Qedim Alban Edebiyyati - Wikipedia
Tarixi taleyin üzüdönüklüyündən Qafqaz Albaniyasının yerli mənşəli yazıları dövrümüzə qrabar (qədim erməni) dilində gəlib çatmışdır. Alban ədəbi ənənələrinin yaranıb formalaşmasında aparıcı rol xristianlığa məxsus idi. Yəni qədim Qafqaz ədəbiyyatı kim alban ədəbiyyatı da xristian ədəbiyyatı sayılırdı. X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunurdu. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, konon ədəbiyyatı, qərarlar, salnamələr aiddir.Musa Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri də alban dilində yazmış, XII əsrdə qrabar dilinə tərcümə edilmiş, orijinalı isə məhv edilmişdir. Xristianlığın ilkin yayıldığı dövrdə alban dini ədəbiyyatı surfil ədəbiyyat kimi inkişaf etsə də, V–VI yüzilliklərdə yunanfil- ellin istiqamətdə inkişaf etməyə başlamışdı. Tədqiqatçıların fikeincə bu təsiryunanlara deyil, monofizit suriyalılara məxsusdur. Alabn ədəbiyyatı ilk növbədə əlverişli tarixi-mədəni bir mühitdə formalaşırdı. Bu Alban Arşakilərinin və onları əvəz etmiş Mehranilərin hakimiyyət başında olduqları, Albaniyanın avtokefal kilsəsinin fəaliyyət göstərdiyi bir dövr idi. Həmin dövrdə Ermənistan bir dövlət kimi ləğv edilərək canişinliyə çevrilmişdi.527-ci ildə isə Gürcüstan(İberiya)ləğv edilmişdi.
- Ədəbiyyatın inkişafı sayəsində maraq dairəsi genişlənir və bu ədəbi janrlarda da özünü göstərirdi. Aqioqrafik əsərlər (alban müqəddəsləri haqqında), tarixi xronika janrında əsərlər yaradılırdı.
- Qafqazın digər ölkələrinin ədəbiyyatında olduğu kimi alban ədəbiyyatında da üç isiqamət-bir-birini əvəz edən üç epoxa vardı:
- 1)Suriya təsirinin tam hakim olduğu missiomer epoxa
- 2)Yunan fəlsəəsinin hakim olduğu fəlsəfi sxolastik epoxa
- 3)Ruhən yerli olan məktəb və ənənələrin epoxası
Yerli alban ənənəsinə aid əsərlərdən dövrümüzə qədər gəlib çatmış aşağıdakı tarixi mənbələri göstərmək olar:
- 1)Musa Kalankatlı-Alban ölkəsinin tarixi
- 2)Mxitar Qoş-Alban salnamələri
- 3)Mxitar Qoş-Qanunnamə
- 4)Mxitar Qoş-Gəncəli Xosrovun əzablı həyatı
- 5)Kirakos Gəncəli-Tarix
- 6)Aluen kilsə məclisinin kanonları
- 7)Partav kilsə məclisinin kanonları
Həmçinin bax
redaktəMənbə
redaktə- Fəridə Məmmədova-"Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası"Bakı,1993
- K. V. Trever-Alban tarixi və mədəniyyətinə dair oçerklər, Moskva-Leninqrad,1959(rus dilində)
- Fəridə Məmmədova — Qafqaz Albaniyası və Albanlar, Bakı,2006