Qasdar Eliyev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992)[1], SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü.
QAŞDAR ƏLİYEV | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şahbuz,Keçili |
Vəfat tarixi | (74 yaşında) |
Həyatı
redaktə17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur.
1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1969–1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır.
Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir.
21 mart 2016-cı ildə vəfat etmisdir.
İctimai fəaliyyəti
redaktəAzərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub.
Ailəsi
redaktəCənnət Əliyevin böyük qardaşıdır.
4 oğlu və nəvələri var.
Filmoqrafiya
redaktə- Böyük ömrün 7 anı (film, 2007)
- Təbiətin xilaskarı (film, 2007)
- (Naxcıvan tv səhər ovgatı)
- (Naxcıvan tv Ömür gatarı)
- (Aztv Ovgat Səyyarə Səyyaf)
- (Xəzər tv Könül dünyamız)
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Qaşdar Əliyev. "Bir kəndin ağrılı hekayəti". Xalq qəzeti.- 2012.- 22 iyun.- S. 5.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |