Qizmeydan Palciq Vulkani - Wikipedia
Qızmeydan palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri.[1]
Qızmeydan palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Son püskürmə | 2001 |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Haqqında
redaktəQızmeydan palçıq vulkanı Şimali Qobustanın Qovdağ-Sumqayıt tektonik örtük kompleksinin şimal kənarı boyu üst təbaşir çöküntüləri üzərində sıra ilə yerləşən beş “ekzotik” vulkanından (bundan şimal-qərbdə Dəmirçi, cənub-şərqdə isə Qasımkənd, Köhnəqədi və Kurkaçıdağ palçıq vulkanları da məşhurdur) biridir. Palçıq brekçiyasında rast gələn paleogen yaşlı mikrofauna bu sahənin tektonik təbiətli olmasına və alloxton təbaşir dəstəminin dabanında daha cavan avtoxton kaynozoy süxurlarının mövcudluğuna dəlalət edir. Palçıq vulkanı Qurd Yaylağı və Qızkeçdi silsilələri arasındakı çuxurda yerləşir və mütləq hündürlüyü 1350–1380 m, sahəsi 12 ha olan və cənub-şərq istiqamətində uzanan azacıq qabarıqlı brekçiya təpəliyinə cavab verir. Bu meydança ətraf landşaftın dağ yamaclarının bitki örtüyü fonunda özünün açıq ağımtıl rəngi ilə aydın seçilir. Brekçiya sahəsinin hüdudlarında fəaliyyət göstərən və “yatmış” 320-yə yaxın salz və qrifon üç yerdə qərarlaşaraq təkraredilməz “valehedici” bir mənzərə yaradır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 42. 2024-03-13 tarixində arxivləşdirilib.
- ↑ Tələt Kəngərli. "Azərbaycan Respublikasının geoloji irsi". Bakı: Nafta-Press, 2013.