlər. Bundan sonra isə Qala kəndi xaraba qalmışdır.
Qızılca kəndinin əhalisinə el arasında “Şadmanlılar” deyilməsi müxtəlif cürə söylənilir.Əsas fikir ondan ibarətdir ki, onlar qədim Türk tayfalarından olan “Şadmanlılar” kökündəndirlər, Türkdülər.
2-ci fikir kəndin əhalisinin əsas keçmiş məşğuliyyəti ilə bağlıdır.Belə ki, onlar yay aylarında tut məhsulunun bir yerdən başqa yerə aparmaq üçün metal qablar olmadığına görə ağacdan hazırlanmış qablardan (şad deyirmişlər) istifadə etmişlər.Unutmaq olmaz ki, bu məşğuliyyət növüdə həmin əhalinin babalarının soy kökünün məşğuliyyəti ilə bağlıdır.
Qonşu kəndlər (əhatəsi)
redaktəSus kəndi, Cağazur, Avazdar, Aşağı Mollalar, Yuxarı Mollalar, Qarıkaha, Bəylik kəndi, Sus kəndiylə qonşu olan bu kənd də rayon mərkəzi ilə üz-üzə Həkəri çayının sağ sahilində yerləşirdi. Yurd yerləri: Muradlı, Allahverdiuşağı, Alməmmədli, Bağırlı, Cəfərli. Qızılcalılara Əlallahılar (Əlini Allah bilənlər) deyirdilər. Əlallahı Qızılcalı deyimi bu gün də işlənir. Kənddəki tirələr: Dəmolar, Ağakişilər, Məmmədhəsənlər, Ağayarlılar, Usuflu. Tanınmış şəxsləri: Dostməmməd – onu görənlər tərəfindən iri cüssəli, cantarax, həmişə at belində olan bir şəxs kimi xarakterizə edilən Dostməmməd Erməni-müsəlman müharibəsinin qəhrəmanı kimi yadda qalıb.Qızılcalı Dostməmməd 1919-cu il müharibəsində erməniyə qarşı vuruşan Soltan bəyin ordusunun ən nüfuzlu şəxsləri olublar. 1919-cu ilin aprel ayında Zabux – Tat dərəsində erməni daşnaq Andranik Ozanyanın quldur dəstəsinin məhv edilməsində göstərdiyi igidliyə görə Soltan bəy ona çoxlu sayda silah – sursat vermişdi.Top atılan adlı yerə də o zaman Türk ordusundan topu alıb gətirən də məhz Dostməmməd olmuşdur.Onun dəstəsi nəinki Qızılca kəndinə, hətta qonşu kəndlərə ermənilər tərəfindən olunan basqınların qarşısının alınmasında xüsusi fədakarlıq göstərmişdir.
Aşıq Ramazan – Sarıbabadan Qalaya (Şuşa) çəkilən su kəmərinin tikintisində çalışan bu aşıq Xan qızı Xurşid Banu Natəvana həsr etdiyi şeirin əvəzində bəxşiş olaraq yəhər-yüyənli at alır. Ancaq gözəl təbə malik aşığın yaradıcılığı günümüzə gəlib çatmayıb. Xan qızına həsr edilmiş şeirdən isə bu bənd Qızılcalı Rafiq Bəhluloğlunun dilindən qələmə alınıb:
Götürübdür Sarıbabadan dəhnəsini,
Yığıbdı çınqıl təki yüz min fəhləsini,
Sırav edib Qalanın hər bir məhləsini,
Səni Xorasanda, Məkkədə durasan ay qız
Əhalisi
redaktəAzərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kolxoz quruluşu dövründə əhalinin əmlakı alınaraq kolxoza verildiyinə görə bir çox ailələr yeni quruluşa etiraz əlaməti olaraq kəndən Qarabağa və başqa ərazilərə köçmüşlər.Həmin vaxtlar kəndin ən varlı və vuran-tutan adamlarından hesab olunan Dostməmməd və Lətif könüllü olaraq öz bağlarını, mal-qarasın kolxoza versələrdə sonradan onlar müxtəlif bəhanələrlə tutularaq sürgün olunmuşlar.
Onların sonrakı talehi məlum deyil. Onlar yaşlı insanlar tərəfindən indidə hörmətlə yad edilir.
XX əsrin 20-30-cu illərində Qızılca kəndi ətraf obalarla bir yerdə 100 evdən ibarət olmuşdur.
Kənd əhalisi əsasən 1.Ağakişilər 2.Usuflu 3.Məhəmmədhəsənlilər 4.Dəmolar 5.Ağammədlilər 6.Qaraxanlılar 7.Muradlılar tirələrindən ibarət olmuşdur. İndidə bir çox hallarda yaşlı və orta nəslin nümayəndələri bir – birinə bu adlarla müraciət edirlər.
1930-40-cı illərdə kəndin ağsaqqallarından Ələkbərin, Haqverdinin, Əkbərin, Musanın, Qasımın,Cəmilin, Məhəmmədin, Ellazın, Asdanın, Temirin adları daha hörmətlə yad edilir.
İkinci Dünya müharibəsindən əvvəl (1938-42) Laçın rayon partiya komitəsinin 2 –ci katibi işləmiş Xanmurad Hüseynov Qızılca kəndinin savadlı adamlarından idi. O, katib işlədiyi dövrdə, Laçınlıların hüquqlarının qorunması istiqamətində apardığı işlərə görə 1 – ci katiblə aralarında dəfələrlə narazılıq olsa da camaatın qayğısın çəkməkdə davam etmişdir.
Çətin dövr olsa da əhalinin savadlanması istiqamətində xeyli iş görmüşdür.Minkənd və Qızılca kəndlərində məktəb tikintisinə nail olmuşdur.
O, Laçın rayon Partiya komitəsində katib işləyən ilk Laçınlı idi. 1942 – ci ildə könüllü cəbhəyə getmiş və döyüşlərdə həlak olmuşdur.Həmin dövrdə kəndin savadlı adamlarından Əkbər dini savada malik olan və müasir elmlərdən xəbərdar bir insan olmuşdur.(1936 – 46) O, bolşevik İsmayıl Mirzəyevin təklifi ilə kənddə yeni hökumətin təbliğatın aparmaq məqsədilə kənd məhkəməsi (hakimi) təyin edilmişdir.Onun oğluMusa müəllim ali təhsilli riyaziyyat müəllimi idi.O Laçındakı Pedoqoji texnikomunda müəllim işləmişdir.Onun bacarığı hesabına həmin dövrdə onlarla riyaziyyat müəllimi onun davamçıları olmuşdur.
Müharibədən əvvəl əmək fəaliyyətinə başlamış daha bir həmyerlimiz həyat və fəaliyyəti dövrü indiki gənclərə örnəkdir.Həzi Həsənov müharibə ərəfəsində Laçın rayon Komsomol komitəsində katib işləmişdir.Oda könüllü cəbhəyə getmiş və ordudan zabit kimi kapitan rütbəsində ehtiyata buraxılmışdır.Onun sonrakı fəaliyyəti Laçın rayon Partiya komitəsinin katibi , 2 – ci katibi vəzifələri ilə bağlıdır.Həzi Həsənov Partiya təhsili alan ilk Laçınlı idi.Yerli əhali arasında bacarıqlı insanlarının Partiya – Sovet işlərinə (vəzifələrinə) irəli çəkilməcində xüsusi xidmət göstərmişdir. Onun Laçın rayon Mədəniyyət şöbəsində müdir işlədiyi 20 il müddətində rayonun ən ucqar kəndlərində belə kitabxanaların, mədəniyyət evlərinin fəaliyyətə başlamasının şahidiyik.
Onun bacarığı sayəsində həmin dövrdə Laçın rayon mədəniyyət şöbəsi Respublikanın qabaqcıl mədəniyyət şöbələrindən hesab edilirdi. 1981–ci ildə vəzifə başında vəfat etmişdir.
1940 -1980 - ci illərdə Qızılca kəndinin ziyalılarından olan Bəşir Həsənov ali təhsilli tarix və riyaziyyat müəllim idi. Həmçinin Bəşir müəllim Laçın rayon Partiya komitəsinin büro üzvü olumuşdur, bir çox Sovetliklərin Partiya Təşkilatının katibi vəzifəsində çalışmışdır. 1941-1945–ci illərdə Böyük Vətən müharibəsində cəbhəyə gedən Laçınlılar arasında gənc müəllim Bəşir Həsənovda var idi. Lakin, Stalinqrada çatdıqdan sonra, Stalinin əmri ilə müəllimlər geri qaytarılır. Ürəyi vətən eşqi ilə döyünən Bəşir Həsənov, hər zaman Azərbaycanlıların təhsil almasının vacibliyini düşünür və bunun üçün də savadsız əhalinin marifləndirilməsi istiqamətində bir çox işlər görürdü. Bəşir Həsənov ali təhsilini bitirdikdən sonra, Bərdə rayonunun Kətəlparaq kəndində tarix müəllimi kimi çalışmağa başlayır. Daha sonra, təyinatı üzrə müəllimlik fəaliyyətini Laçın rayonunun Zabux kəndində məktəb direktoru kimi davam etdirib. Bir müddət burda işlədikdən sonra, Təhsil şöbəsindən, savadlı müəllimi Laçın şəhər 1 saylı orta məktəbinə direktor təyin etmək istəyirlər,rəhbərliyin israrlarına baxmayaraq, əsas məqsədi təhsildən uzaq, savadsız əhalinin marifləndirilməsi olan Bəşir müəllim öz istəyi ilə öz doğma Qızılca kəndində məktəb direktoru vəzifəsinə təyin edilir. Bu dövrdə də savadsız əhalinin marifləndirilməsi istiqamətində bir çox işlər görür, Komunist Partiyasına daxil olan, savadsız insanlara Partiya dərsini tədris edirdi. Hər zaman iclaslarda Laçınlıların hüquqlarını qoruyub, əhalinin mənafeyini müdafiə edirdi. Laçının bir çox ziyalısı, Laçında rəhbər vəzifələrdə işləyən Qızılcalıların bir çoxu Bəşir müəllimin yetirmləri olub. Laçınlılar hər zaman Bəşir müəllimi dərin hörmət və ehtiramla anırlar.
1941-1945–ci illərdə Böyük Vətən müharibəsi illərində cəbhəyə gedən Laçınlılar arasında 36 nəfər Qızılcalı da olmuşdur.Onlardan 17 nəfər yaralı və şikəst vəziyyətdə geri qayıtsada 16 nəfər həlak olmuş, 3 nəfər itkin düşmüşlər.
Müharibə illərində aclıqdan əziyyət çəkən yüzlərlə insanlar Qızılca kəndinin tut bağlarında tut yığaraq özləri qidalanmaqla yanaşı tut qurudaraq ailələrinə apararaq onların acından ölməsinin qarşısın almışlar.Müharibə illəri bütün rayonda olduğu kimi Qızılca kəndi əhalisi üçün də çətinliklər çox olmuşdur.Ərləri müharibədə döyüşən qadınlar gündüzlər kolxoz işinə gedir, gecələr isə çay kənarı bağlardan tut yığaraq balalarına gətirərdilər.Müharibədən şikəst qayıdanlardan Xəlil Vəliyev, İsa Balakişiyev, Əmşirin Həsənov, Bəylər Mahmudov, Qarakişi Vəliyev, Həşim Həsənov uzun müddətli müalicələrdən sonra sağlamlıqlarını qismən bərpa edə bildilər.Müharibədən sonrakı illərdə aclıqdan əziyyət çəkən və ailə başçılarını itirən bir çox ailələr Qarabağa iş dalınca getmişlər.Belə ailələr təqribən 20-yə yaxındır. 50-ci illərin ortalarında Azərbaycan SSR –nin Nazirlər Sovetində mühüm vəzifədə işləmiş Allahverdi İsayev sonradan Respublikanın müxtəlif rayonlarında Partiya Komitəsinin 1-ci katibi (Naxçıvanda, Ağcəbədidə) işləmişdir.O 1993-1995 –ci illərdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti aparatının başçısı işləmişdir.O harada işləməyindən asılı olmayaraq Laçınlı – Qızılcalı olmasından fərəhlə danışardı.
1960-1980-ci illər ölkənin hər yerində olduğu kimi Laçın rayonunun Qızılca kəndində əhalinin güzaranının yüksələn illəridir.Həmin dövrdə İbrahim, Həşim və Bəşir Həsənov qardaşları kəndin sözükeçən ağsaqqalları idi.
1960-1992-ci illərdə Laçın şəhər 1 saylı orta məktəbin fizika müəllimi işləyən Famil Həsənov Azərbaycan Dövlət Universitetinin fizika fakultəcini bitirmişdir.Onun işlədiyi müddətdə onlarla gənc onun şagirdi və davamçısı olması ilə indi də faxr edirdilər.
1960-1980 və sonrakı dövrlərdə Həzi Həsənov,İsaq Mirzəyev, Camal Həsənov, Həsən Həsənov Laçın rayonunda rəhbər vəzifələrdə işləyən Qızılcalılardır. İrşad İsayev Azərbaycanda ən qabaqcıl vergi müfəttişi hesab edilirdi.Ona 1984-cü ildə SSRİ-nin qabaqcıl maliyyə işçisi adı verilmişdir.Hazırda onun oğlu Rövşən İsayev Respublika Vergilər Nazirliyinin qabaqcıl işçilərindən biridir.
1960-1980-ci illərdə Respublikanın Prokrorluq orqanlarında işləmiş Sabir Xanmurad oğlu Hüseynov öz təssüfkeşliyi ilə, peşəkarlığı ilə el arasında xüsusi hörmətə malik idi.
İdmanı həyatının bir hissəsi hesab edən Sabir Respublikanın qabaqcıl şahmatçılarından idi. O, əsasən Laçında, Salyanda, Bakı şəhərində 2-ci prokror işləmişdir. İşlədiyi müddət ərzində зoxlu sayda Laçınlıya həm hüquqi, həm də maddi yardım göstərən Qızılcalı idi. O da 1988 – ci ildə vəzifə başında xəstələnərək vəfat etmi
Qızılca kəndi əhlisinin sənətkarlığa həvəsi hazırkı dövrdə də (1960-1992) özün göstərir. Onlardan tikinti sahəsi üzrə unversal sənətkarlar İmamverdi Alıyevin , Tapdıq Şirinovun , Qulu İsayevin , Çıraq İsayevin ,. Muxtar Hüseynov , Məmməd Həsənovun ,İmran Mirzəyevin ,Əşrəf Həsənovun , Məhəmməd Vəliyevin ,.Surxay Bayramovun , Yusif Məmmədovun ,. Nəsif Məmmədovun , Mədət Cəmilovun Laçın rayonu müxtəlif kəndlərində və Laçın şəhərindəki binaların, şəxsi evlərin tikintisində çox zəhmətləri olmuşdur.Onlardan Qulu İsayev 30 il eyni zamanda Qızılca kənd mağazasının müdiri işləmişdir. Kəndimizin əhalisi əsasən Türklərə xas zəhmətkeşlik, düz danışmaq və çılğın olmaq xüsusiyyətlərin elə indidə qoruyub saxlayıblar. Onlar “Şadmanlı” olmalarını fəxrlə danışırlar.Qızılca kəndinin tarixindən danışarkən kənd ətrafı ərazilərdən tapılan küp qəbirlər və həmin məzarlardan tapılan məişət əşyaları, bəzək əşyaları və məzar sahibinin şəxsi əşyaları dediklərimizə sьbutdur.Hətta kənd sakini Şirin Həsənovun 1969-cu ildə kənd mağazasının sağ tərəfində həyətini genişləndirmək məqsədilə traktorla qazıntı apararkən otaq tipli mağaranın tapılması və mağaranın divarındakı naməlum yazıların , şəkillərin olması babalarımızın burada 300-400 il əvvəl məskən salmasından xəbər verir.
1992-ci ildən Ermənilər tərəfindən Laçın rayonu işğal edildikdən sonra bütün Laçınlılar kimi Qızılca kəndinin sakinləri də Respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün həyatı yaşayırlar.
Onlar Qarabağ döyüşlərində iştirak edərək şəhid və əlil olan həmyerlilərini bir an belə unutmur və tezliklə baba yurduna dönəcək günü gözləyilər.Qarabağ müharibəsində Horadiz qəsəbəsi döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur.
Kənd sakinlərindən Həsən Həsənov, Tahir Bayramov, Oktay İsgəndərov, Asif İsayev Laçın rayonunda müəsissə rəhbərləridir.Həsən Həşim oğlu Həsənov hal hazırda yüksək Dövlət qulluğu stajı ilə əmək pensyaçısıdır.Onlar işgüzarlığı ilə işlərinə ciddi münasibətlərinə görə nəinki iş yerlərində hətta rayon rəhbərləri və rayon ictimaiyyət nümayəndələri arasında hörmətə malikdilər. Hazırda müasir elmləri öyrənərək ölkənin müxtəlif müəsissələrində işləyən gənclərimizin sayı getdikcə artır.
Eyni zamanda babalarımızdan bizə miras qalmış xeyriyyəçilik işlərini davam etdirən iş adamlarımızdan Bakı şəhərində fəaliyyət göstərərək Bakı kəndlərində xüsusi hörmətə malik olan Bayram və Rafiq Bəhlul oğlu Məmmədov qardaşların, Qazağıstanın Astana şəhərində biznes fəaliyyəti ilə məşğul olan Elşən və Adil İsmayıl oğlu Həsənov qardaşların, Sakit Həsən oğlu Həsənovu misal göstərmək olar.Kəndimizin ziyalılarından Elman Mirzəyev(Elsevər) və İLham Qəhrəmanov (Qəhrəman) respublikada nüfuzlu qələm sahibləridilər.
Yuxaıda adların çəkdiyimiz və adların çəkə bilmədiyimiz çoxlu sayda Qızılca kənd sakinlərimiz öz dədə-baba adlarına, soy köklərinə, yurdlarına sadiqdirlər.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 450 nəfər olmuşdur.
Məşğuliyyətləri
redaktəCamaatı əməksevər olan kəndin Həkəri çayının sağ və sol sahilində böyük tut, gilas bağları və bostan yerləri varıydı. Çaydan o tay-bu taya keçmək üçün Laçında məşhur olan Tros körpü bu kəndin ərazisində salınmışdı. Eyni zamanda arıçılıq da inkişaf etmişdi. Susla Qızılca arasında kəndin əkin yerləri, meşə zolağı varıydı. Arpa və taxıl, çayda qarğıdalı əkirdilər. Bundan başqa hər bir ailənin ot yeri varıydı. Heyvandarlıqla da məşğul olurdular. Mal, qoyun keçi saxalayırdılar. Qoçaq camaat olduqlarından yaxşı cins atlar minirdilər.Qızılcada evdar qadınlar çoxlu hinduşka becərər payızda satıb dərdə dərdkar edərdilər. Dərələrdə qoz ağacı çox olurdu. Həmişə Qızılca xanımları daha çox xalça toxumaqla məşğul olurdular. Ətraf kəndlərdən burdakı hanaçılara xalça, kilim, palaz, xurcun, farmaş, sicim, örkən sifariş verilərdi. Qızılcada bir çox evdə hananı mən özüm də görmüşdüm. Balaca vaxtı Qızılcada mənim adıma toxunan xalçanın üstünə adımı da yazmışdılar. Əldə yun corab və gözəl canlıq toxuyurdular. Bir çox evdə cəhrə varıydı. Axşam yeyib yığışandan sonra yaşlı qadınlar cəhrəni işə salardılar. İpi təbii boyaqla boyayardılar. Hansı bitkidən hansı rəng alındığını özündən əvvəlkindən öyrənən xanımlar çalışırdılar ki, bu peşənin incəliklərini özlərindən sonrakılara öyrətsinlər. Kəndin Çayda (Həkəri çayı) araq zavodu varıydı. Laçında tut arağının ən gec qurtardığı yer Qızılca kəndi olardı. Araq əmək günü kimi pay bölünürdü. Bir çox adamın arağını müştərilər gəlib qapıda alırdılar. Tutdan yaxşı bəkməz bişirirdilər. Eyni zamanda irçal da (tut mürəbbəsi) hazırlanırdı. Hər bir evdə tut qurusu olurdu. Laçın bazarında il boyu Qızılca tut qurusu satılardı. Susda olduğu kimi Qızılcada da çayda balıq ovçuluğu inkişaf etmişdi. Çay torundan istifadə etməklə balıq tuturdular. Tatın meşəsi deyilən yerdə palıd, ulas (qara ulas, ağ ulas), vən, ağcaqayın, gəvriş və s. bitirdi. Yer adları: Bağlar – Ağakişilərin bağı, Əzimin bağı, İmamverdinin bağı, Məhəmmədin bağı, Bulaqlar – Korca bulaq, Daş bulaq, Çitrazın bulağı, Kazımın bulağı. Köklü yoxuş (Köç yolu), Qalanın başı, Böyük kaha, Balaca kaha, Mahmudun qoruğu, Ağ güney, Yelli yurd, Musanın şəli, Tat, Tatın meşəsi, Cocuqlu, Tələlər, Abbasın tələləri,Hajının xırmanı, İbadın kahası, Dərə yerlər, Dolayı yerlər, Qızılca dərəsi,Tubulqalı, Taplar, Narışdı dərə, Musanın mərəyi, İncirli yal, Halçalar, Musanın tənbəki yeri, Xala çuxurları, Qara quzey, Ulaslı tələlər, Kömür quyu (kömür çürümədiyi üçün Qızılca ilə Cağazur kəndi arasında kömür basdırıblar ki, sərhəd itməsin), Qatır ölənin güneyi, Baxacaq, Tülkü uçan, Gözət, Çinarlı bulaq, Əkənəklər, Qızıl qaya, Şiş yal, Səs qayası, Qoyun damı, Axırəfli, Arpa yeri, Baş qozu, Ellazın söyüdləri, Düz yerləri, İdrisin çəpəri, Qamışlıq, Çay yolu, Armudlu tələləri, Davalı tələ, Altıağac, Qanad, Xələf qozları, Lətifin armudu, Ağ yar, Pir armud.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
Mənbə
redaktə- Laçın yurdu (jurnal), №3(3), 2011, Bakı, "Elm və təhsil", 2011. 8-9-cu səhifələr.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Qızılca (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.