Qizilveng Qebristani - Wikipedia
Qızılvəng qəbiristanlığı — Naxçıvan ərazisində Tunc və İlk dəmir dövrlərinə aid (e.ə. II minillik – I minilliyin 1-ci yarısı) qəbristan.
Naxçıvan şəhərindən 18 km aralı Arazın sahilindədir. Qızılvəng qəbristanının daş-qutu tipli qəbirlərində meyitlər bükülü, bəzən də oturdulmuş halda dəfn edilib. Qəbirlərdən küpə, çölmək, kasa, vaz, çaydan tipli qablar, xəncərlər, ox ucluqları, toppuz, qızıl bəzək əşyaları və s. tapılıb. Tunc dövrünün qırmızı rəngli qabları, qara və yaxud qəhvəyi rənglə çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan rəsmləri ilə bəzədilib. İlk dəmir dövrünə aid qablar nisbətən qalın xəttlə naxışlanıb. Bu qəbristanlıqdan aşkar edilən qablar Qızılvəng mədəniyyəti dövrünə aiddir. Qızılvəng boyalı qabları Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası) Təzəkənd, Cənubi Azərbaycanda Göytəpə və Təpə hissar, Türkiyədə Boğazköy, Əlişarhöyük abidələrindən də tapılıb.[1]
İstinadlar
redaktə- ↑ Osman Həbibullayev. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959.