Qehveyi Dag Mese Torpaqlari - Wikipedia
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır[1].
Yayıldığı ərazilər
redaktəBöyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır.
İqlimi
redaktəİsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür.
Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Yarımtipləri
redaktəQəhvəyi dağ-meşə torpaqları fiziki-kimyəvi xüsusiyyətlərinə görə aşağıdakı yarımtiplərə bölünür:
- yuyulmuş qəhvəyi dağ meşə
- tipik qəhvəyi dağ meşə
- karbonatlı qəhvəyi dağ meşə
- bozqırlaşmış qəhvəyi dağ meşə
İstinadlar
redaktə- ↑ Quliyev İ. Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014.