Qizildas Qaradag - Wikipedia
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qızıldaş | |
---|---|
40°18′36″ şm. e. 49°35′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 60 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 12.000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Mədəniyyəti
redaktəQəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin]
Coğrafiyası və iqlimi
redaktəQəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir.
Əhalisi
redaktəƏhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəQəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.[1]
Din
redaktəQəsəbədə Qızıldaş qəsəbə məscidi dini icması fəaliyyət göstərir[2].
İstinadlar
redaktə- ↑ "Azərbaycanın yeni sənaye nəhəngi- "Qızıldaş Sement" zavodu". 2013-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |