Qelebelik Adami Hekaye - Wikipedia
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir.
Qələbəlik adamı | |
---|---|
ing. The Man of the Crowd | |
Müəllif | Edqar Allan Po |
Janr | Qorxu |
Dil | ingiliscə |
Nəşriyyat | Atkinson's Casket |
Nəşr | dekabr 1840 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəNaməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır. Arıq, qısa boy və çəlimsiz olan həmin yaşlı şəxs, yaxşı və keyfiyyətli parçadan hazırlanmış köhnə paltar geyinmişdir. Qəhrəmanın diqqətini artıqlaması ilə cəlb etməsi səbəbindən naməlum şəxsin izinə düşür.
Yaşlı qoca, bazar və dükanların olduğu ərazidən keçir, ancaq heç nə almır. Şəhərin kasıblar yaşadığı məhəllələrdə gəzişdikdən sonra, Londonun varlılar yaşayan məhəllələrinə yollanır. Gecə boyunca və həmin günün səhərisi yaşlı qoca varlılar məhəlləsi boyunca irəliləyir və hekayənin qəhrəmanı da həmin qocanı izləməkdədir. Bu təqibdən bezən, qəhrəman qocanın qarşısına qəfildən çıxar və onun diqqətini cəlb etmək istəyər. Ancaq qoca qəhrəmana fikir verməz və onun yanından sakitcə keçib, yoluna davam edər. Bu təqibdədən qəhrəman belə bir nəticəyə gəlir: Qoca əsrarəngiz cinayətləri, asanlıqla törədən bir tipdir. və ən əsası o, heç kimin diqqətini cəlb etmədən, kütlədən kənarda qalmağı məharətlə bacarır.