Qiz Gelin Dagi - Wikipedia
Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür.
Qız-gəlin dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3017 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı subvulkanik kütlənin əmələ gətirdiyi piramidavari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir. [1]
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.