Qizilli Oymagi - Wikipedia
Qizilli Oymagi - Wikipedia - Haqqında Məlumat
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq.
Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu. Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.