Qacqinlar - Wikipedia
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu
üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
redaktəYeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür.
1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası
redaktə1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır.
- SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml
- SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml
1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947–1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921–1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.
1988–1990 azərbaycanlıların Ermənistandan deportasiyası
redaktə1988-ci ilin ilin yanvarnda Qafan və Muğrudan yenə azərbaycanlı qaçqınlar Azərbaycana pənah gətirdilər.Leninakanın uşaq evinden Azerbaycana gönderilen 70 nəfer azərbaycanlı uşaq Spitakda qətlə yetirildi.Ermənistanın zəlzələ zonasına kömeyə gedən 78 nəfər azərbaycanlının olduğu İl-76 təyyyarəsi "Stinger" qurgusu ilə vuruldu.1991-ci il 8 avqustda Ermənistanda sonuncu kənd olan Nüvədi (Muğru rayonu) rus esgərlerinin komeyi ile boşaldıldı.Beləliklə Ermənistandakı 185 azərbaycanlılar yasayan kənddən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü.
1988-ci ildə Qərbi Azərbaycandan təkcə azərbaycanlılar yaşayan 172 kənddən, 89 qarışıq kənd və 6 şəhər tipli yaşayış məntəqəsindən 49928 ailə (250000 nəfər azərbaycanlı) öz doğma yurdlarından zorla qovuldular. Bu zaman 226 nəfər soydaşımız ermənilər tərəfindən öldürülmüşdür (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox adam bədən xəsarəti almışdır. Bir çox azərbaycanlıların evləri, əmlakı yandırılmışdır.
Qaçqınlar üzrə beynəlxalq statistika
redaktə1996 | 2000 | 2002 | 2004 | 2006 | 2008 | 2010 | 2012 | 2014 | |
---|---|---|---|---|---|---|---|---|---|
Qaçqınlar | 11,480,900 | 12,129,600 | 10,594,100 | 9,574,800 | 9,877,700 | 10,489,800 | 10,549,700 | 10,498,000 | 14,385,300 |
Məcburi köçkünkər | 5,063,900 | 5,998,500 | 4,646,600 | 5,426,500 | 12,794,300 | 14,442,200 | 14,697,900 | 17,670,400 | 32,274,600 |
Regionlar (BMT-nin bölgüsü üzrə) | 2018[2] | 2017[3] | 2016[4] | 2014[5] | 2013[6] | 2012[7] | 2011[8] | 2010[9] | 2009[10] | 2008[11] |
---|---|---|---|---|---|---|---|---|---|---|
Afrika | 6,775,502 | 6,687,326 | 5,531,693 | 4,126,800 | 3,377,700 | 3,068,300 | 2,924,100 | 2,408,700 | 2,300,100 | 2,332,900 |
Asiya | 10,111,523 | 9,945,930 | 8,608,597 | 7,942,100 | 6,317,500 | 5,060,100 | 5,104,100 | 5,715,800 | 5,620,500 | 5,706,400 |
Avropa | 2,760,771 | 2,602,942 | 2,300,833 | 1,500,500 | 1,152,800 | 1,522,100 | 1,534,400 | 1,587,400 | 1,628,100 | 1,613,400 |
Latın Amerikası | 215,924 | 252,288 | 322,403 | 352,700 | 382,000 | 380,700 | 377,800 | 373,900 | 367,400 | 350,300 |
Şimali Amerika | 427,350 | 391,907 | 370,291 | 416,400 | 424,000 | 425,800 | 429,600 | 430,100 | 444,900 | 453,200 |
Okeaniya | 69,492 | 60,954 | 53,671 | 46,800 | 45,300 | 41,000 | 34,800 | 33,800 | 35,600 | 33,600 |
Cəmi | 20,360,562 | 19,941,347 | 17,187,488 | 14,385,300 | 11,699,300 | 10,498,000 | 10,404,800 | 10,549,700 | 10,396,600 | 10,489,800 |
Xarici keçidlər
redaktə- Azərbaycanlıların deportasiyası haqqında ətraflı məlumat
- Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi Arxivləşdirilib 2008-12-25 at the Wayback Machine
- Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və silahlı təcavüzü Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- Mənbələr azərbaycanlıların 1905–1906-cı illər soyqırımı haqqında[ölü keçid]
- Qarabağ[ölü keçid]
- HADISƏLƏR
- Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi Arxivləşdirilib 2010-03-21 at the Wayback Machine
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ UNHCR, 2015
- ↑ "Global forced displacement trends. 2018 (Annexes)" (PDF). United Nations Convention Relating to the Status of Refugees. 2018. 2021-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-13.
- ↑ "Global forced displacement trends. 2017 (Annexes)" (PDF). United Nations Convention Relating to the Status of Refugees. 2017. 2021-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-13.
- ↑ Global forced displacement, 2016
- ↑ Global forced displacement, 2014
- ↑ Global forced displacement, 2013
- ↑ Global forced displacement, 2012
- ↑ Global forced displacement, 2011
- ↑ Global forced displacement, 2010
- ↑ Global forced displacement, 2009
- ↑ Global forced displacement, 2008