Qezvin Xanligi - Wikipedia
Qezvin Xanligi - Wikipedia - Haqqında Məlumat
Qəzvin xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Qəzvin şəhəri idi. Qərbdən Ərdəlan, şərqdən Xalxal, cənubdan Kərəc və Həmədan xanlıqları ilə həmsərhəd idi.
Xanlıq | |
Qəzvin xanlığı | |
---|---|
|
|
Paytaxt | Qəzvin |
Dilləri | Azərbaycan dili, fars dili |
Rəsmi dilləri | Azərbaycan dili, fars dili |
Dövlət dini | islam |
Əhalisi | Azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Xan | |
• (1747-1764) | Pənah xan Əmmarlı |
• | İbrahim xan Əmmarlı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında oturaq etdi. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi.
Xanları
redaktə- Pənah xan Əmmarlı (1747-1764)
- Rüstəm xan Əmmarlı (1764- 1788), O, Tonekabun hakimi olmuşdu.
- İbrahim xan Əmmarlı
Həmçinin bax
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Qəzvin xanlığı. Bakı, "Mütərcim", 2014.– 192 səh.