Qagayi Abidesi - Wikipedia
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli[1] — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir.
Qağayı abidəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Sumqayıt |
Heykəltaraş | Süleyman Hacıyev |
Hündürlüyü | 13 m |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAbidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır[2].
Abidənin mənası
redaktəQağayı abidəsi məna etibarı ilə müxtəlif cür ifadə edilir. İlk öncə abidənin bloklardan ibarət olması şəhərin daim inkişafda olmasını ehtiva edir. İlk əvvəllər abidənin 15 blokdan ibarət olması onun şəhərin 15 illiyi və Sovetlərin 15 müttəfiq respublikadan ibarət olmasına işarə edilir (beynəlmiləl şəhər). Üst-üstə spiral şəklində qoyulan daş blokların üzərində yerləşən qağayı işarəsi isə şəhərin dəniz sahilində yerləşməsini nümayiş etdirir.
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sumqayıt şəhərində olan bağ-park, monumental və xatirə abidələri". 2016-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.
- ↑ www.youtube.com