Qedim On Asiya Ve On Qafqaz Turk Tayfalari Kitab - Wikipedia
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları — Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş elmi əsər[1]
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları | |
---|---|
azərb. Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları | |
Müəllif | Əjdər Tağıoğlu |
Janr | Elmi əsər |
Orijinalın dili | Azərbaycan dili |
Nəşriyyat | "Nurlan" nəşriyyatı |
Nəşr | 2008 |
Səhifə | 799 |
Növ | kitab |
Tiraj | 500 |
ISBN | ISBN 978-9952-8099-2-3 |
Kitab barədə
redaktəƏjdər İsmayılovun (Əjdər Tağıoğlunun) "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" adlı əsəri Azərbaycan elmində böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirir.
Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: Arme\Armeini (Biaini yazılarında), Armina\Harminuia\Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia\Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mınbələrində), Ərməniyyə\Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya(rusdilli nəşrlərdə).
Bəs erməni tarix ədəbiyyatında "Böyük Armeniya"nın banisi kimi verilmiş guya milliyyətçə "erməni" olmuş "Artaşes" adlandırdıqları çar əslində kimdir? O, III Antioxun Suriya çarlığının sərhədlərini qonşu torpaqları hesabına genişləndirdiyi illərdə onun tərkibinə daxil edilmiş Arme (Şupria) vilayətinə tə`yin etdiyi canişindir. Artaksi etnik mənsubiyyətinə görə Azərbaycan türklərinin soykökündə iştirak etmiş ilk yerli türk tayfalarından olan Mar əhalisindəndir. O, səltənət varisi olaraq Atarpatın çar nəslindəndir. M.Xorenskidə Artaksinin etnik mənsubiyyətcə "Mar Artaşes",səltənət mənsubiyyətinə görə "Atarpatena əsilzadəsi" adlandırılması da tarixi həqiqətin dolaşdırılmış etirafıdı.
Tarixi mənbələrdən məlum olur ki, Artaksi kiçik Arme canişinliyini müstəqil çarlıq e`lan edəndən sonra ətraf qonşu dövlətlərə,habelə Qafqaz Oğuz Albaniyasına doğru geniş hərbi əməliyyata başlayır, Pont dənizilə (Qara dəniz) Alban dənizi (Xəzər dənizi) arasındakı torpaqları Cənubdan Kaspiana,Şimaldan Dərbənd daxil olmaqla işğal edir.Həmin dövrdən danışan erməni və muzdlu erməni tarixчiləri Fəratın yuxarı axarından başlayaraq Arme\Armeini\Armeinia çarlığının müvəqqəti hərbi-inzibati ərazisinə daxil edilmiş Qafqaz coğrafiyasını da "Böyük Armeniya" adı ilə "qədim erməni dövləti" kimi qələmə vermişlər.Bundan başqa,onlar Artaksinin səltənət varisi Tiqranı da "II Tiqran" adı ilə "erməniləşdirmişlər". Ancaq Əjdər Tağıoğlu təkzibedilməz tarixi dəlillər əsasında aşkarlayır ki, m.ö.188-ci ildə əsası qoyulmuş nə Artaksilər sülaləsinin, nə də onların təxminən iki yüz illik səltənət tarixlərinin yunandilli Bibliyanın IX əsrdə tərcüməsinə (tərcümə ilk erməni əlyazması hesab edilir, bu günədək Moskvada Lazarevski adına Şərqşünaslıq İnstitutunda saxlanılır) əlavə edilmiş Xaldey əfsanəsinin mifoloji qəhrəmanı Haykı özlərinə eponim seçən dövrədək heç bir etnik adı olmayan, yalnız yunanların "İşkil" ("Səllim itlər") damğası ilə özgə qapılarında günəmuzd yaşayış tərzi keçirmiş erməni babaları ilə, hər hansı şəkildə olsa da, əlaqələri olmamışdı.Araşdırmada Atarpatın çar nəslindən olan Artaksinin banisi olduğu dövlətin tarixi Azərbaycan türklərinin qədim dövlətçilik tarixinin yeni bir dövrü olduğunu mötəbər mənbələrə əsasən sübuta yetirilir. Fikrin əyaniliyi baxımından S.T.Yeremyanın kilsə əfsanə və rəvayətləri əsasında tərtib etdiyi antitarixi üç saxta xəritənin kitabda verilməsi "Böyük Armeniya" adı ilə dolaşdırılmış Azərbaycan türklərinin qədim dövr tarixinə (Qafqaz Oğuz Albaniyası və Artaksilər səltənəti) dəyərli elmi aydınlıq gətirmiş olur. Bu baxımdan tarixşünaslığımızda yeni elmi ab-hava yaradacaq konsepsiya ilə bir sıra ciddi problemlər araşdırmaya cəlb olunmuşdu[2].
Əjdər Tağıoğlu "Qafqaz Albaniyası" modelinin XIX əsrin əvvəllərində "Türksüz Qafqaz" siyasətilə əlaqədar Rus imperiyasının işğalçı ideoloji makinəsi tərəfindən yaradıldığını söyləyir, bu gün biz də eyni fikirdəyik.Müəllifə görə, "Qafqaz Albaniyası"nı Kürün sol sa-hili ilə Alban dənizinin arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə müstəmləkəçi imperiyanın başlıca məqsədi özünün e`tibarlı Şərq dayaqlarını yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnmiş "xristian qardaşlarına" Qafqazda qədim "erməni evi" və "gürcü evi" tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilmiş bu qətl və qarətdən keçəcək qanlı siyasətə tarixi don geyindirmək üçün Sovet dövründə "dostluq və qardaşlıq" pərdəsi altında xristian-bolşevik metodologiyası əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının qədim siyasi-inzibati coğrafi ərazisinin Qərb sərhədləri bir mənalı olaraq qəti dəyişdirildi. Bundan sonra Oğuz Albaniyasının Qərb ərazilərində — Cənubdan Dərəşam Oğuz nekropolundan Şimala Qara dənizə tökülən Rion cayının sahillərinədək yerləşmiş qədim insan məskənlərində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış maddı-mədəniyyət dədə malı kimi gəlmə ermənilərin və gürcülərin adına yazıldı.
Əjdər Tağıoğlu fikrinin sübutu üçün qədim qaynaqları, zəngin arxeoloji, etnoqrafik və linqvistik materialları, erməni və gürcü tarixçilərini, arxeoloqlarını, dilçi, mifoloq və keşiş müəllifərini yeni baxışla geniş təhlilə çəkir. Bu baxımdan o, bu gün ermənilərin və gürcülərin məskun oldulqları coğrafi ərazilərdə aşkarlanmış yerüstü nəhəng 24 "Daş Balıq-Əjdaha" abidələrini, ermənilərin "xaçikar" ("daş xaçlar") adlandırdıqları Dərəşam Oğuz nekropolunda "əbədiyyət nişanlı" baş daşlarını və "xristian mə`bədləri" adı ilə "erməniləşdirilmiş" və "gürcüləşdirilmiş" "Atəşgah"ların və Azərbaycan türklərinin başqa baba irsini Odsevər Oğuz tayfalrına məxsus "Avesta" me`marlıq abidələri olduqlarını tarixilik zəminində elmi inandırıcılıqla meydana qoyur. Müəllifin gətirdiyi faktlardan qaçılmaz bir həqiqət aşkara çıxır: nə M.Xorenski, nə M.Kalankatuatsi tarixi şəxsiyyətdi, nə də onların adına istinad edilmiş "tarix" kitablarında verilmiş kilsə əfsanələri və rəvayətlərində "dünyaya gətirilmiş" dini missionerlər-Mesrop Maştos, Qriqoris, Faddey, Yelisey və başqaları. Əfsanəvi missionerlərin guya Oğuz Albaniyasında Odpərəst yerli əhalini "xristianlaşdırmaları" və orada "kilsə tikintisi" aparmaları da uydurulmuş məqsədli siyasətdir. Çox təəssüf ki,bu movqedə olan bə`zi Azərbaycan tarixçiləri də "Alban" adını nə Oğuz tayfalarına aid edirlər, nə də "Alban" tayfalarının Azərbaycan türklərinin soykökündə iştirak etmiş yerli türk əhalisi olduqlarını qəbul edirlər. Belələri ən`ənəvi rus təbəliyini bu gün də qoruyaraq Oğuz tayfalarından biri olan albanların etnik və dini mənsubiyyətlərini işğalçı imperiyanın ən`ənəvi "Türksüz Qafqaz" siyasətinin tərkib hissəsi olan "Qafqaz Albaniyası" modelinə uyğun məqsədli şəkildə dolaşdırırlar. Bununla da onlar "Avesta" təəssübkeşi qədim ölkə əhalisinin "bütpərəst albanlar" adı altında bir hissısini elmi dəlillərlə deyil, keşiş ən`ənəsindən gələn "mö`cüzə" ilə "armyan albanlara", digər hissəsini "gürcü albanlara" çevirirlər. Adları bizdən olan belə tarixçilərin yazdıqları kitabların yalnız səhifələrində "erməniləşdirdikləri" Oğuz Alban ölkə əhalisinin Qafqazdan Kilikiyaya-ermənilərin Ön Asiyada sıx məskunlaşdıqları ölkəyə doğru "köçünü" "təşkil etməkdə" dini və siyasi məqsədləri də məlumdur[3].
Əjdər Tağıoğlu tarix ədəbiyyatında əl vurulmaz ehkama çevrilmiş bu və bu sıradan olan elmi xurafata son qoymaq məqsədilə günümüzədək "Qafqaz Albaniyası" modelinin siyasi-inzibati coğrafi ərazisi ətrafında mövcud olan ziddiyyətli versiyalarla möhkəmləndirilmiş "qala divarlarını" canlı maddi-mədəniyyətin "şahidliyi" ilə uçurub dağıdır.
Kitabda ötən yüzilliklərdən günümüzədək Qafqazla əlaqədar "Kartveli" ("Kartlos övladları") və "Haykazan" ("Hayk övladları") "tarixi" yazan müəlliflərin əsərlərində qoyulmuş uydurma problemlərin hər səhifədə ağır zərbə altına salınması Azərbaycan tarixşünaslığına tam elmi aydınlıq gətirmiş olur. Bu mövqedən toxunulması vaxtilə dövləti cinayət hesab edilmiş metodoloji doqmanın siyasi qaranlıqları azərbaycanşünaslığın gur işığı altında əridilirsə, "Qafqaz Albaniyası" modelinin təkzibi yeni konsepsiya ilə "Qafqaz Oğuz Albaniyası" dövlət adının təsdiqinə çevrilirsə və s. Bütün bunlar albanşünaslıqda sağlam elmi təfəkkürün yaranacağına zəmanət vermiş olur. Başqa sözlə, bu kontekstdən Alban tayfalarının başçılığı ilə Oğuz tayfa ittifaqının yaratdığı dövlətin Qərb sərhədlərinin Ağrı dağı vadisində Arazın sol sahilindən başlayaraq Şərqdən Alban dənizinə, Cənub-Qərbdə Dərəşam qala şəhərindən Şimal-Qərbdə Pont dənizinə tökülən Fasis çayına, Cənub-Şərqdə Kaspianadan Şimal-Şərqə qədim Dərbənd və qonşu ərazilər daxil olmaqla geniş Qafqaz coğrafiyasında lokallaşdırılması tarixşünaslığımızda sosialist metodologiyasından qalan zəhərli ehkamlara son qoyacak qiymətli tarixi kəşfdir.[4]
İstinadlar
redaktə- ↑ "İsmayılov, Əjdər Tağı oğlu". 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-06.
- ↑ kitabın elmi redaktoru — tarix elmləri doktoru Tofiq Məmmədov
- ↑ kitabın elmi redaktoru — tarix elmləri doktoru Kamal Əliyev
- ↑ "Erməni millətçiliyi və bizimkilər", filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov: Kredo qəzeti 07, 14 və 21 iyun 2007. səh.10 (bütün sayda)