Qadsiyye Doyusu - Wikipedia
Qadisiyyə (Kadisiyyə) döyüşü — 636-cı ildə baş vermiş döyüş. Döyüş sasanilərlə ərəblər arasında baş tutmuş və ərəblər qələbə qazanmışlar.
Qadisiyyə döyüşü | |||
---|---|---|---|
Farslar və ərəblər | |||
Tarix | 636-cı il | ||
Yeri | Qadisiyyə | ||
Nəticəsi | ərəblərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Zəmin və döyüşə hazırlıq
redaktə633-cü ilin əvvəlindən və bir neçə il ərzində ərəblər farslara qarşı bir neçə mühüm döyüşdə qalib gələ bildilər. Bir sıra belə dağıdıcı döyüşlərdən sonra farslar başa düşdülər ki, ərəblərin yaratdığı bu təhlükəni qiymətləndirməmək düzgün deyil. Onların hərbi gücünü dəf etməyə ciddi hazırlıq işləri görüldü. İran dövlətini faktiki olaraq o dövrdə sərkərdə Rüstəm idarə edirdi, çünki kiçik padşah III Yezdigird o zaman Ktesifonun əsl başçısı deyildi. Rüstəm padşahın əmrinə əsasən, İranın bütün əyalətlərindən qoşun verməyi tələb etdi və bu yığım bütün il ərzində davam etdi. Albaniya hökmdarı Varaz Qriqor oğlu Cavanşiri göndərdi.[1] Əsas hərbi əməliyyatlar üçün düşərgə Qadisiyyə ətrafında quruldu.
Rüstəm, tarixçilərin də dediyi kimi, problemi hərbi əməliyyatlara əl atmadan həll etmək ümidi var idi. Rüstəm bunun əvəzi olaraq rəqiblərinə bir sıra güzəştlər və bəzi subsidiyalar təklif etdi. Lakin düşmən Rüstəmin bütün təkliflərini qətiyyətlə rədd etdi və məsələnin belə həllinin qeyri-mümkün olduğu ona aydın olduqdan sonra döyüşə ilk olaraq farslar başladı və Qadisiyyədəki bu döyüş sonralar əsrin ən qanlı döyüşlərindən biri kimi adlandırıldı. Şiddətli döyüşlər dörd gün davam etdi.[2]
Tərəflərin qüvvə sayı
redaktəSasanilər: 45.000 piyada, 15.000 süvari və 33 fil.
Ərəblər: 30.000 piyada və 7.000 süvari + Suriyadan 6.000 nəfərlik dəstə.[3]
Döyüşlərin başlanması və gedişi
redaktəQadisiyyə döyüşü 636-cı il noyabrın 16-dan 19-dək baş verdi.[4] Ümumilikdə Qadisiyyə döyüşü dörd gün davam etdi və ərəblərin qələbəsi ilə başa çatdı. Döyüşlərin əvvəlində farsların əldə etdikləri müvəffəqiyyət dörd gün ərzində dəyişdi, ərəblər birinci günü əlbəyaxa döyüş, ikincini kömək günü, üçüncü günü isə şiddətli döyüş günü adlandırdılar. Üçüncü günün sonunda qələbə hələ də həll olunmadı və ərəblər tərəfindən ağlayan gecə adlandırılan döyüş növbəti gecə boyu davam etdi. Yalnız dördüncü gün fırtına farsların üzünə toz buludları sovuranda onlar geri çəkilməyə başladılar.[5]
Bu, ərəblərlə Sasani dövlətinin ordusu arasında həlledici döyüş idi. Ərəblərin qələbəsi Fars imperiyasını darmadağın etdi və onu xilafət əyalətinə çevirdi.[6]
Nəticə
redaktəƏrəblər təxminən doqquz min insan itirsələr də, müsəlman tərəfi bu müharibədə qalib gəldi, farsların ən böyük ordusunu məğlub edərək onların dövlətinin də sonunu müəyyənləşdirdi. Farslar isə qırx minə yaxın əsgərini itirdi. Beləliklə, Sasani dövlətinin mövcudluğu bu döyüşdən sonra faktiki məhv edildi. Dörd günlük gərgin döyüşlərdən sonra farsların bu ərazini birdəfəlik tərk etdiyi məlum olduqda, Səd ibn Əbu Vəqqas əmr etdi ki, müsəlmanların farslar üzərində qələbə çalması barədə xəlifəsinə xəbər verilsin və Qadisiyyənın fəthi elan olundu.
Qadisiyyə döyüşü tarixə münaqişənin hər iki tərəfi üçün ən amansız və qanlı döyüşlərdən biri kimi daxil olub. Ərəblər qalib gəldilər, lakin bunun üçün çox böyük itki verdilər. Sədin ordusu döyüş qabiliyyətini az da olsa bərpa etmək üçün Qadisiyyədə daha bir aya yaxın qalmalı oldu.[2]
Qadisiyyə döyüşü dəfələrlə yazıçı və rejissorları bu hadisələr əsasında əsərlər yaratmağa ruhlandırıb. Bu mövzuda ən məşhur əsərlərdən biri kimi misirli rejissor Salah Abu Seifin "Əl-Qadisiyyə" tarixi filmini qeyd etmək olar.[7]
İstinadlar
redaktə- ↑ "Azərbaycan tarixi - 10". e-derslik.edu.az. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
- ↑ 1 2 "Битва при Кадисии (636 г.)". medinaschool.org (rus). 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
- ↑ "Qadisiyyə döyüşü". dzen.ru. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.13.
- ↑ "Qadisiyyə döyüşü". hmong.ru. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.13.
- ↑ "Битва при Кадисии (636 г.) – кратко - Русская историческая библиотека". rushist.com. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
- ↑ "Кадисия царя Джаваншира". ФЛНКА - Официальный сайт (rus). 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
- ↑ "Əl - Qadisiyyə". www.imdb.com. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.13.