Qehremanlar Guclerini Birlesdirir - Wikipedia
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər.
"Qəhrəmanlar güclərini birləşdirir" | |
---|---|
Ox Kainatında krossover hadisəsi | |
Digər adı | Heroes Join Forces |
Seriya sayı | Fleş (I hissə) II mövsüm, VIII seriya Ox (II hissə) IV mövsüm, VIII seriya |
Rejissor | Ralf Hemeker (Fleş) Tor Freydental (Ox) |
Ssenarist | Qreq Berlanti Endryu Kreysberq (Fleş) Mark Quqqenheym (Ox) |
Telepley | Aaron Helbinq (Fleş) Todd Helbinq (Fleş) Brayan Ford Sallivan (Ox) Mark Quqqenheym (Ox) |
İstehsal kodları | 3J5658 (Fleş) 3J5808 (Ox) |
Orijinal yayım tarixləri | 1 dekabr 2015 2 dekabr 2012 (Ox) | (Fleş)
Seriya xronologiyası | |
Öncəki | Fleş Oxa qarşı |
Sonrakı | İşğal! |
“Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar.
Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir. Növbəti il, Ox Kainatının “İşğal!” adlı üçüncü krossoveri təqdim edilmişdir.[1][2]
Məzmun
redaktəSentral-sitiyə gələn Vandal Sevec, Kendra Sandersi taparaq qətlə yetirməyə çalışır. Sevecin Kendra və Sisko Ramona hücum etməsindən sonra, Barri Allen onların təhlükəsizliyini təmin etmək üçün Star-sitiyə gətirir və Oliver Kuindən kömək istəyir. Qəhrəmanların komandalarını ziyarət edən Malkolm Merlin Sevecin ölümsüz olduğunu deyir. Bir müddət sonra Qırğı-adam Kendranı qaçırır, Oliver və Barri isə Kendranı azad edərək, Qırğı-adamı əsir alırlar. Qırğı-adam özünü təqdim edərək Karter Holl olduğunu, Kendra ilə əbədi birlikdə olmaq üçün and içdiklərini bildirir. İlk dəfə Vandal Sevec tərəfindən öldürülən sevgililər, bir müddət sonra yenidən başqa bədəndə doğulurlar və hər dəfə Sevec onları taparaq qətlə yetirir və beləliklə də, öz ölümsüzlüyünü təmin edir. Bunun üçün Sevec Horun ritual xəncərini istifadə edir.
Karter və Kendranı müvəqqəti olaraq Vandal Sevecdən gizlətməyə çalışan Ox və Fleş komandaları Sentral-sitinin şəhər kənarında yerləşən evə gəlir. Qanadlarından istifadə edə bilməsi üçün, Karter Kendranı keçmiş həyatını xatırlamağa məcbur etməyə çalışır. Barri, Oliver və Merlinlə görüşən Sevec qanadlı cütlüyün təslim edilməyəcəyi təqdirdə Qor əsasının köməkliyi ilə Sentral-siti və Star-sitini məhv edəcəyini bildirir. Oliver keçmişdə görüşdüyü qız Samanta ilə qarşılaşır və onun oğlunun atası olub-olmamasını öyrənməyə çalışır. Barrinin keçirdiyi test nəticəsində Oliverin oğlunun olması məlum olur. Uşağın anası Oliverdən bunu hər kəsdən gizlətməyi tələb edir və əks halda uşaqla görüşməyə imkan verməyəcəyini bildirir. Nəticədə bu hal, Oliver və Felisitinin münasibətlərinin gərginləşməsinə gətirib çıxarır.
Karterin cəhdlərinə baxmayaraq, Kendra keçmişini xatırlayıb döyüşçü qıza çevrilə bilmir. Oliver Sevecə qalib gəlmək üçün plan hazırlasa da, həmin plan baş tutmur və Fleş istisna olmaqla bütün qəhrəmanlar ölürlər. Sevec Sentral-sitini məhv edir. Barri qaçaraq bir gün əvvələ qayıda bilir. O, Oliverə hadisələrin gedişini danışır və onlar başqa plan qurmağa çalışırlar. Bundan sonra Barri Siskonu Kendra ilə danışıb onu ürəkləndirməyə sövq edir, Sisko Kendranın keçmişini xatırlamağa kömək edir. Kendra başa düşür ki, o, Qədim Misirdə yaşamış kahinə Çay-Ayradır, onlar şahzadə Xufu ilə (Karter) birbirlərini sevsələr də, qısqanc rahib Hat-Set (Sevec) onları qətlə yetirmişdir. Bundan sonra Hat-Set sevgililərin ruhunun başqa canlarda dirilməsini təmin edərək hər dəfə onları öldürür və beləcə öz ölümsüzlüyünü təmin edir.
Kendra başa düşür ki, Sevecə qalib gəlməyin açarı Hor əsasıdır. Kiçik komanda yerinə bu dəfə Oliver bütün qəhrəmanları döyüşə çağırır. Əsanın gücünü idarə edə bilmək üçün Sisko və Felisiti xüsusi əlcək hazırlayırlar. Bu dəfəki qarşılaşmada Kendra uça və döyüşə bilir. Barri və Oliver Seveci külə çevirmək üçün əsanı istifadə edirlər. Karter və Kendra döyüşdən sonra komandalara minnətdarlıq edərək köçürlər. Oliver və Felisiti isə komanda ilə birlikdə Star-sitiyə qayıdır. Sevecin ona borclu olduğunu düşünən Merlin onun külünü bir qaba yığır.
Rollarda
redaktəƏsas və köməkçi
redaktəAktyor | Personaj | Seriya | |
---|---|---|---|
Fleş | Ox | ||
Qrant Qastin[3][4] | Barri Allen / Fleş | Əsas | Qonaq |
Kendis Petton[5] | Ayris Vest | Əsas | Yox |
Daniella Panabeker[3] | Keytlin Snou | Əsas | Qonaq |
Karlos Valdes[3][4] | Sisko Ramon | Əsas | Qonaq |
Tom Kavanaq[3] | Harrison Uells | Əsas | Qonaq |
Cessi L. Martin[3] | Co Vest | Əsas | Qonaq |
Stiven Amell[3][4] | Oliver Kuin / Yaşıl Ox | Qonaq | Əsas |
Con Barroumen[3][4] | Malkolm Merlin | Qonaq | Əsas |
Emili Bett Rikards[3][4] | Felisiti Smok | Qonaq | Əsas |
Uilla Holland[3][4] | Teya Kuin / Spidi | Qonaq | Əsas |
Devid Ramsi[3] | Con Diql | Qonaq | Əsas |
Siara Rene[3][4] | Kendra Sanders / Qırğı-qız | Qonaq | Qonaq |
Kasper Kramp[6] | Vandal Sevec | Qonaq | Qonaq |
Falk Hentşel[7] | Karter Holl / Qırğı-adam | Qonaq | Qonaq |
Anna Hopkins[3][4] | Samanta Kleyton | Qonaq | Qonaq |
Kati Kessidi[8] | Lorel Lens / Qara bülbül | Yox | Əsas |
Pol Blektron | Kventin Lens | Yox | Əsas |
Qonaq
redaktə
Fleşredaktə
|
Oxredaktə
|
İstehsal
redaktəİnkişaf
redaktəHər iki teleserialda hadisələr The CW telekanalının yaratdığı uydurma Ox Kainatında baş verir, 2013-2014-cü il televiziya mövsümündə “Ox” teleserialının ikinci mövsümündə Barri Allen obrazı ilk dəfə təqdim edilmiş, bundan sonra “Fleş” teleserialı debüt etmişdir. Növbəti il “Ox”un üçüncü mövsümünün və “Fleş”in birinci mövsümünün səkkizinci seriyası arasında ilk krossover hadisəsi “Fleş Oxa qarşı” baş tutmuşdur.[11] 2015-ci ilin yanvarında The CW prezidenti Mark Pedoviç Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını bildirmişdir.[12]
2015-ci ilin iyulunda hər iki serialın yaradıcısı və icraçı prodüseri olan Endryu Kreysberq “Ox”un dördüncü mövsümü və “Fleş”in ikinci mövsümünün səkkizinci seriyaları arasında iki hissəli krossover hadisəsinin baş verəcəyini elan edir.[13] 2015-ci ilin avqustunda Kreysberq yeni spin-off serialı olan “Sabahın əfsanələri” teleserialı üçün nəzərdə tutulmuş komandanın əsasının bu krossoverdə qoyulacağını bildirir. Kreysberq deyir ki, “Həm “Ox”, həm “Fleş” həm böyük, həm də kiçik vasitələrlə bizə bu təməli yaratmağa kömək edirlər...Bu krossoverdə Əfsanələrinə pilotuna keçid təşkil edən bir çox hadisələr baş verəcək.”[14]
İki serial arasındakı krossoveri “superqəhrəman qou-qousu” adlandıran Kreysberq deyir ki, “onların hamısını bir yerdə toplamaq çılğınlıqdır.” Hər iki seriyasında bir-biri ilə əlaqəli olmayan hadisələrin baş verdiyi 2014-cü il krossoverindən fərqlənən krossoveri şərh edən “Ox”un icraçı prodüseri Mark Quqqenheym deyir ki, “Bu ilki krossover çılğındır...həqiqətən də, sanki, iki saat davam edən və iki gecə yayımlanan film izləyirsən.”[15]
Kreysberq və Quqqenheym fanatlara bildirirlər ki, hər iki seriya yalnız spin-offun yaradılmasına fikir verməməklə, həm Oliver Kuinin, həm də Barri Allenin macəralarını göstərəcək. Kreysberqqeyd edir ki, “Bu seriyalar həm “Fleş”, həm də “Ox”un müvafiq mövsümlərinin hekayə xəttinin inkişaf etdirilməsində rol oynayır”, Quqqebheym isə əlavə edir ki, ““Fleş” seriyasının sounda kifayət qədər böyük bir köpək balığı göstərilir, biz bu xətti “Ox”da davam etdiririk. Daha sonra biz, Ox personajları ilə elə bir şey edirik ki, ....bu çox epik və mühümdür.”[15]
“Fleş” seriyasında Keytlin və Harri, Zuma qarşı mübarizədə Barrini daha da sürətləndirmək üçün Velositi 6 adlı dərman hazırlayırlar. Kreysberqin sözlərinə görə, “Rahatlıqla demək olar ki, həmin dərman daha bir neçə nəfər tərəfidən istifadə olunacaq, lakin, onların kim olduqları və dərmanın necə təsir etməsini öyrənmək üçün izləyicilərin bir qədər gözləməsi lazımdır.” Teddi Sirs (onun canlandırdığı Cey Qarrik adlı personaj müvəqqəti olaraq sürətini bərpa etmək üçün həmin dərmanı istifadə edir) isə bildirir ki, onun personajının sürətini həmişəlik bərpa etməsi mümkün olmasa da, Velositi 6 onun keçmişi ilə bağlı xatirələrini canlandırması üçün önəmlidir.[16]
Yazılması
redaktə2015-ci ilin iyulunda hər iki serialın yaradıcısı və icraçı prodüseri olan Qreq Berlanti deyir:
Biz demək olar bir həftə əvvəl işə başlamışıq...buna görə, həqiqətən də narahatıq. Payızın sonu, qışın əvvəllərində böyük hekayə xətti təqdim ediləcək. Bu il biz, krossoveri keçən ilkindən daha böyük və izləyicilər üçün daha faydalı etməyə ümid edirik.[17] |
“Qəhrəmanlar güclərini birləşdirir” krossoverinin ssenarisi 2015-ci ilin sentyabrında yazılmışdır. Berlanti hadisə üçün hekayəni yazmış, Kreysberq və Quqqenheym isə müvafiq olaraq “Fleş” və “Ox” seriyalarının hekayələrinin işlənməsini təmin etmişlər.[18][19] “Fleş” seriyasının televiziya ssenarisi Aaron və Todd Helbinqlər[18], “Ox” seriyasının televiziya ssenarisi isə Brayan Ford Sallivan və Quqqenheym tərəfindən işlənmişdir.[19]
Çəkilişlər
redaktəHər iki seriyanın çəkilişləri 25 sentyabrdan 15 oktyabra kimi həyata keçirilmişdir.[19][20] “Fleş” seriyasının rejissoru Relf Hemeker, “Ox” seriyasının rejissoru isə Tor Freydental olmuşdur.[19] Krossoverin çəkilişlərinin başlanmasından əvvəl “Sabahın əfsanələri” teleserialının bir neçə seriyasının çəkilişləri artıq həyata keçirildiyindən , Berlanti, üç teleserialı bir araya gətirməyin logistika qarabasmalarından da bəhs edir. Bundan əlavə, krossover hadisəsində “Fleş və Oxun bütün personajları da iştirak edirdilər və Əfsanələrin çəkilməsindən əvvəl onların təqdim edilməsi üçün, həmin personajların iştirakı ilə çəkilişlər həyata keçirilmişdi.”[21] Falk Hentşel çəkilişləri, gün ərzində bir çəkilişdən digərinə qaçılan “aktyorluq marafonu” kii təsvir edir.[22]
Çıxarılması
redaktəYayımlanması
redaktə“AT&T” şirkəti krossover seriyalarının əvvəlcə 22 noyabr 2015-ci ildə yayımlanmasını planlaşdırsa da, sonradan vizual effektlərin işlənməsinə daha çox vaxt vermək üçün həmin tarix təxirə salınmışdır.[23][24] Krossoverin birini hissəsi olan “Fleş” seriyası 1 dekabrda, ikinci hissə olan “Ox” seriyası isə növbəti gün, 2 dekabrda The CW telekanalında yayımlanmışdır.[25] ABŞ-la paralel olaraq, krossover hadisəsi Kanadada da CTV telekanalı tərəfindən yayımlanmışdır.[26]
Ev üçün buraxılış
redaktəSeriyalar “Fleş”in ikinci və “Ox”un dördüncü mövsümünə daxil olan digər seriyalarla birlikdə DVD və Blu-ray formatlarında müvafiq olaraq 6 sentyabr və 30 avqust 2016-cı illərdə satışa çıxarılmışdır. Dəstə həm də pərdə arxası çəkilişlər, audio şərhlər və kəsilmiş səhnələr də daxil edilmişdir.[27][28]
Qəbulu
redaktəReytinqlər
redaktəSerial | Seriya | Yayım tarixi | Reytinq/paylaşım (18–49) |
İzləyici sayı (milyon) |
DVR (18–49) |
DVR izləyicilər (milyon) |
Ümumi (18–49) |
Ümumi izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|---|
Fleş | "Bu günün əfsanələri" | 1 dekabr 2015 | 1.4/5 | 3.94[29] | 0.9 | 2.12 | 2.3 | 6.07[30] |
Ox | "Dünənin əfsanələri" | 2 dekabr 2015 | 1.4/4 | 3.66[31] | 0.7 | 1.61 | 2.1 | 5.27[30] |
“Fleş” seriyası 17 fevral 2015-ci ildən bəri serialın ən böyük izləyici nəticəsini göstərmişdir.[32] Seriya, daha əvvəlki, “Qorillanın döyüşü” adlı seriya ilə müqayisədə 18-49 yaşlılar arasında 12% daha çox izləyici toplamışdır.[33] Keçən ilki krossoverlə müqayisədə isə 18-49 yaşlılar arasında izləyici sayı 12% aşağı düşmüşdür.[34] “Ox” seriyası IV mövsümün ən yaxşı izləyici reytinqini göstərməklə, həm də daha əvvəl 3 dekabr 2014-cü ildə yayımlanmış ilk krossover seriyasından sonra teleserialın ən yaxşı nəticəsini göstərmişdir. Ümumilikdə serialın reytinqi 36% artmış, daha əvvəlki “Qardaşlıq” adlı seriya ilə müqayisədə isə 18-49 yaşlılar arasında reytinq 27% artmışdır.[35]
“Fleş” seriyasının Kanada yayımı 2 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da onu, həmin gecənin ən çox izlənən, həmin həftənin isə üçüncü ən çox izlənən şousu olmuşdur. “Ox” seriyasının Kanada yayımı 1.81 milyon nəfər tərəfindən izlənmişdir və bu nəticə ilə də o, həmin gecənin dördüncü, həftənin isə yeddinci ən reytinqli şousu olmuşdur.[36]
Tənqidçilərin mövqeyi
redaktə“The A.V. Club” üçün yazdığı məqalədə Alasdair Uilkins krossoveri “90 dəqiqəlik bütöv bir film” adlandrır və deyir ki, yalnız hər iki şou ilə tanış olan izləyici burda iki süjet xəttinin olmasını başa düşə bilər. Uilkins hiss edir ki, “Bu günün əfsanələri” və “Dünənin əfsanələri” istənilən şounun adi seriyasından fərqli olraq inanılmaz şəkildə bir-birini cəlb edir. Oliverin atalığı ilə bağlı süjet xətti Uilkins üçün daha zəif görünsə də, onun fikrincə “iki hissəli krossoverin ümumi ölçüsü kifayyət qədər təsirediricidir” və “komandanın macəraları seriyalardan birinə sığmayacaq qədər böyükdür.”[37]
“Screen Rant”dan Elis Uolker deyir ki, növbəti Ox/Fleş krossoveri Əfsanələri təqdim etmək istəyinə görə əziyyət çəkir. O, hiss edir ki, onsuz da yüklənmiş olan hekayə xəttləri dha da gərginləşdirilir və “prodüserlər biçə biləcəklərindən daha çox toxum əkirlər.” Onun fikrincə “krossoverlər iki şounun qarşılaşdırılması üçün əhəmiyyətini itirərək, yeni şounun təqdim edilməsi üçün platformaya çevrilmişdir.”[38]
“Forbes” juenalından Merrill Barr hiss edir ki, krossoverin əsas məqsədi “Ox” və “Fleş” hekayələri ilə o qədər də əlaqəsi olmayan “Əfsanələr”in personajları Vandal Sevec, Qırğı-adam və Qırğı-adamın mənşə hekayələrinin yaradılmasıdır. O, seriyaları “komiks mənşə materialına tamamilə uyğun olan” ekran nümunəsi hesab edir. Krossover seriyalarının bir-birini necə tamamlamasına heyran olan Barr, onlarda “Sabahın əfsanələri”nin mənşəyindən daha çox xüsusiyyət görür. Tənqidçi qeyd edir ki, “"Fleş”in ürəyi “Ox”un sərhəddləri daxiliə sığaraq tamamilə unikal bir material yaradır və burda hər kəs o qədər öz yoluna sadiqdir ki, hətta, Disney də buna heyrət edərdi.”[39]
Fleş
redaktə“IGN”-dən Cesi Şedin “Fleş” seriyasını 7.5/10 balla qiymətləndirir. Seriyanın “tez-tez dəyişən tempi və süjetin inkişafı”nı tənqid edən Şedin, “iki hissəli süjet xəttini nəzərə aldıqda” əvvəlki krossoverlə müqayisədə bu krossoverdə seriyaların bir-birinə sıx bağlanmamasından məyus olduğunu qeyd edir. O, krossoverin kifayət qədər möhkəm əsas üzərində başladığını qeyd ədərək, “Ox” personajlarının orda nəyə lazım olmasını soruşur. Buna baxmayaraq, Şedin, iki serialın qəhrəmanlarının birləşərək başqa aləmdən olan düşmənlərə qarşı mübarizə aparmasını izləməyin əyləncəli olmasını da vurğulayır.[40] “The A.V. Club”dan Skott Von Doviak seriyanı “A” dərəcəsi ilə qiymətləndirərək deyir ki, “Bu günün əfsanələri krossover seriyasının necə düzgün yaradılmasına ən yaxşı nümunədir.” O, qeyd edir ki, bu seriya, “davam edən süjet xəttlərini DC Kainatının macəraları ilə əlaqələndirir”.[5]
“Collider”dən Deyv Trambor “Fleş” seriyasına 3/5 bal verərək deyir ki, “Bu günün əfsanələri” – yəni Qırğı-adam və Qırğı-qız yaxşı oynayaraq, təkcə “Sabahın əfsanələri”nin əsas personajlarını təqdim etmir, həm də “Ox”un “Dünənin əfsanələri” seriyası üçün yaxşı təməl yaradır. O, seriyanı "böyük əyləncəli macəra" adlandıraraq, bu krossoverdə də əvvəlki krossoverin səhvlərinin təkrarlandığını bildirir.[41] "Entertainment Weekly"dən Conatan Dornbaş "Fleş" seriyasına müsbət rəy verərək qeyd edir ki, "Birinci hissədə Fleşə daha çox yer verilsə də, "Bu günün əfsanələri"nin də özlərinə məxsus hissələri, həmçinin, gülməli məqamlar vardır."[42] "Forbes"dan Erik Kain "Fleş" seriyasını tərifləyərək "tamamilə möhtəşəm" adlandırır və yazır ki, "Kaş, "Fleş" və "Ox"un hər seriyası "Bu günün əfsanələri" kimi yaxşı olardı." Bir neçə yaxşı döyüş səhnəsinə malik maraqlı ssenarini ön plana çəkən Kain, həm də seriyada çoxsaylı kiçik və maraqlı süjet xəttlərinin olmasını qeyd edir.[43]
"Paste"dən Erik Uolters seriyaya 7.5/10 bal verərək qeyd edir ki, "Keçən ilki seriyadan dərqli olaraq, "Bu günün əfsanələri"nin "Ox" komandasının iştirak etdiyo "Fleş" seriyası olması hiss olunmur." 2015-ci il krossoverinin əvvəlki ilinkindən daha böyük olmasını vurğulayan Uolters deyir ki, "Seriya, çox yaxşı olsa da, tam deyil." O, yazır ki, ""Bu günün əfsanələri" "Fleş" seriyasından çox, daha böyük bir hekayənin hissəsini xatırladır."[44] "Den of Geek"dən Mayk Çeççini seriyanı 3.5/5 bal verərək, deyir: "Mən həqiqətən də təəcüblənirəm ki, "Bu günün əfsanələri"ndə bu qədər iş görülməsinə baxmayaraq, hər şey qaydasında saxlanmışdır."[45]
Ox
redaktə“IGN”-dən Cesi Şedin "Ox"un krossover seriyasını 8.7/10 balla qiymətləndirərək deyir ki, ""Fleş" seriyası ümumi qurğu yaratmaqla məşğul olsa da, "Ox" seriyası hazır şəraitdən istifadə edir." O, "Sabahın əfsanələri"nin temp və süjet problemlərinin artıq "Fleş" seriyasında uğurla həll edildiyini deyərək, xatirələr və zaman səyahətlərinin seriyaya dramatiklik əlavə etdiyini bildirir. Bundan başqa, Ollinin yaşadıqları, Stiven Amellə, bu dəfə canlandırdığı personajı daha fərqli tərəfdən göstərməyə imkan vermişdir.[46] “The A.V. Club” üçün yazdığı məqalədə Alasdair Uilkins "Ox" seriyasını B+ dərəcəsi ilə qiymətləndirərək "əvvəlki mövsümlə müqayisədə bu mövsümdə şounun ümumi dinamikasının xeyli yaxşılaşması"nı qeyd edir. O, əlavə edir ki, "Dünənin əfsanələrində Oliver daxili münaqişədən əziyyət çəkərək, bir tərəfdən yaxınları və dostlarını müdafiə etməyi arzulayır, digər tərəfdən isə onların iştirakı olmadan qalib gəlməyin çətin olacağını başa düşür.""[37]
“Collider”dən Deyv Trambor hiss edir ki, Qırğı-qız və Qırğı-adamı uğurla təqdim edərək, The CW-nin mövsüm ortası şousu olan "Sabahın əfsanələri"nə start verir. O, seriyaya 4/5 bal verir. O, əlavə edir ki, bu cür xüsusi krossoverlər "fantastik iş görərək, qəhrəmanlar və canilərin yaşadıqları dünyanın nə qədər geniş olduğunu göstərir."[47] "Entertainment Weekly"dən Conatan Dornbaş Karlos Valdesin aktyorluğundan təsirlədndiyini ifadə edərək deyir ki, "Oliverin, təbii ki, mərkəzi yer tutmasına və Stiven Amellin bu işi uğurla həyata keçirməsinə baxmayaraq, "Fleş"in Siskosunu canlandıran Karlos Valdes də, krossoverin bir hissəsini özününküləşdirə bilmişdir."[8]
"Forbes"dan Erik Kain "Fleş" hissəsinin qısalığını hiss etdiyini söyləyərək, "Dünənin əfsanələri" seriyasında Oliver və Felisiti arasındakı "axmaq" dramanı tənqid edir. Lakin, o, həm də vurğulayır ki, personajlar bir-biri ilə əlaqəyə girdikdə hər iki seriya kifayət qədər şən və maraqlı alınır, Barri və Oliver isə bir-birinə qarşı yaxşı oynayırlar.[48] "Paste"dən Mark Rozeman "Ox" seriyasını 8.8/10 balla qiymətləndirərək deyir ki, seriya "daha çox hadisələri və personajları təqdim etməklə məğul olan krossoverin birinci hissəsindən fərqli olaraq, bu hissəni "oyuncaqları ilə oynamaq üçün daha çox vaxtı vardır." O, əlavə edir ki, krossover şəndir və "vaxtını xoş keçirmək üçün yaxşı vasitədir." "Forbes"dan Erik Kain "yekunlaşdırılmış hadisə təəssüratı yaratmağa müvəffəq oldu"qlarına görə, krossoverin yaradıcı heyətinə öz təşəkkürünü bildirir.[49] "Den of Geek"dən Mayk Çeççini seriyanın "fanatlar üçün yaradılmış bir saatlıq vaxt öldürmə vasitəsinə" çevrilməməsindən razılığını ifadə edərək "Dünənin əfsanələri" seriyasının "Ox"un ən yaxşı seriyalarından biri olmasını bildirir. O, Amellin ifasını tərifləyərək qeyd edir ki, "Hər iki komanda qarşılıqlı şəkildə çox yaxşı çıxış edir, dramatik anlarda Barri və Olli özlərini yaxın dost olaraq hiss etdikləri kimi, epik məqamlarda da Fleş və Yaşıl Ox silahdaş olduqlarını göstərirlər." O, "Ox" seriyasını 3.5/5 balla qiymətləndirir.[50]
Mükafatlar
redaktə"Collider" ikinci ənənəvi "Fleş" və "Ox" krossoverini 2015-ci ilin 10 ən böyük superqəhrəman hadisələrindən biri adlandıraraq qeyd edir ki, "iki gecəlik krossover hadisəsi böyük uğur olmaqla, yaradılmış Kainatın nə qədər maraqlı olmasını nümayiş etdirir və gələcəkdə onun necə inkişaf edəcəyini izləməyə həvəsləndirir."[51] "Zap2it" isə həm "Bu günün əfsanələri", həm də "Dünənin əfsanələri" seriyalarını 2015-ci ilin ən yaxşı televiziya epizodlarından biri adlandırır.[52]
Qeydlər
redaktə- ↑ "Fleş" teleserialının ikinci mövsümünə daxil olan "Zuma qarşı" adlı seriyada Sirsin personajının əslində Zumun alter-eqosu olan Hanter Zolomon olması və Cey Qarrik adı altında gizlənməsi məlum olur.[9]
İstinadlar
redaktə- ↑ Abrams, Natalie. "The CW announces four-way crossover with Arrow, The Flash, Legends of Tomorrow, Supergirl". Entertainment Weekly. May 19, 2016. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Burlingame, Russ. "Marc Guggenheim Reveals the Title of Arrow's 100th Episode". ComicBook.com. October 23, 2016. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Garofalo, Alex. "'The Flash' Season 2 Spoilers: Team 'Arrow' Joins Barry In Episode 8 Crossover; 'Legends Of Today' Recap". International Business Times. December 1, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 McCarthy, Tyler. "'Arrow' Season 4 Spoilers: Episode 8 Sees 'The Flash' Crossover Come To Completion To Set Up 'Legends Of Tomorrow' [RECAP]". International Business Times. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 Von Doviak, Scott. "TV Review The Flash: "Legends Of Today"". The A.V. Club. December 1, 2015. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Prudom, Laura. "'Legends of Tomorrow's' Vandal Savage: Casper Crump Cast as DC Villain". Variety. August 4, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Petski, Denise. "Falk Hentschel To Play Hawkman In 'Legends Of Tomorrow'". Deadline Hollywood. August 3, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 Dornbush, Jonathon. "'Arrow' recap: 'Legends of Yesterday'". Entertainment Weekly. December 3, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Doviak, Scott Von. "Zoom reveals all and Barry is powerless to stop him on The Flash". The A.V. Club. April 19, 2016. April 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018 2018.
- ↑ Burlingame, Russ. "EXCLUSIVE: Legends of Tomorrow Casts Peter Francis James As Key Part of Hawkman/Hawkgirl Story". ComicBook.com. September 24, 2015. December 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Chitwood, Adam. "The Flash/Arrow Crossover Episode Planned on The CW". Collider. July 18, 2014. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Nguyen, Hanh. "The CW Renews Supernatural and 7 More — But Where's Beauty and the Beast?". TV Guide. January 11, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Reed, Sean. "'Arrow' & 'The Flash' Producer: More Crossovers In Upcoming Seasons". Screen Rant. July 20, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Roffman, Marisa. "'Arrow' 'Flash' 'Legends of Tomorrow' 'Supergirl' spoilers". The Hollywood Reporter. August 12, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 Holbrook, Damian. "Why the Flash–Arrow Crossover Is Gonna Be a 'Jaw-Dropper'". TV Insider. November 13, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Gelman, Vlada. "'The Flash' Season 2 Spoilers — Velocity Serum, Patty Shoots Wells". TVLine. December 1, 2015. July 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Patten, Dominic. "'Supergirl' EP Greg Berlanti Talks 'Gotham', 'Flash' & 'Arrow' Crossovers & Girl Power – Comic Con". Deadline Hollywood. July 11, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 "(#208) "Legends of Today"". The Futon Critic. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 3 4 Marc Guggenheim [mguggenheim]. "Arrow Ep. 408 begins production today. @briforsul @ThorFreudenthal" (Tweet). October 2, 2015. March 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Casper Crump [caspercrump]. "Joining FLASH today, can't wait to work with you guys! @grantgust @amellywood @CW_TheFlash #VandalSavage #caspercrump #Ipinchmyself" (Tweet). September 25, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Bucksbaum, Sydney. "'The Flash'-'Arrow' Crossover: EPs Talk 'Legends' Easter Eggs, Wells' Surprising Alliance". The Hollywood Reporter. December 1, 2015. April 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Radish, Christina. "'Arrow' and 'The Flash' Producers, Cast on Crossover Episodes, 'Legends of Tomorrow', and More". Collider. December 1, 2015. December 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Gallagher, Brian. "Arrow and Flash Crossover Poster Announces Epic Fan Screening". MovieWeb. November 11, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ shannon [shannyfish]. "MAJOR BUMMER :( Flarrow Screening has been cancelled for Sunday" (Tweet). November 20, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Shaw-Williams, Hannah. "Arrow/Flash Crossover Trailers: Heroes Join Forces". ScreenRant. November 18, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Wilford, Denette. "There's a lot to watch, let us do the work!". 24 Hours Toronto. November 29, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ "The Flash: The Complete 2nd Season". TVShowsOnDVD.com. May 31, 2016. April 2, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ "Arrow: The Complete 4th Season". TVShowsOnDVD.com. May 31, 2016. April 2, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Porter, Rick. "Tuesday final ratings: 'Fresh Off the Boat' and 'Rudolph' adjust up". TV by the Numbers. November 18, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 Porter, Rick. "Broadcast Live +7 ratings, week 11: 'Empire' fall finale on top, 'Vampire Diaries' leads percentage gains". TV by the Numbers. December 21, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Porter, Rick. "Wednesday final ratings: 'Arrow', 'Empire' and 'Criminal Minds' adjust up". TV by the Numbers. December 3, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Mitovich, Matt Webb. "Ratings: iZombie, Scream Queens Tick Up; Rudolph Is No. 2 Behind Voice". TVLine. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Kissell, Rick. "Tuesday Ratings: NBC's 'Chicago Med' Up, ABC's 'The Muppets' Hits Low". Variety. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Patten, Dominic. "TV Ratings: 'The Flash' Down From 2014 'Arrow' Crossover, 'Rudolph' Dims". Deadline Hollywood. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ Mitovich, Matt Webb. "Ratings: Arrow Hits One-Year Highs". TVLine. December 3, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ "Top Programs – Total Canada (English) November 30 – December 6, 2015" (PDF). Numeris. April 20, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ 1 2 Wilkins, Alasdair. "TV Review Arrow: "Legends Of Yesterday"". The A.V. Club. December 2, 2015. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Walker, Alice. "How Legends Of Tomorrow Has Hurt Arrow & The Flash". ScreenRant. January 20, 2016. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Barr, Merrill. "'Flash'/'Arrow' Crossover Review: A Very Entertaining 'Legends of Tomorrow' Prequel". Forbes. December 1, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Schedeen, Jesse. "The Flash: "Legends of Today" Review". IGN. December 1, 2015. July 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Trumbore, Dave. "The Flash Recap "Legends of Today" - Meet Vandal Savage". Collider. December 1, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2017.
- ↑ Dornbush, Jonathon. "'The Flash' recap: 'Legends of Today'". Entertainment Weekly. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Kain, Erik. "'The Flash' Season 2, Episode 8 Review: 'Legends Of Today'". Forbes. December 2, 2015. February 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Walters, Eric. "The Flash Review: "Legends of Today"". Paste. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Cecchini, Mike. "The Flash: Legends of Today review". Den of Geek. December 1, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Schedeen, Jesse. "Arrow: "Legends of Yesterday" Review". IGN. December 2, 2015. January 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Trumbore, Dave. "Arrow Recap: Legends of Yesterday – Death of a Legend". Collider. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Kain, Erik. "'Arrow' Season 4, Episode 8 Review: 'Legends Of Yesterday'". Forbes. December 3, 2015. April 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Rozeman, Mark. "Arrow Review: "Legends of Yesterday"". Paste. December 3, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Cecchini, Mike. "Arrow: Legends of Yesterday review". Den of Geek. December 2, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ Foutch, Haleigh. "Best Superhero Movies and Moments of 2015". Collider. December 29, 2015. January 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
- ↑ "The best TV episodes of 2015, from 'Hannibal' to 'You're the Worst'". Zap2it. December 23, 2015. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.
Xarici keçidlər
redaktə- Legends of Today — IMDb səhifəsi
- Legends of Yesterday — IMDb səhifəsi