Qendehari Beyim - Wikipedia
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری بیگم; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası.
Qəndəhari Bəyim | |
---|---|
Urduca:قندهاری بیگم | |
Digər adı | Qəndəhari Mahal |
Doğum tarixi | |
Doğum yeri | Qəndəhar, Səfəvi imperiyası |
Vəfat yeri | |
Dəfn yeri | Qəndəhari Bağ, Aqra |
Həyat yoldaşı |
|
Uşağı | |
Dini | Şiə İslam |
Tanınır | Böyük Moğol imperatoru Sultan Şahcahanın birinci arvadı və Səfəvi sülaləsinə mənsub şahzadə kimi |
Həyatının erkən dövrü
redaktəQəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi.[1][2]
Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi. Bu zaman 1595-ci il idi. Əkbər şah tərəfindən qəbul edilən Müzəffər Mirzə ondan Fərzənd (oğul) titulunu qəbul etdi və 5 min nəfərlik döyüşçünün komandanı təyin edildi. Eyni zamanda ona bütün "Qəndəhardan daha dəyərli hesab edilən" Sambhal cagir olaraq verildi.
Müzəffər Mirzə Qəndəharın hakimliyini Moğol imperiyasında yüksək rütbəli vəzifəyə və maaşa dəyişdi. Müzəffər Mirzənin gənc qardaşı Rüstəm Mirzə də Əkbər şahın hakimiyyəti altındakı torpaqlara köçmüşdü. O, Cahangir şahın hakimiyyəti dövründə daha yüksək vəzifələrə yüksəldi. Moğolların hakim sülaləsi hətta Səfəvi sülaləsinin yan tirəsi ilə belə olsa, öz qanlarını onlarınkı ilə qatmağı çox istəyirdilər. Müzəffər Mirzə Hindistandakı yeni həyatına vərdiş edə bilmədi və bəzən Səfəvi imperiyasına, bəzən də Məkkəyə getməyi qərara aldı. Kədər, məyusluq və aldığı fiziki xələl nəticəsində 1603-cü ildə vəfat etdi. Türbəsi (indi cənuba baxan qapısında nəstəliq xətti ilə yazılmış xəttatlıq kitabəsi olan yeraltı dəfn kamerası olan qübbəsiz, yıxılmış daş və kərpic konstruksiya) Dehlidəki Hümayun türbəsinin şimalında, hazırda Bharat Scouts & Guides Delhi Jamboree bölgəsi olan bağ kompleksindəki digər xarabalıqlar arasında yerləşir.
Sultan Şahcahanla evlənməsi
redaktəNişanlanması
redaktə1609-cu ilin sonunda Cahangir Səfəvi məsələsinə yenidən baxanda, həmişə olduğu kimi praqmatizm ön plana çıxdı. Belə bir qüdrətli şəxsiyyətə düşmənçilik etmək dəlilik olardı, ən azı ona görə ki, Aqra və İsfahan arasında açıq düşmənçilik elan edilməsi, ehtimal ki, I Şah Abbası Dəkkəndə yerləşən 3 şiə müttəfiq dövlətərə silah, döyüşçü və pul göndərməyə vadar edəcəkdi. Bu, onun ikinci oğlu Sultan Pərviz Mirzənin başçılıq etdiyi kampaniyanı məhv edə bilərdi. Səfəvilərin Qəndəharla bağlı ikitərəfliliyi bir kənara qoyulmalı və münasibətlər hamarlanmalı idi. Həmişə olduğu kimi, siyasi baxımdan məqsədəuyğun bir evlilik bu suala cavab verə bilərdi və bu zaman böyük oğlu Xosrov Mirzə zindanda, Pərviz artıq Bürhanpura və cənub cəbhəsinə getdiyi üçün üçüncü oğlu Sultan Xürrəm məntiqli seçim idi. Bu sırf strateji ittifaqı qurmaq qərarı gənc Xürrəm üçün qarışıq xəbər kimi gəldi. Bir tərəfdən, onun sonralar Mümtaz Mahal kimi tanınan Ərcümənd Banu Begümlə uzun müddət davam edən nişanlılığının başa çatması rədd edild. Buna qarşı qoyulan əsas məqam isə atasının diqqətində və siyasətində onun mərkəzi mövqeyinin yenilənməsi idi.[1]
Beləliklə, on səkkiz yaşlı Xürrəm ilk evliliyini gənc Səfəvi qızla etməyə məcbur oldu. Moğol saray salnaməçi və bioqrafları ona sadəcə sultana hörmət əlaməti olaraq qeyd edilən və saraydakı daha aşağı nüfuzun bir nişanəsi kimi qəbul edilən Qəndəhari Bəyim ifadəsini işlədirlər. Bu ifadə digərləri ilə müqayisədə çox sadə müraciət forması hesab edilir. Evliliyin təşkili prosesi, görünür, bir qədər vaxt aparıb. Sultan Cahangir öz xatirələrində təxminən bir il fərqlə iki əlaqəli qeydi qeyd etmişdir. Birincisi, günlük saray əməliyyatları, regional vəzifə təyinatları, maaş yoxlamaları və digər müxtəlif imperatorluq saray işləri ilə bağlı adi hesabda işin yalnız bir maddəsi kimi yazılmışdır. 12 dekabr 1609-cu il bazar günü Cahangir Qəndəhari Bəyimin evinə toy girovu olaraq əlli min rupi göndərmişdir. Sultan Cahangir öz Tüzükündə yazır ki, "əvvəllər Qəndəhar hakimi olmuş Sultan Hüseyn Mirzənin oğlu Müzəffər Mirzənin qızını öz oğlum Sultan Xürrəmə nişanladım. Bunun üzərinə nikah məclisi quruldu, mən Baba Xürrəmin evinə getdim və gecəni orada keçirdim".
Evlilik
redaktəQəndəhari Bəyim Şahzadə Xürrəm ilə 8 noyabr 1610-cu ildə Aqrada evləndi.[3] Onların iki ailəsi arasında bir neçə ailə əlaqəsi var idi. Xürrəmin rəsmi tərcümeyi-halını yazan Məhəmməd Əmin Qəzvini nikahın təsvirində daha bəlağətli idi. Şənlik məclisi ənənəvi olaraq hakim imperatorun dul anasının istifadəsinə verilən, Dövlət Evinə bitişik Aqra qalasının qalın divarları arasında yerləşən, gözəl bəzədilmiş sarayda təşkil edilmişdir. Münəccimlər münasib bir saatda nikahın kəsilməsini təmin etdilər.[4]
21 avqust 1611-ci ildə Qəndəhari Bəyim ilk övladını dünyaya gətirdi[5] və uşağa babası Cahangir tərəfindən Parhez Banu bəyim adı verildi. Hər bir halda, Maasir-i-Alamgiri əsərində ondan Purhunar Banu Bəyim deyə bəhs edilməkdədir.[6] O, atasının ən böyük övladı olmaqla birlikdə Qəndəhari Bəyimin yeganə övladı idi.[7]
Məzarı
redaktəO, vəfat etdikdən sonra Aqrada özü tərəfindən salınmış və Qəndəhari Bağı adlandırılan yerdə dəfn edilmişdir. O, həmçinin bu bağın qərb hissəsində bir minarəli və üç tağlı məscid də inşa etdirmişdi. O, kompleksdə müasir binaların tikintisi üçün kərpic karxanası kimi istifadə edildi və artıq mövcud deyil. Onun məzarı üzərindəki bina 1707-ci ildə Övrəngzib ölümündən sonra baş verən anarxiya dövründə böyük ölçüdə dağıdıldı. Zaman keçdikcə türbədə olan bina yaşayış yerinə çevrildi. Onun məzarı artıq yoxdur, sadəcə onun yerləşdiyi məhəllə, giriş qapılarından biri, divarın bir hissəsi və divarın bir neçə künc günbəzi hələ də qalmaqdadır. İngilis Şərqi Hindistan Şirkəti onu Bharatpur racəsinə satmış və o da öz növbəsində orada bəzi müasir binalar tikmişdir. Kompleks müstəmləkə dövrünün böyük bir mərhələsində Bharatpur hökmdarlarının mülkiyyəti kimi xidmət etmiş və mərkəzi türbənin yerində bir malikanə tikilmişdir. Bura "Bharatpur Evi" kimi məşhurlaşmışdır. Orijinal bağın bir qapısı və bir neçə künc tikilisi günümüzə qədər salamat qalmışdır.
Populyar mədəniyyətdə
redaktə- Qəndəhari Bəyim Sonya Çandraçudun tarixi romanı olan Trouble at the Taj-ın (2011) əsas qəhrəmanıdır.
- Qəndəhari Bəyim Ruçir Quptanın tarixi romanı olan Mistress of the Throne-ın (2014) əsas qəhrəmanlarından biridir.
- 2005-c ildə Bollivudda çəkilmiş film olan Taj Mahal: An Eternal Love Story-da Qəndəhari Bəyimi Nigar Xan canlandırmışdır.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Nicoll, 2009. səh. 64
- ↑ Singh, 2001. səh. 427
- ↑ Thackston, 1999. səh. 114
- ↑ Nicoll, 2009. səh. 64-65
- ↑ Nicoll, 2009. səh. 75
- ↑ Sarker, 2007. səh. 187
- ↑ Findly, 1993. səh. 98
- ↑ Khan, Akbar. "Taj Mahal: An Eternal Love Story". IMDb. 1 May 2006. 25 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2017.
Mənbə
redaktə- Ellison Banks Findly. Nur Jahan, empress of Mughal India. New York: Oxford University Press. 1993. ISBN 9780195360608.
- Wheeler M. Thackston (tərc). The Jahangirnama: Memoirs of Jahangir, Emperor of India. Oxford University Press. 1999. ISBN 978-0-19-512718-8.
- Kobita Sarker. Shah Jahan and his paradise on earth : the story of Shah Jahan's creations in Agra and Shahjahanabad in the golden days of the Mughals. Kolkata: K.P. Bagchi & Co. 2007. ISBN 9788170743002.
- Fergus Nicoll. Shah Jahan. New Delhi: Viking. 2009. ISBN 9780670083039.
- Nagendra Kr Singh. Encyclopaedia of Muslim Biography: Muh-R. 2001. ISBN 9780670083039.
Əlavə ədəbiyyat
redaktə- Beale, Thomas William. The Oriental Biographical Dictionary. Asiatic Society. 1881.
- Havell, Ernest Binfield. A Handbook to Agra and the Taj: Sikandra, Fatehpur-Sikri and the Neighbourhood. Longmans, Green, and Company. 1904.
- Indica, Volume 40. Heras Institute of Indian History and Culture, St. Xavier's College. 2003.
- Latif, Syad Muhammad. Agra, Historical & Descriptive: With an Account of Akbar and His Court and of the Modern City of Agra. 1896.
- Mundy, Peter. The Travels of Peter Mundy, in Europe and Asia, 1608-1667 ... Hakluyt society. 1967.
- Mubārak, Abū al-Faz̤l ibn. The Ain i Akbari, Volume 1. Rouse. 1873.
- Nicoll, Fergus. Shah Jahan: The Rise and Fall of the Mughal Emperor. Penguin Books India. 2009. ISBN 978-0-670-08303-9.
- Singh, Nagendra Kr. Encyclopaedia of Muslim Biography: Muh-R. A.P.H. Pub. Corp. 2001. ISBN 978-8-176-48234-9.