Qacaran - Wikipedia
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır.
Qacaran | |
---|---|
39°09′04″ şm. e. 46°09′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1947 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.950 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 3309 |
Digər | |
kajaran.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır.
Zəngəzur mis-molibden zavodu
redaktəQafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir.
«Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı.
1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Etimologiyası
redaktəŞəhərin və eyni zamanda şəhərətrafı kiçik kəndin adı çox güman ki, qədim türk tayfalarından olan qacarlarla bağlıdır. Səfəvilər dövləti dövründə İrəvan hakimlərinin Qacar tayfasından olması da bu ehtimalı gücləndirir.
Buna baxmayaraq ermənicə bu sözün etimologiyasının «İgidlər məkanı» olduğu bildirilir.
Əhalisi
redaktəSovet dövründə şəhərdə ermənilərlə yanaşı azərbaycanlıların da yaşamasına baxmayaraq 1988-ci il deportasiyasından bəri Qacaranda azərbaycanlı yaşamır.
2010-cu ilin statistik göstəricilərinə görə Qacaran şəhərinin əhalisi 8,498 nəfərdir.[1] 2012-ci ildə isə bu rəqəmin 7,807-ə nəfərə qədər azaldığı göstərilir.[2]
Coğrafiyası
redaktəOxçuçayın sahilində Zəngəzur və Meğri sıra dağları arasında yerləşən Qacaran şəhərinin dəniz səviyyəsindən yüksəkliyi 1700-1950 metrdir. Zəngəzur dağlarının ən hündür zirvəsi Qapıcıq dağı şəhərin qərbində yerləşir.
Şəhərin yerləşdiyi ərazinin relyefi aktiv erroziyaya məruz qalan Araz hövzəsinin laylı qaya təbəqəsindən təşkil olunur.
İstinadlar
redaktə- ↑ Ermənistan Milli Statistika Xidməti
- ↑ "World Gazetteer". 2013-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.