Qizilhacili Marneuli - Wikipedia
Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qızılhacılı | |
---|---|
41°28′43″ şm. e. 44°46′21″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Marneuli |
Əhalisi | |
Əhalisi | 7.124 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqe
redaktəQızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur.
Əhali
redaktə2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur.
Təsərrüfatı
redaktəKənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.
İstinadlar
redaktə- Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
- Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine
- Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine
- Borçalı haqqında məlumatlar Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine
Həmçinin bax
redaktə Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |